Sverdrup Adalari - Wikipedia
Sverdrup Adalari - Wikipedia - Haqqında Məlumat
Sverdrup adaları (ing. Sverdrup Islands) — Kanada Arktik arxipelaqının şimalında Kraliça Yelezaveta adalarının tərkibinə daxildir.
Sverdrup adaları | |
---|---|
ing. Sverdrup Islands | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Aksel-Heyberq |
Ümumi sahəsi | 66,000 km² |
Hündür nöqtəsi | 2211 m |
Yerləşməsi | |
78°00′00″ şm. e. 100°00′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adaların ümumi sahəsi 66 000 km² təşkil edir. Ən iri adaları: Aksel-Heyberq (43 178 km²), Ellef-Rinqnes (11 295 km²), Amund-Rinqnes (5 255 km²). Aksel-Heyberqdə hündürlük 2211 metrdir, adada sahəsi 12 500 km² olan buzlaq vardır. Fiordlarla zəngindir. Ellef-Rinqnes adasında aeroport və meteostansiya fəaliyyət göstərir.
Ada | Ən hündür nöqtəsi m |
Sahəsi km² |
Yeri Kanadada |
Yeri dünyada |
---|---|---|---|---|
Aksel-Heyberq | 2211 | 43 178 | 7 | 32 |
Ellef-Rinqnes | 260 | 11 295 | 16 | 69 |
Amund-Rinqnes | 265 | 5 255 | 25 | 111 |
Mien adası | 300 | 955 | 50 | 337 |
Kral-Kristian | 165 | 645 | 60 | 420 |
Stor (ada) | 500 | 313 | 87 | … |
Ümumi | 2211 | 66 000 | - | - |
Adlar qrupu Norveçli qütb araşdırmaçısı Otto Sverdrupun (1898–1902) şərəfinə adlandırılmışdır.