Susay Mescidi - Wikipedia
Susay məscidi — Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş tarixi-memarlıq abidəsi.
Susay məscidi | |
---|---|
41°18′33″ şm. e. 48°17′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu, Susay kəndi |
Yerləşir | Quba rayonu |
İstinad nöm. | 4624 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
redaktəAzərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş Susay məscidinin XIV və ya XIX əsrdə tikilməsi ilə bağlı fikirlər mövcuddur. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2001-ci ildə qeydiyyata götürüləndə məscidin inşa tarixi 1854-cü il kimi göstərilib[1]. Lakin kənd sakinlərinin dediklərinə görə məscid XIV əsrdə tikilib. Onlar bu tarixi məscidin qapısına qeyd olunmuş tarixə əsaslanaraq qeyd edirlər. Palıd ağacından yonulan qapının üzərində onu hazırlayan ustanın adı və hazırlandığı tarix, hicri təqvimi ilə 721-ci il (1321) göstərilib[2]. Bundan başqa kənd sakinləri məscidin qədim qapılarından birinin Azərbaycana gələn ingilislər tərəfindən Londona aparıldığını və hazırda həmin qapının Fransadakı muzeylərdən birində saxlanıldığı iddia edirlər[2]. Məscidin inşasında çay daşından və yaxınlıqdakı “Bağça dərəsi” adlanan yerdən çıxarılan kərpiclərdən istifadə olunub[2]. Məscidin içərisindəki üzərində qədim işarələr olan böyük sütunlar da palıddandır. Binanın dəhlizindəki daş lövhələr üzərində də ərəb əlifbası ilə yazılar mövcuddur[2].
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3] İşğaldan sonra məscid bağlanıb. Anbar kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[1]
Məsciddə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş Susay kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ 1 2 3 4 Yusifli, Elxan. "Qubanın Susay kəndindəki 600 illik tarixə malik qədim məscidlə bağlı maraqlı faktlar". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2016-08-05. 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ "Məscidlər və dini icmalar - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti". web.archive.org. 2023-10-13. Archived from the original on 2023-10-13. İstifadə tarixi: 2023-11-13.