Suxoy Su 33 - Wikipedia
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir.
Su-33 | |
---|---|
| |
Tipi | Aviadaşıyıcı üçün nəzərdə tutulmuş hava üstünlük qırıcısı və çoxməqsədli qırıcı |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı | SSRİ / Rusiya |
Baş konstruktor | Mixail Simonov |
Dizayner | Suxoy Konstruktor Bürosu/Suxoy Korporasiyası |
İlk uçuş | 17 avqust 1987-ci il |
İstismara verilmə tarixi | 31 avqust 1998-ci il[1] |
Status | İstehsalı dayandırılıb |
İstismarçılar | Rusiya Hərbi Dəniz Qüvvələri |
İstehsal ili | 1989–1999[2] |
Buraxılış sayı | 9 ədəd prototip və 26 ədəd seriyalı istehsal |
Baza modeli | Su-27 |
Variantları | Su-33UB |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Əməliyyat tarixçəsi
redaktəSovet İttifaqı və Rusiya
redaktəSu-27K ilk dəfə 1990-cı illərin ortalarında silahlanmaya qəbul edilmişdir. 1995-ci ilin dekabrından 1996-cı ilin mart ayına qədər olan müddət ərzində Aralıq dənizində xidməti vəzifəsini yerinə yetirən Admiral Kuznetsov aviadaşıyıcısının üzərində iki ədəd Su-25UTG, doqquz ədəd Ka-27 və 13 ədəd Su-27K var idi.[3] Buna baxmayaraq, təyyarənin rəsmi olaraq "Su-33" adı ilə silahlanmaya qəbul olunması 31 avqust 1998-ci ilə təsadüf edir. Həmin vaxt bu qırıcıların ilk partiyası Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal flotiliyasının Severomorsk-3 aviabazasında dislokasiya olunmuş 279-cu Dəniz Qırıcı alayına təhvil verilmişdi.[4]
Sovet İttifaqının dağılmasından sonra Rusiya HDQ-də silahlanma ilə əlaqədar bir sıra proqramlar ixtisar olunmuşdur. 2009-cu ildə Rusiya HDQ öz silahlanmasında olan Su-33 qırıcılarını 24 ədəd MiQ-29K ilə əvəzləmək barədə qərar qəbul etmişdir. MiQ-29K qırıcılarının 2011-ci ildən 2015-ci ilə qədər Rusiya HDQ-nin silahlanmasına daxil ediləcəyi planlaşdırılmışdı.[5] 2015-ci ildə Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor İqor Kojin mətbuata açıqlamasında artıq ikinci alayın da tamamilə MiQ-29 qırıcıları ilə təchiz edildiyi və hazırda silahlanmada olan Su-33 qırıcılarının isə modernizasiya edildikdən sonra gələcəkdə yenidən istifadə olunacağı barədə məlumat vermişdir.[6][7] 2016-cı ilin payızında imzalanmış müqavilə nəticəsində Su-33 qırıcılarının SVP-24 hədəfləmə sistemi ilə təchiz olunmasına başlanmışdır. İlk modernizə edilmiş döyüş təyyarələri elə həmin ilin sentyabr ayında tədarük edilmişdir.[8] Su-33 üçün modernizasiya olunmuş mühərriklərin təchizatına isə 2017-ci ildən etibarən başlanmışdır.[9]
Taktiki-texniki xüsusiyyətləri
redaktəÜmumi göstəriciləri
redaktə- Ekipaj: 1 nəfər
- Uzunluğu: 21.19 m
- Qanad genişliyi: 14.7 m
- Hündürlüyü: 5.93 m
- Qanad sahəsi: 67.84 m²
- Boş çəki: 18,400 kq
- Yüklü çəki: 29,940 kq
- Maksimum qalxma ağırlığı: 33,000 kq
- Güc təminatçısı: 2 × Saturn AL-31F3 mühərrik
Uçuş keyfiyyətləri
redaktə- Maksimum sürət: 2.2 max (2300 km/saat)
- Məsafə: 3000 km
- Maksimum qalxma yüksəkliyi: 17,000 m
- Yüksəkliyə qalxma sürəti: 246 m/saniyə
- Qanad yüklənməsi: 483 kq/m²
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.83
- Maksimum g yüklənmə: +8 g
- Eniş sürəti: 240 km/saat
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Морской защитник". 2012-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
- ↑ Су-33 Arxivləşdirilib 2010-02-12 at the Wayback Machine на сайте airwar.ru
- ↑ "Russian carrier deploys to Adriatic". Flight International. London: Reed Business Information. 148 (4499): 24. 22–28 noyabr 1995. ISSN 0015-3710. 23 avqust 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2011.
- ↑ Petterson, Trude. "New fighter jets for Admiral Kuznetsov". Barents Observer. 25 sentyabr 2009. 7 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2011.
- ↑ "Russian Navy to buy 24 MiG-29K carrier-based fighters". RIA Novosti. 9 October 2009. 6 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2011.
- ↑ "Russian Navy to Form Second Aircraft Carrier Aviation Regiment with MiG-29K/KUB". navyrecognition.com. 26 August 2015. 18 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2015.
- ↑ "In 2015 naval aviation to receive more than 20 MiG-29K aircraft". Ministry of Defence of the Russian Federation. 18 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2015.
- ↑ Ramm, Alexey. "ВМФ России ударит по террористам в Сирии с особой точностью". Izvestia (Russian). 2 September 2016. 20 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
- ↑ "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
Xarici keçidlər
redaktə- sukhoi.org/eng/planes/military/su33/ — Rəsmi saytı
- Sukhoi Su-33 page on Milavia.net
- Sukhoi Su-33 and Su-33UB Flanker D on Ausairpower.net
- Su-33 (Su-27K) page on Globalsecurity.org
- Photos of Su-33 on Flankers-site.co.uk