Suck It And See - Wikipedia
Suck It and See — ingilis rok qrupu Arctic Monkeys-in Domino Recording Company tərəfindən 6 iyun 2011-ci il tarixində buraxılan dördüncü studiya albomu. Albom 2011-ci ilin əvvəllərində Los-Ancelesdə yerləşən Sound City Studios-da qrupun yaxın əməkdaşı prodüser Ceyms Ford ilə yazılıb.
Suck It and See | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Arctic Monkeys tərəfindən ifa olunmuş studiya albomu | |||||||||||||||||||
Yayımlanma tarixi | 6 iyun 2011 | ||||||||||||||||||
Yazılma tarixi | yanvar–fevral 2011 | ||||||||||||||||||
Studiya | Sound City, Los-Anceles | ||||||||||||||||||
Janr | |||||||||||||||||||
Müddət | 40:04 | ||||||||||||||||||
Dil | ingilis dili | ||||||||||||||||||
Leybl | Domino | ||||||||||||||||||
Prodüser | Ceyms Ford | ||||||||||||||||||
Arctic Monkeys albomlarının xronologiyası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
Musiqi baxımından "Suck It and See", qrupun əvvəlki qaranlıq, sərt riffli işi "Humbug"-dan fərqlidir, albomda gitaralı pop və psixodelik pop trekləri təqdim olunur. Albomun adı "sınayın" mənasını gələn ingilis sözündən gəlir. Bu ad ABŞ-də pis başa düşülüb və sonradan bəzi satış yerlərində senzuraya məruz qalıb. Mağazalarda albomun adının üzərini örtməli oldular.
Buraxıldıqdan sonra albom müxtəlif sinqllarla tanıdılıb. Albom Birləşmiş Krallıqda musiqi cərgələrinin birinci pilləsinə yüksəlib. Ölkədə platin sertifikatı alıb. Albom ümumiyyətlə musiqi tənqidçilərindən müsbət rəylər toplayıb. Bir çoxları onu əvvəlkindən daha yaxşı hesab edib. Tənqidçilər qrupun üslub dəyişikliyini yüksək qiymətləndirdilər.
Səsyazmalar
redaktəArctic Monkeys bu albomu 2010-cu ildə yazıb. Solisti Aleks Törner mahnıların əksəriyyətini Nyu-Yorkda yazdığı barədə Metro jurnalına danışıb: "Yeni albomun çoxunu Nyu-Yorkda yaşayarkən yazdım və həmişəkindən daha çox ingiliscə danışıq dilindən istifadə etdim.”[1] Səsyazmalar 2011-ci ilin yanvar-fevral aylarında beş həftə ərzində prodüser Ceyms Fordla birlikdə Los-Ancelesdəki Sound City Studios-da aparılıb.[2] Törner albomun çoxunu studiyada canlı olaraq lentə alındığını bildirdi.
"Suck It and See" qrupun əvvəlki işi "Humbug" albomunun qaranlıq səsindən fərqlidir.[2] Albomun buraxılmasından qısa müddət əvvəl NME-yə danışan təbilçi Mett Helders, "Humbug" ilə müqayisədə daha "pop" və "vintaj" səs yaradacağına söz verib.[3]
Albomda yer alan "Piledriver Waltz" treki ilk dəfə Aleks Törnerin "Submarin" filmi üçün yazdığı saundtrek albomunda buraxılmışdı.[4] Daha sonra qrup bu mahnını yenidən ifa edib və bir az fərqli səslənən versiyasını "Suck It and See" albomuna daxil etmişdir.
Albomun adını daşıyan trek Eagles qrupunun "Lyin' Eyes" mahnısının plaqiatı kimi səslənir.
Trek siyahısı
redaktəBütün sözlər Aleks Törner tərəfindən yazılmışdır; bütün musiqi Arctic Monkeys[5] tərəfindən bəstələnmişdir
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "She's Thunderstorms" | 3:54 |
2. | "Black Treacle" | 3:35 |
3. | "Brick by Brick" | 2:59 |
4. | "The Hellcat Spangled Shalalala" | 3:00 |
5. | "Don't Sit Down 'Cause I've Moved Your Chair" | 3:03 |
6. | "Library Pictures" | 2:22 |
7. | "All My Own Stunts" | 3:52 |
8. | "Reckless Serenade" | 2:42 |
9. | "Piledriver Waltz" | 3:23 |
10. | "Love Is a Laserquest" | 3:11 |
11. | "Suck It and See" | 3:45 |
12. | "That's Where You're Wrong" | 4:16 |
Ümumi müddət: | 40:04 |
№ | Başlıq | Müddət |
---|---|---|
13. | "The Blond-O-Sonic Shimmer Trap" | 3:28 |
Ümumi müddət: | 43:37 |
İstinadlar
redaktə- ↑ Lewis, John. "Alex Turner: "Tupac's 'California Love' is my karaoke tune of choice"". Metro. 6 June 2011. 19 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2021 – Rock's Backpages (abunə tələb olunur) vasitəsilə.
- ↑ 1 2 Sitat səhvi: Yanlış
<ref>
teqi;Q
adlı istinad üçün mətn göstərilməyib - ↑ Bychawski, Adam. "Arctic Monkeys: Suck It And See is more poppy than Humbug". NME. 15 March 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2015.
- ↑ "BBC – Music – Review of Alex Turner – Submarine EP". BBC Music. 17 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2018.
- ↑ Suck It and See (liner notes). Arctic Monkeys. Domino. 2011.