Susayqislaq Quba - Wikipedia
Susayqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Yelenovka kənd Sovetindən Susayqışlaq kəndi Aşağı Atuc kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Susayqışlaq | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Toponimikası
redaktəYaşayış məntəqələrini Susay kəndindən köçüb gələnlər salmışdır. Oykonim Susay (kəndin adı) və qışlaq coğrafi terminindən ibarət olub, "Susay kəndinin qışlağı, susaylılara məxsus qışlaq" mənasındadır. Eyni adlı kənd Xaçmaz rayonunda da mövcuddur.[2] Susay sözünün etimoloji mənası:Su qədim Oğuz türkçəsində çay deməkdir,say isə dayaz yer deməkdir,yəni Susay çayın dayaz yeri deməkdir.
Coğrafiyası və iqlimi
redaktəKənd Qusar maili düzənliyində, rayon mərkəzində 15 km məsafədə, Quba-Xudat magistralı yaxınlığında, Qusarçayın orta axarında yerləşir. Çay kənarı seyrək palıd və qovaq ağaclarından ibarət meşəlikdən (Qusar Dövlət Təbiət Yasaqlığının qurtaracağı) və kolluqlardan ibarətdir. Kənd ərazisinin əsas hissəsini meyvə bağları (alma, gilas və s.) və əkin sahələri tutur.
Əhalisi
redaktəKənd əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıya alınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti bağçılıq və heyvandarlıqdır.
Təhsil
redaktəKənddə 1 əsas məktəb fəaliyyət göstərir.
Səhiyyə
redaktəKənddə tibb məntəqəsi mövcuddur..
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
- ↑ Susayqışlaq (Quba) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |