Sultan Rustem Mirze - Wikipedia
Rüstəm mirzə Səfəvi (İffət xan)— Səfəvi şahzadəsi.
Sultan Rüstəm Mirzə | |
---|---|
| |
Zəmindəvar hakimi | |
1578 – 1594 | |
Bihar hakimi | |
1626 – 1627 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qucarat |
Vəfat tarixi | |
Vəfat yeri | Aqra |
Atası | Sultan Hüseyn mirzə Səfəvi |
Dini | Şiə İslam |
Həyatı
redaktəSəfəvilər hakimiyyətində
redaktəSultan Hüseyn mirzə Səfəvinin oğlu idi, Qəndəharda doğulmuşdu. 1578-ci ildə Məhəmməd şah Xüdabəndə tərəfindən Zəmindəvar hakimi təyin olunmuşdu, lələsi Həmzə bəy Zülqədər idi. Zəmindəvar çox kiçik mülk olduğu üçün qardaşları Səncər mirzə və Əbu Səid mirzənin və lələsinin dəstəyi ilə Sistan hakimi Məlik Mahmuda hücum etmişdi, lakin qardaşı Müzəffər Hüseyn Mirzə Məlik Mahmudun kürəkəni olduğu üçün onunla hesablaşmalı oldu. Bu döyüşləin gedişində Məlik Mahmud öldürüldü. Bir sıra döyüşlərdən sonra qardaşı və Məlik Mahmud tərəfindən məğlub edildikdən və Zəmindəvar da əlindən çıxdıqdan sonra qardaşı Səncər mirzə və oğulları ilə 1594-cü ildə Əkbər şaha tabe oldu.
Moğollar hakimiyyətində
redaktə1593–1595-ci illərdə Multan hakimi daha sonralar isə Patan hakimi olmuşdur. Sultan Cahangir dövründə, 1612-ci ildə Tatha və daha sonralar Allahabad hakimi olmuşdur. 1626-cı ildə Bihar hakimi təyin edilmiş, lakin çox qısa bir müddət sonra təqaüdə buraxılmışdı. 1641-ci ildə, 72-ci yaşında Aqrada vəfat etmişdir.[1]
Yaradıcılığı
redaktəFədai təxəllüsü ilə şeirlər yazmışdır.
Ailəsi
redaktəOğulları
- Murad mirzə Səfəvi (ö. 1669) — Sultan Cahangir tərəfindən İltifat xan titulu verilmiş, Əbdürrəhim xan Xananın qızı ilə evlənmiş, Mirzə Mükram xan adlı oğlu olmuşdur.
- Şahrux mirzə Səfəvi
- Həsən mirzə Səfəvi (ö. 1649) — Sultan Cahangir tərəfindən Kuç hakimi təyin olunmuşdu.
- İbrahim mirzə Səfəvi
- Bədiüzzaman mirzə Səfəvi (ö. 1659) — Qucarat canişini