Tuklu Mamont - Wikipedia
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.Nəsili kəsilmiş heyvan növüdür
Tüklü mamont | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tüklü mamont |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib.
Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7–3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir. Dişi nümayəndələr hündürlükdə 2.6–2.9 m arasındadır və çəkisi 4 tona qədərdir. Yeni doğulan fil balası təxminən 90 kq ağırlığındadır. Mamont axırıncı buz dövründə soyuq mühitə yaxşı alışıb. O, uzun qoruyucu tüklərin xarici örtüyü və qısa astarla birlikdə xəzlə örtülmüşdür. Xəzin rəngi qaradan ağa qədər dəyişir. Qulaqlar və quyruq donvurmanı və istilik itkisini azaltmaq üçün kiçikdir. Növün nümayəndəsinin həyatı boyu altı dəfə dəyişdiyi dörd azı dişi və uzun əyri fil dişləri var. Onun davranışı müasir fillərlə oxşardır və o, fil dişlərini və xortumunu obyektləri hərəkət etdirmək, döyüşmək və qida axtarmaq üçün istifadə. Tüklü mamontun qidası ot və cilkimilərdir. Bəzi nümayəndələri altmış yaşa qədər çatır. Yaşayış yeri Avrasiyanın şimalı və Şimali Amerika içindən uzanan mamont çölləridir.
Tüklü mamont onların sümüklərini və dişlərini incəsənət, alətlər və yaşayış məskəni düzəltmək üçün istifadə edən ilk insanlarla və mamontlar kimi qida üçün ovlanan canlılarla eyni dövrdə yaşayıb.[1] O, əsas yayılma sahəsindən 10 min il bundan əvvəl Plestosen dövründə qeyb olub. Bunun səbəbi ya iqlim dəyişikliyi və bunun nəticəsi olan yaşayış yerinin azalması, ya insanlar tərəfindən ovlanması, ya da hər iki prosesin kombinasiyasıdır. Növün təcrid olunmuş hissəsi 6400 il əvvələ qədər Müqəddəs Paul adasında (Alyaskada) və 4000 il bundan əvvələ qədər Vreynql adasında (Şərqi Sibirdə) yaşayıb. Tüklü mamontun nəslinin kəsilməsindən sonra da insanlar onun mamont dişini xammal kimi istifadə etməyə davam ediblər. Təklif edilib ki, klonlaşdırmanın vasitəsilə bu canlılar yenidən yaradıla bilər, ancaq bu metod qalıq genetik materialın xarab olmuş vəziyyətinə görə hələlik mümkünsüzdür.
Taksonomiyası
redaktəMüxtəlif nəsli kəsilmiş fillərin qalıqları əsrlərcə avropalılara məlum idi, ancaq Bibliyaya əsaslanaraq onlar bunu behemotlar və mifologiyadakı nəhənglər kimi əfsanəvi məxluqların qalıqları hesab edilirdilər. Həmçinin hesab edilirdi ki, onlar Hannibal və ya Pirrin müharibə filləri kimi Roma Respublikasının dövründə Avropaya gətirilən müasir fillərin və ya şimalı tərk edən heyvanların qalıqları idi.[2] İlk tüklü mamont qalıqları 1728-ci ildə Hans Slon tərəfindən araşdırıldı və bu Sibirdən olan qalıntı halında dişlər və mamont dişləri idi. Slon qalıntıların fillərə aid olduğunu ilk başa düşən şəxsdir.[3] Slon Arktikada fillərin mövcudluğu baradə başqa Bibliyaya əsaslanan izahı istifadə etdi. O, iddia etdi ki, onlar Böyük Tufan zamanı basdırılıblar və Sibir də şiddətli iqlim dəyişikliyindən əvvəl Tropik idi.[4] Başqaları tufanın filləri Tropikdən Arktikaya gətirdiyini müdafiə edərək Slonun çıxardığı nəticəni başqa cür şərh etdilər. Slonun hesabatı səyahətçilərin təsvirlərinə və Sibir və Britaniyada yığılmış dağınıq sümüklərə əsaslanırdı. O, qalıqların fillərə aid olub-olmadığını müzakirə etdi, ancaq heç bir nəticə çıxartmadı.[5]
1738-ci ildə Yohan Filip Breyn mamont qazıntılarının filin bir növünü təmsil etdiyini iddia etdi. O, tropikal heyvanın niyə Sibir kimi soyuq bir yerdə tapıldığını izah edə bilmədi və təklif etdi ki, onlar bura Böyük Tufan zamanı gətiriliblər.[6] 1796-cı ildə fransız anatomist Corcs Kuvier tüklü mamont qalıqlarını Arktikaya gətirilmiş müasir fillər kimi yox, tamamilə yeni növ kimi müəyyən edən şəxs oldu. O, iddia etdi ki, bu növün nəsli kəsilib və uzun müddət mövcud olmayıb. Onun vaxtında bu anlayış geniş şəkildə qəbul edilmirdi.[2][7]
Etimologiya
redaktəKuvierin müəyyənləşdirməsindən sonra Yohan Fridrix Blomenbak tüklü mamontu Asiya fili ilə eyni cinsdə yerləşdirərək 1799-cu ildə ona elmi adını — Elephas primigenius adını verdi Bu ad "birinci doğulan fil" demək idi. Henri Feyefild Ozborn Blomenbakın vaxtında holotip adı istifadə edilmədiyindən onun kolleksiyasından azı dişini lektotip nümunə kimi seçdi.[8] 1828-ci ildə Caşuha Bruks bu növü yeni cins təyin edəcək qədər uzaq hesab etdi və onu Mammuthus primigenius olaraq yenidən sinifləndirdi.[9] Mamont sözünün qaynağını hardan və necə aldığı açıq deyil. Oksford İngilis Lüğətinə görə bu qədim Voqul sözü mēmoŋt — 'yer-buynuz' sözündən gəlir.[10] Bu Bibliya sözü behemotun ərəb dilindəki versiyası mehemotun bir versiyası ola bilər. Başqa mümkün qaynaq eston dilidir. Eston dilində 'maa' yer, 'mutt' köstəbək deməkdir. Söz birinci dəfə XVII əsrin əvvəllərində Sibirdə tapılmış maimanto dişləri nəzərdə tutularaq Avropada istifadə edilmişdir.[11] Paleontologiya ilə maraqlanan Tomas Cefferson mamont sözünün qədim dövrdə yaşamış fili təsvir edən isimdən təəccüblü dərəcədə böyük bir şeyi təsvir edən sifətə çevirilməsində qismən məsuldur. Sözün ilk dəfə sifət kimi istifadə ediməsi 1802-ci ildə Tomas Ceffersona verilən dairəvi pendirlə əlaqədardır.[12]
Təkamül
redaktəFillərin daxil olduğu klad olan xortumlular Tetis dənizi ətrafında təxminən 55 milyon il əvvəl mövcud olmuşdular. Xortumluların ən yaxın bilinən qohumları damanlar və sirenlərdir. Fillər fəsiləsi Afrikada 6 milyon il əvvəl mövcud idilər və bu fəsiləyə müasir fillər və mamontlar daxil idi. İndi nəsli kəsilmiş olan kladlar arasında ancaq mastodon mamontların uzaq qohumu və mamontlar təkamül etməzdən 25 milyon il əvvəl ayrılmış müstəqil Mammutidae fəsiləsinin bir hissəsi idi.[13] Aşağıdakı kladoqram dilaltı sümüyünün xarakteristikalarına əsaslanaraq mamont cinsinin başqa xortumlular arasında yerləşdirilməsini göstərir.[14]
| ||||||||||||||||||||||||||||||||||||||||
2005-ci ildə tədqiqatçılar tüklü mamontun mitoxondrial gen kodunu topladılar. Bu onlara mamontlar və Asiya fili (Elephas maximus) arasındakı yaxın təkamül əlaqəsini izləməyə imkan verdi.[15] Afrika fili (lat. Loxodonta africana) 6 milyon il əvvəl — şimpanze ilə insan arasındakı ayrılma ilə oxşar bir vaxtda bu kladdan çıxmışdı. Neandertal gen proyektinin çapından əvvəl bir çox araşdırmaçılar mamonta aid olma ehtimalı olan nəsli kəsilmiş növlərin ilk dəfə tamamilə ardıcıl şəklə salınmış nüvə gen kodlarını gözləyirdilər.[16] 2010-cu il tədqiqatı bu əlaqəni təsdiqlədi və təklif etdi ki, Afrika fili 6.6–8.8 milyon il əvvəl erkən ümumi əcdaddan ayrılmışkən mamont və Asiya filinin soyları 5.8–7.8 milyon il əvvəl ayrılıb.[17] 2008-ci ildə tüklü mamontun xromosom DNT-sinin planı hazırlandı. Analiz göstərdi ki, tüklü mamont və Afrika fili 98,55% (99.40%-ə qədər) oxşardır.[18] Komanda donmuş torpaqdan çıxarılmış 20 min yaşı olan mamontun və 60 min il əvvəl ölmüş mamontun saç köklərindən DNT-i alaraq tüklü mamontun nüvə gen kodu ardıcıllığının planını hazırladı.[19] 2012-ci ildə 43 min il yaşı olan tüklü mamontdan yığılmış zülallar ilk dəfə dəqiqliklə müəyyən edildi.[20]
Mamontun növlərinin qalıqları müxtəlif yerlərdən bilindiyindən morfoloji tədqiqlər vasitəsilə növün təkamül tarixini yenidən tərtib etmək mümkündür. Mamont növləri dişlərindəki mina qatlarının sayı ilə müəyyən edilir. Primitiv növlərin az miqdarda mina qatı var və yeni növlər təkamül etdikcə və əvvəlkiləri əvəz etdikcə say tədricən artır. Diş tacları uzanır və kəllələr uyğunluğu qorumaq üçün daha uzun olur. Eyni vaxtda kəllələr çəkini minimal tutmaq üçün qabaqdan arxaya daha kiçik olur.[21] Mamontlar aşındırıcı qida maddələrindən istifadə etdikcə bu adaptasiyalar tələb olunur.[22]
Mammuthus cinsinin ilk bilinən nümayəndələri Pliosendən Afrika növü Mammuthus subplanifrons və Plestosendən Afrika növü Mammuthus africanavusdur. Mammuthus subplanifrons sonrakı formaların əcdadı hesab edilir. Mamontlar təxminən 3 milyon il əvvəl Avropaya daxil olublar. İlk bilinən tip Mammmuthus rumanus olaraq adlandırıldı və o, Avropa və Çin arasında yayılmışdı. Onun ancaq 8–10 mina qatı olan dişləri bilinir. Nümayəndələr erkən tipdən ayrılaraq və onun yerinə keçərək, M. meridionalis olaraq 12–14 mina qatına qədər təkamül etdilər. Öz növbəsində bu növlər də 18–20 mina qatı olan və təribən 1 milyon il bundan əvvəl Şərqi Asiyada təkamül etmiş çöl mamontu (Mammuthus trogontherii) ilə əvəzləndi. Mamontlar Sibirdə 200 min il əvvəl 26 mina qatı ilə təkamül edən M. trogontheriidən törəndi və tüklü mamont (M. primigenius) oldu.[23] Kolumbiya mamontu (M. columbi) Şimali Amerikaya daxil olan M. trogontherii sürüsündən törəndi. 2011-ci il genetik tədqiqatı göstərdi ki, Kolumbiya mamontunun iki yoxlanılmış nümunəsi tüklü mamontun yarınkladında yerləşir. Bu o mənaya gəlir ki, iki növün nümayəndəsi cütləşib və nəsil verib. M. jeffersonii kimi bilinən Şimali Amerika nümunəsi iki növ arasında mələz ola bilər.[24]
Ayrı-ayrı nümayəndələr və sürülər bilinən mamont növləri arasında keçid morfoloji xüsusiyyətlər göstərir və primitiv və törəmiş növlər primitiv növ yox olana qədər eyni anda mövcud olur. Müxtəlif növlər və onların aralıq nümayəndələri "xrononövlər" termini ilə ifadə edilə bilər. Çoxlu aralıq yarımnövlər də təklif edilib. Ancaq onların doğruluğu şübhə doğurur və müəllifdən asılı olaraq onlar inkişaf etmiş növlərin primitiv forması və ya primitiv növlərin inkişaf etmiş forması sayıla bilər.[21] M. p. primigenius, M. p. jatzkovi, M. p. sibiricus və M. p. fraasi kimi regional və aralıq yarımnövlər də təklif edilib.[25] Müqəddəs Paul adası və Vreynql adasındakı qruplar materikdəki tüklü mamontdan daha kiçik olduğu üçün cırtdan növ olaraq təsvir edilib; Vreynql adasındakı qrupun yeni yarımnöv — M. p. vrangeliensis olduğu da təklif edilib.[26][27] Vreynql mamontları 5 min illik təcrid həyatı yaşayıb, ancaq genetik müxtəlifliyin yalnız kiçik itkisini yaşayıb.[28]
Təsviri
redaktəTüklü mamontun görünüşü yaxşı qorunulmuş yumşaq toxuması olan donmuş qalıntıların kəşfi ilə bərabər mağara rəsmlərindəki həyat təsvirlərinə görə digər ibtidai icma quruluşuna aid heyvanlardan daha yaxşı öyrənilmişdir. Yetkin erkəklərin çiyin hündürlükləri 2.7–3.4 metr arasındadır və çəkiləri də 6 tona qədərdir. Bu hal-hazırda mövcud olan və ümumilikdə 3–3.4 metrə çatan erkək Afrika fili ilə təqribən eynidir və erkən mamont növlərinin (M. meridionalis and M. trogontherii) və eyni dövrdə yaşamış M. columbi növünün ölçüsündən kiçikdir. Ölçülərin daha kiçik olmasının səbəbi bilinmir. Dişi tüklü mamontların hündürlüyü 2.6–2.9 metr arasındadır və erkəklər daha yüngüldür (4 tona qədər). Yeni doğulan mamont təqribən 90 kiloqram olur. Bu ölçülər müasir fillərin ölçüsü ilə müqayisə edilərək alınmışdır.[29] Vreynql adasındakı mamontların ölçüsü materikdəkilərdən daha kiçik olsa da, onların ölçüsü müxtəlifdir və cırtdan sayılacaq qədər kiçik deyil.[30] İddia edilib ki, axırıncı tüklü mamontların nümayəndələri ölçüdə kiçilib və cinsi dimorfizm artıb, ancaq 2012-ci il tədqiqatı bunu inkar edib.[31]
Tüklü mamontun soyuğa qarşı bir çox uyğunlaşması var və onların ən aydın görünəni bədənin bütün hissələrini əhatə edən xəz qatıdır. Soyuq havaya başqa uyğunlaşmalar olaraq müasir fillərinkindən daha kiçik qulaqları göstərmək olar; onlar 38 santimetr uzunluğundadır və eni 18–28 santimetrdir. 6–12 aylıq olan donmuş mamont balası "Dima"nın qulağının uzunluğu 13 santimetrdir. Kiçik qulaqlar istilik itkisini və donvurmanı azaldır və quyruq da eyni səbəbdən qısadır. Quyruq "Berezovka mamontunda" yalnız 36 santimetrdir. Mamont quyruğunda 21 fəqərə var (müasir filin quyruğunda 28–33 fəqərə var). Dəri müasir fillərinkindən daha qalın deyil, 1.25–2.5 santimetr arasındadır. Tüklü mamontun dəri altında onun isti qalmasına kömək edən və 10 santimetrə qədər olan yağ təbəqəsi var. Tüklü mamontun quyruğu altında onu anusunu əhatə edən dərinin geniş ətəyi var. Bu, müasir fillərdə də müşahidə edilir.[32]
Mağara rəsmlərində təsvir edilən digər xarakteristik xüsusiyyətlərə böyük, hündür baş və hündür çiyinli əyri bellə əyri arxa daxildir. Bu cəhətlər Afrika filindəki kimi çökük arxası olan yeniyetmələrdə olmur. Mağara rəsmlərindəki başqa xüsusiyyət 1924-cü ildə donmuş nümayəndənin kəşfi ilə doğrulanıb. "Orta Kolima mamontu" ləqəbli bu yetkin nümunənin yaxşı qalmış xortum ucu var idi. Müasir fillərin xortum hissələrindən fərqli olaraq xortum ucundakı yuxarı "barmaq" uzun sivri hissədir və 10 santimetr uzunluğundadır, aşağı "barmaq" isə 5 santimetr uzunluğundadır və genişdir. Mamont balası "Dima"nın xortumu 76 santimetr və yetkin "Liyakov mamontu"nun xortumu 2 metr uzunluğundadır. Donmuş nümunələrin çox azının cinsi orqanları günümüzə qədər qalmışdır. Ona görə də cins skeletin yoxlanılmasından müəyyən edilir. Erkəklər ümumiyyətlə daha böyükdür və güclü skeletləri və mamont dişləri var. Cinsin ən yaxşı müəyyən edilmə yolu çanaq qurşağının ölçüsüdür. Çünki uşaqlıq yolu həmişə dişilərdə erkəklərdən daha böyükdür.
Xəz
redaktəXəz uzun cod qoruyucu tüklərin xarici örtüyü (bədənin yuxarı hissələrində 30 santimetr, yanlarda və aşağıda 90 santimetrə qədər və diametrdə 0.5 millimetr) və nisbətən qısa və azca buruq olan alt tüklərin sıx daxili səthindən (uzunluğu 8 santimetr, diametri 0.05 millimetr) ibarətdir. Bud sümüyündəki tüklər 38 santimetr uzunluğundadır və ayaqlarınkı 15 santimetrdir və ayaq barmaqlarına çatır. Başdakı tüklər nisbətən qısadır, ancaq xortumun aşağısında və hər iki tərəfində uzundur. Qoruyucu tüklərdən daha qalın olan cod tüklər quyruğu 60 santimetrə qədər uzadır. Tüklü mamontun mövsümə uyğun olaraq tük tökməsi mümkündür və xəz ən ağır olduğu vaxt — yazda tökülür. Mamont qalıqları payız fəslində daha yaxşı qorunduğuna görə donmuş mamontlarda qışdakı tük təbəqəsinin qorunması mümkündür. Müasir fillərin daha az tükü var və yeniyetmələrin yetkinlərdən daha geniş tük örtüyü var.[33] Tüklü mamontların və fillərin üst saçlarının müqayisəsi göstərir ki, onlar bütov morfologiyada fərqlənmirdilər.[34] Tüklü mamontların yağı onların tüklərində gizlədən yağifrazedici vəziləri var. Bu tükün izolyasiyasını azalda, suyu dəf edə və xəzə parlaqlıq verə bilərdi.[35]
Bugünə qədər yaxşı qalmış tüklü mamont xəzi narıncı-qəhvəyidir, ancaq bu basdırılma zamanı piqmentin ağardılmasından əmələ gəlmiş hesab edilir. Piqmentasiyanın miqdarı saçdan-saça və saçın tərkibində də fərqlənir.[32] 2006-cı il tədqiqatı tüklü mamont sümüklərindən olan Mc1r genini (məməlilərin saç rənginə təsir edir) ardıcıllaşdırdı. İki allellər var: dominant (tam aktiv) və resessiv (qismən aktiv). Məməlilərdə resessiv Mc1r allelləri açıq rəngli saçla nəticələnir. Dominant allellərin ən azı bir kopyası ilə doğulan mamontun tünd rəngli xəz təbəqəsi ola bilər, resessiv allellərin iki kopyası ilə olanlar açıq rəngli ola bilər.[36] 2011-ci il tədqiqatı göstərdi ki, açıq rəngli nümunələr nadir ola bilər.[37] Ancaq 2014-cü il tədqiqatı göstərdi ki, nümunənin rəngi üst saçlarda boyanmamış, qoruyucu saçlarda ikirəngli, boyanmamış və qarışıq qırmızı-qəhvəyi və alt saçlarda boyanmamış olur və bu ümumi görünüşü açıq rəng olaraq verir.[38]
Diş quruluşu
redaktəTüklü mamontun müasir fillərinkindən daha çox əyri olan uzun mamont dişləri var. Bilinən ən böyük erkək mamont dişi 4.2 metr uzunluğunda və 91 kiloqram ağırlığındadır. Ancaq erkək mamont dişləri üçün 2.4–2.7 metr və 45 kiloqram daha səciyyəvi ölçülərdir. Dişilərin mamont dişləri 1.5–1.8 metr uzunluğunda və 9 kiloqram ağırlığındadır. Uzunluğunun təqribən dörddə biri dişin oyuğunun içərisindədir. Mamont dişləri əks istiqamətlərə spiral şəkildə uzanır və ucları bir-birinə tərəf çönənə qədər böyüyür. Bu yolla çəkinin çox hissəsi kəlləyə yaxın olur və moment düz mamont dişləri ilə olandan daha az olur. Mamont dişləri əsasən simmetrik olmur və müxtəlif xüsusiyyətlər göstərir: bəziləri çölə əyilməkdənsə aşağı əyilir, bəziləri sınmaya görə daha qısa olur. 6 aylıqlarında mamont balalarında bir neçə santimetr uzunluğunda olan süd mamont dişləri inkişaf edir və bunlar 1 il sonra daimi mamont dişləri ilə əvəz olunur. Mamont dişinin böyüməsi növün həyatı boyu davam edir, ancaq yetkinliyə çatdıqca yavaşlayır. Hər il mamont dişləri 2.5–15 santimetr böyüyür. Bəzi mağara rəsmləri mamontları kiçik mamont dişləri ilə və ya ümumiyyətlə mamont dişləri olmadan təsvir edir, ancaq bunun həqiqəti əks etdirməsi və ya bədii sərbəstlik olması qeyri-müəyyəndir. Dişi Asiya fillərinin fil dişləri yoxdur, ancaq yetkin tüklü mamontlarda bunun olmadığı ilə bağlı sübut göstəriləcək heç bir qazıntı yoxdur.[39]
Tüklü mamontun ikisi üst, ikisi alt çənədə olmaqla 4 azı dişi var. Diş tacının 23 santimetri çənənin daxilindədir, 2.5 santimetri isə üzərindədir. Tac xarab olduqca daima konveyer qayışına oxşar bir şəkildə hərəkət edir və yuxarı gedir. Dişlərin 26-a qədər ayrılmış mina çıxıntısı var. Onlar çeynəmə səthinə istiqamətlənən "prizmalar"la özlərini əhatə ediblər. Onlar kifayət qədər dayanıqlıdırlar və sementum və dentinin köməyilə bir yerdə qalırlar. Mamontun həyatı boyu 6 dəst azı dişləri olur (5 dəfə dəyişdirir), ancaq həyatı boyu 7 dəst azı dişləri olan bir neçə nümayəndələr də məlumdur. Əgər diş yalnız bir neçə təbəqədən ibarət deyilsə, ikinci vəziyyət növün ömrünü artıra bilər. İlk azı dişləri insanlarınkı ilə eyni ölçüdə — 1.3 santimetr, üçüncü azı dişləri 15 santimetr, altıncı azı dişləri 30 santimetr uzunluğunda və 1.8 kiloqram çəkisində olur. Azı dişləri hər dəfə dəyişdikcə böyüyür və daha çox çıxıntıya səbəb olur.[40]
Azı dişlərinin deformasiyası (əyilməsi) tüklü mamont qazıntılarında tapılmış ən ümumi sağlamlıq problemidir. Bəzən azı dişlərinin təzələnməsi düzgün alınmır və azı dişləri anormal vəziyyətlərə düşür. Britaniyadan olan dişlər göstərir ki, nümunələrin 2%-ində diş əti xəstəlikləri var və bunun yarısını kariyes təşkil edir. Dişlərdə bəzən xərçəng xəstəliyi böyüməsi olur.[41]
Paleobiologiyası
redaktəYetkin tüklü mamontlar öz mamont dişləri, xortumları və ölçüləri ilə özlərini yırtıcılardan effektiv şəkildə müdafiə edirlər. Ancaq yeniyetmələr və zəifləmiş yetkin nümayəndələr canavarlar, mağara kaftarları və iri pişiklər kimi ovçuları dəf etmək üçün zəifdirlər. Mamont dişləri həm də ərazidə ağalıq üçün və ya dişilər üçün edilən növdaxili döyüşlərdə istifadə edilə bilər. Mamont dişləri əyriliyinə görə öldürmək üçün uyğun deyillər, ancaq bəzi kürək sümüyü yaralarından göründüyü kimi zərbə endirmək üçün istifadə edilə bilərdilər. Hissiyatlı və əzələli xortum müasir fillərdəki kimi bir çox funksiyalarla qola bənzər orqan kimi işləyir. O, obyektləri hərəkət etdirmək və sosial əlaqələr üçün istifadə olunur. Quyruqdakı çox uzun tüklər quyruğun qısalılığını təmin edir və müasir fillərdəki quyruğa oxşar olaraq quyruğun həşəratları öldürmək kimi bir istifadəsini təmin edir.[42] Şimal maralındakı və Müşk öküzündə olduğu kimi bədəndəki oksigen mübadiləsini inkişaf etdirmək və donmanın qarşısını almaq üçün tüklü mamontun hemoqlobini soyuğa üç mutasiya ilə öyrəşib. Bu cəhət mamontlara yüksək en dairələrində yaşamağa kömək edə bilər.[43]
Müasir fillər kimi tüklü mamontlar çox mehribandırlar və madərşahlığın hökm sürdüyü ailə qruplarında yaşayırlar. Buna sübut olaraq qalıntıların yığımı və mağara rəsmləri göstərilə bilər. Yəqin başqa sosial davranışlar da müasir fillərinkinə oxşar olub. Məsələn, müasir fillərin qalıqlarının toplandığı yerlər səhvən yaşlı fillərin ölmək üçün gəldiyi yer hesab edildiyi üçün "fillərin qəbiristanlığı" olaraq adlandırılır. Oxşar bir şəkildə tüklü mamont sümüklərinin bir yerə yığıldığı yerlər tapılıb; fikirləşilir ki, bunlar min illər ərzində çayda və ya çayın yaxınlığında ölən nümayəndələrin qalıntılarıdır və onların sümükləri axın nəticəsində bir yerə gətirilir və ya palçıqda boğulan heyvanların qalıntılarıdır. Bəzi yığınların bəlkə də daşqına görə eyni vaxtda ölən sürülərin qalıntıları olduğu düşünülür.[44]
Tüklü mamont sürüsü tərəfindən 11300–11000 il əvvəl edilən izlər Kanadadakı Müqəddəs Meri Hövzəsində tapılıb. İzlər göstərir ki, bu halda təqribən eyni sayda yetkinlik yaşına çatanlar, yetkinlik yaşından aşağı olanlar və yeniyetmələr var. Yetkin nümayəndələrin 2 metr olan uzun addımı var və yeniyetmələr onlara çatmaq üçün qaçmalıdırlar.[45] Yetkin erkək olan "Yukaqir mamontu"nun yaxşı qalmış ayağı göstərir ki, ayaqların altında hərəkət zamanı yer səthində sürüşmədən durmağa kömək edir. Müasir fillər kimi tüklü mamontlar da ayaq barmaqları üzərində gəzirlər və ayaq barmaqlarının arxasında böyük, ətli pəncələri var.[32]
Müxtəlif sümük xəstəliklərinin izləri tüklü mamontda tapılıb. Bunlardan ən çox görünəni Osteoartritdir və nümunələrin 2%-də görülüb. İsveçrədən olan nümunənin bu xəstəliyin nəticəsi kimi bir neçə birləşmiş fəqərəsi var. "Yukaqir mamontu" iki fəqərəsində Spondilitdən əziyyət çəkirdi və osteomielit bəzi nümunələrdə görünürdü. Bir sıra nümunələrdə sümük sınıqları sağalıb və bu da göstərir ki, heyvanlar bu yaralarla yaşayıb.[46] Parazit uçan həşəratlar və protozoylar mamont balası "Dima"nın bağırsağında təyin olunub.[47]
Qidalanma
redaktəHəzmin müxtəlif mərhələlərindəki qida bir neçə tüklü mamontun bağırsaqlarında tapılıb və bu onların qidalanmasının aydın izahını verir. Tüklü mamontlar özlərini bitki qidaları ilə, əsasən, ot bitkiləri, çiçəkli bitkilər, kollar, mamırlar və ağaclarla əlavə edilən ot və cilkimilərlə bəsləyirlər. Tərkib və növlər ərazidən-əraziyə fərqlənir. Müasir fillər kimi tüklü mamontların da inkişaflarını təmin eləmələri üçün müxtəlif qidalara ehtiyacı var idi. 6 tonluq yetkin mamontun gündə 180 kiloqram yeməyə ehtiyacı var idi və bu qədər qidanı tapmaq üçün hər gün 20 saat kimi uzun bir vaxtda qida axtara bilərdi. Xortumun iki-barmaqlı ucu axırıncı buz dövrünün (Dördüncü buzlaşma, indiki dövrdən 2.58 milyon il əvvəl) qısa otlarını barmaqların əhatəsində tutaraq dərmək üçün adaptasiyaya uğramış ola bilər. Ancaq müasir fillər tropik mühitin daha uzun otlarının ətrafında öz xortumlarını bururlar. Xortum həm də böyük ot dəstələrini yerindən çıxartmaq, tumurcuqları və çiçəkləri dərmək və ağacların və kolların olduğu yerdə yarpaqları və budaqları qopartmaq üçün də istifadə edilə bilər. "Yukaqir mamontu" peyin göbələklərinin sporlarının olduğu bitki qidasını həzm edib.[48] İzotop analizi göstərib ki, tüklü mamontlar atlardan və kərgədanlardan fərqli olaraq, əsasən, C3 bitkiləri ilə qidalanırdılar.[49]
Alimlər mamont balası "Lyuba"nın mədəsində süd və bağırsaqlarında nəcisli maddə aşkar eləyib.[50] Müasir fillərdəki kimi "Lyuba" mamontu da nəbatatın həzm edilməsi üçün vacib olan bağırsaq mikroblarının inkişafına yardım etmək üçün nəcisli maddə yemiş ola bilər.[51] Kanadanın Yukon ərazisindən olan tüklü mamontların izotop analizi göstərdi ki, mamont balası ən azı 3 il yedizdirilib, yavaş-yavaş ana südünün verilməsi azaldılıb və 2–3 yaşında olarkən nisbətən bitki ilə qidalanmağa keçib. Bu müasir fillərinkindən daha gecdir və səbəb olaraq yırtıcıların hücüm etməsi riskini və ya yüksək en dairələrindəki qış qaranlığının uzun periodlarında qida tapılmasındakı çətinlikləri göstərmək olar.[52]
Azı dişləri daha çox mina təbəqəsi və onların erkən cənub qohumlarınkından daha hündür diş tacı vasitəsilə kobud tundra otları ilə qidalanmağa öyrəşib. Tüklü mamontlar öz güclü çənə sümüklərini işlədərək qidalarını çeynəyirdilər. Onlar çənə sümüklərini irəli hərəkət etdirir və ağızlarını açırdılar, daha sonra ağızlarını bağlayarkən çənə sümüklərini arxaya hərəkət etdirirdilər və bu da iti mina çıxıntılarının birləşdirir və qidanın kiçik hissələrə ayrılmasına səbəb olur. Çıxıntılar aşınmağa davamlıdırlar və bu da heyvana əsasən kiçik daş parçalarının daxil olduğu böyük miqdarda qidanı çeynəməyə kömək edir. Tüklü mamontlar mamont dişlərini torpaqdan qarı təmizləmək və aşağıda basdırılmış nəbatatı tapmaq üçün və buzu qırıb içmək üçün bel kimi istifadə edə bilərdilər. Yaxşı saxlanılmış mamont dişlərində bu torpağa çatmaq üçün səthin bir hissəsindəki 30 santimetrə qədər düzləşdirilmiş, təmizlənmiş hissələr vasitəsilə təyin olunub. Mamont dişi bitkini qazıb çıxartmaq və ağac qabığını soymaq kimi dəgər yollarla da qida tapmaq üçün də istifadə edilə bilərdi.[53]
Böyümə və nəsilartırma
redaktəTüklü mamontun yaşı onu mamont dişlərinin en kəsiyinə baxdıqda görünən böyümə xətlərini sayaraq müəyyən edilə bilər. Hər əsas xətt ili göstərir və həftəlik və günlük xətlər də onların arasında tapıla bilər. Tünd zolaqlar yaya uyğun gəlir və buna görə də mamontun öldüyü mövsümü müəyyən etmək olar. Qida tapmaq çətinləşəndə, məsələn xəstəlik zamanı, erkək sürüdən qovulanda və sərt buzlaşma dövründə mamont dişlərinin inkişafı yavaşlıyır. Başqa fillər kimi tüklü mamontlar da yetkinliyə qədər böyüməyə davam edirlər. Birləşməmiş əza sümükləri göstərir ki, erkəklər 40 yaşına çatana qədər, dişilər isə 25 yaşına çatana qədər böyüyürlər. Donmuş mamont balası "Dima" 6–12 aylığında öləndə 90 santimetr uzunluğunda idi. Bu yaşda azı dişlərinin ikinci dəsti çıxa bilərdi və birinci dəst 18 aylığında sıradan çıxır. Azı dişlərinin üçüncü dəsti 10 il davam edir və bu proses axırıncı — altıncı dəst heyvan 30 yaşında olanda ortaya çıxana qədər təkrarlanır. Tüklü mamontlar eyni ölçüdəki müasir fillər kimi 60 yaşına çata bilir. Sonra azı dişlərinin axırıncı dəsti istifadəyə yararsız olur, heyvan çeynəyə və qidalana bilmir və aclıqdan ölür.[54]
Donmuş yetkin nümunə — erkək "Yukaqir mamontu"nun yaxşı qalmış başı göstərir ki, tüklü mamontların qulaqları və gözləri arasında gicgah vəziləri olub.[55] Bu cəhət təyin edir ki, erkək fillər kimi erkək tüklü mamontlar da aqressiyanın artdığı mest dövrünə daxil olurdular. Vəzilər temporin adlandırılan güclü iyli yağlı maddə istehsal etmək üçün xüsusilə erkəklər tərəfindən istifadə olunur. Onların xəzləri iyi uzağa yaymaqda köməkçi olur.[56]
Yaxşı qalmlş mamont balalarının tədqiqi göstərib ki, onların hamısı yaz və yayda doğulub. Müasir fillərin 21–22 aylıq hamiləlik dövrü olduğundan cütləşmə dövrü yaydan payıza qədərdir.[57] "Lyuba"nın dişlərinin delta-N-15 izotop analizi onların doğumdan əvvəlki inkişafını göstərir və təyin edir ki, onun ana qarnında keçirdiyi müddət müasir fillərinkinə oxşardır və o, yazda dünyaya gəlib.[58]
Yayılması və yaşayış yerləri
redaktəTüklü mamontun yaşayış yeri "mamont çölü" və ya "tundra çölü" olaraq bilinir. Son buz dövrü ərzində bu mühit Şimali Asiya, Avropanın bir çox hissələri, Şimali Amerikanın şimalı arasında uzanırdı. Bu müasir Rusiyanın otlu çöllərinə oxşar idi, ancaq flora daha müxtəlif, bərəkətli və tez inkişaf edən idi. Ot, cilkimilər, kol və ot bitkiləri mövcud idi və cənub regionlarda, əsasən, seyrək ağaclar var idi. Bu əraziləri yüksək təzyiqli ərazilər olduğu üçün yaşayış yerlərinə indi bilindiyi kimi buz və qar hakim deyildi. Tüklü mamontun yaşayış yeri tüklü gərgədan, vəhşi atlar və bizon kimi otlaq fitofaqlarını da dəstəkləyirdi.[59]2014-cü il tədqiqatı göstərdi ki, ot bitkiləri "çöl tundrası"nda əvvəllər fikirləşildiyindən daha vacib idi və buz dövrü meqafaunası üçün əsas qida mənbəyi idi.[60]
Ən cənubda tapılmış tüklü mamont nümunəsi Çinin Şantunq əyalətindən tapılmışdır və 33 min il yaşındadır.[61] Avropanın ən cənubunda tapılmış qalıntılar İspaniyanın Qranada dərəsindən tapılmışdır və təqribən eyni yaşlardadır..[62] DNT tədqiqatlarının tüklü mamontun filocoğrafiyasını müəyyən edilməsində rolu var. 2008-ci il DNT tədqiqatı göstərdi ki, tüklü mmaontun iki uzaq qrupu var: birinin 45 min il əvvəl nəsli kəsilib, digərinin 12 min il əvvəl nəsli kəsilib. İki qrupun yarımnöv hesab edilmək üçün kifayət qədər fərqli olduğu iddia edilir. Erkən nəsli kəsilən qrup yüksək Arktikanın ortasında qalırdı, gec nəsli kəsilən qrupun isə daha geniş yayılma sahəsi var idi.[63] Sibir və Amerika mamontlarının hal-hazırda mövcud olan isotop tədqiqatları göstərir ki, bir vaxtlar Şimali Amerika ilə Asiyanı birləşdirən Berinqianın hər tərəfindəkı iqlim vəziyyətlərində fərqlər var idi. Son Plestosendə Sibir quru və soyuq idi.[64] Böyük Şaxta ərzində tüklü mamontlar şimal-şərqi Avropaya yayılıblar və daha sonra əsas yayılma ərazisinin nümayəndələrinin nəsli kəsilib.[65]
2008-ci il genetik tədqiqatı göstərdi ki, Berinqia vasitəsilə Asiyadan Şimali Amerikaya daxil olan tüklü mamontların bir hissəsi 300 min il əvvəl geriyə qayıtdılar və növün tamamilə nəslinin kəsilməsindən qısa bir müddət əvvəl — 40 min il bundan əvvəl əvvəlki Asiya nümayəndələrinin yerinə keçdilər.[66] Tüklü mamontlar Şimali Amerikadakı Kolumbiya mamontunun ərazisi ilə eyni olan ərazidə tapılıb, ancaq bu iki növün bir-biri ilə qarşılaşıb-qarşılaşmadıqları bilinmir. Tüklü mamont bu cənub ərazilərinə Kolumbiya mamontunun olmadığı vaxtlarda daxil ola bilərdi.[59]
İnsanlarla əlaqəsi
redaktəÜst Paleolit dövründə müasir insanlar 30000–40000 il bundan əvvəl Afrikadan Avropaya daxil olanda tüklü mamontlarla birlikdə yaşamışlar. Bundan əvvəl neandertallar Orta Paleolit dövründə mamontlarla birlikdə yaşamışdır. Tüklü mamontlar buz dövrü insanları üçün çox vacib idi və bəzi ərazilərdə insanın həyatda qalması mamontdan asılı ola bilərdi. Birlikdə yaşayışın dəlili XIX əsrə qədər tapılmadı. Uilyam Bakland 1823-cü ildə öz Pavilandin Qırmızı Xanımının kəşfini çap etdirdi. Pavilandin Qırmızı Xanımı mağarada tüklü mamont sümükləri ilə yanaşı tapılmışdı. Ancaq o, səhvən onların eyni dövrə aid olmasını inkar etdi. 1864-cü ildə Edvord Lartey Dordoniyadakı Abri de la Madelin mağarasında mamont dişinin bir hissəsinin üzərində yonulmuş tüklü mamont qravürünü kəşf etdi. Bu, ibtidai icma quruluşunun nəsli kəsilmiş heyvanı ilə insanın birlikdə yaşayışının ilk geniş şəkildə qəbul edilən sübutu oldu və bu, həm də müasir elmə bilinən canlının ilk həmyaşıd təsviri idi.[67]
Tüklü mamont buz dövrü incəsənətində atlardan və bizonlardan sonra üçüncü ən yaxşı təsvir edilmiş heyvandır və şəkillər 35000–11500 il bundan əvvəl çəkilib. İndiki dövrdə Rusiya, Fransa və İspaniyadakı 46 mağaranın divarlarında olan mağara rəsmləri və qravürlərdən mamont dişi, buynuz, daş və sümükdən düzəldilmiş qravürlər və heykəllərə (daşına bilən incəsənət) qədər 500-dən çox tüklü mamont təsviri cəmiyyətə məlumdur. Tüklü mamontun mağara rəsmləri müxtəlif üslublarda və ölçülərdə mövcuddur. Fransanın Rufinak mağarası rekor təsvir sayına sahibdir. Buradakı 159 təsvirdən bəziləri uzunluqda 2 metrdən çoxdur. Başqa diqqətə layiq mağaralar Şovey mağarası, Les Komberelz mağarası və Font-de-Qam mağarasıdır.[68] El Kastilo mağarasındakı təsvir isə fərqli olaraq Palaeoloxodonu — "düz dişli fili" göstərir.[69]
Daşına bilən incəsənət alətlər və buz dövründə insanlar tərəfindən düzəldilmiş başqa şeylər ilə eyni yataqlardan tapıldığına görə yaşlarının müəyyən edilməsi mağara rəsmlərinə nisbətən daha dəqiqdir. 47 lövhə üzərində olan 62 təsvirdən ibarət daşına bilən incəsənətin ən böyük kolleksiyası 1960-cı illərdə Almaniyadakı Qönersdorf yaxınlığında yerləşən, qazıntılar aparılan açıq hava düşərgəsindən tapılmışdır. Burada Şimal maralı sümükləri ən çox tapılan heyvan qalıqları olduğuna görə təsvir edilən mamontların sayı ilə tez-tez ovlanılan növ arasında uyğunluq görülmür. Həmçinin Fransada tüklü mamont formalı iki mizraq fırladan tapılıb.[68] Bəzi daşına bilən mamont təsvirləri tapıldıqları yerdə istehsal edilməmiş ola bilər və qədim dövr ticarəti ilə başqa ərazilərə gedə bilər.[69]
İstismar
redaktəTüklü mamont sümükləri buz dövründə neandertallar və müasir insanlar tərəfindən ev tikmək üçün istifadə edilirdi. Əsasən, Rusiya ovasından olan 70-dən çox belə ev məlumdur. Komaların özülü dairəvi və 8–24 m2 idi. Evlərin yerləşdirilməsi müxtəlif idi və yerləşmədən asılı olaraq 1 metrdən 20 metrə qədər dəyişirdi. Böyük sümüklər komaların təməli üçün, mamont dişləri giriş yeri üçün və böyük ehtimalla, dərilər də yerə sancılan sümüklər və mamont dişləri vasitəsilə dam üçün istifadə edilirdi. Bəzi komaların döşəmələri 40 santimetrə qədər torpağın aşağısına uzadılırdı. Bəzi komaların ocaq yerləri var idi və odun qıt olduğu üçün yanacaq olaraq sümüklər istifadə edilirdi. Material kimi istifadə edilən sümüklərin bir hissəsinin insanların öldürdüyü mamontlardan alına bilərdi. Ancaq sümüklərin vəziyyəti və bir evi tikmək üçün istifadə edilən sümüklərin yaşca minlərlə il fərqlənməsi faktı göstərir ki, evləri tikənlər uzun müddət əvvəl ölmüş heyvanların qalıqlarını istifadə edirdilər. Bundan başqa tüklü mamontun sümükləri müxtəlif alətlərin, mebel əşyalarının və musiqi instrumentlərinin düzəldilməsi üçün istifadə edilirdi. Kürək sümüyü kimi böyük sümüklər isə dəfn zamanı ölmüş insan bədənlərini örtmək üçün istifadə edilirdi.[70]
Tüklü mamont dişi incəsənət nümunələri yaratmaq üçün də istifadə edilib. Brasempoyun Venusu və Lespyuq Venusu daxil olmaqla, bir çox Venus heykəlcikləri mamont dişindən düzəldilib. Xəncər, mizraq və bumeranq kimi mamont dişindən düzəldilmiş silahlar da elmə məlumdur. Mamont dişini emal etmək üçün böyük mamont dişlərini doğramaq, yontmaq və daha rahat idarə edilən kiçik hissələrə ayırmaq lazımdır. Bəzi mamont dişi alətləri materialın düzləşdirildiyini göstərir və buna necə nail olunduğu sirr olaraq qalır.[71]
Bir çox tüklü mamont nümunələrində sınıqlar və kəsik izləri olaraq görünən və daş alətlərlə edilən insanlar tərəfindən doğranılmanın izləri var. Digər böyük fitofaqlar da həmin dövrdə mövcud olduğu üçün ibtidai icma quruluşu dövründə yaşamış insanların tüklü mamont ətindən nə qədər asılı olması naməlumdur. Mamontları ovlamaq yerinə insanlar onların cəmdəklərini yeyə bilərdilər. Bir neçə mağara rəsmləri tüklü mamontları çuxur tələsi adlandırılan quruluşlarda təsvir edir. Az nümunələr insanlar tərəfindən ovlanılmanın açıq-aydın izini göstərir. Kürək sümüyündə mizraq ucu olan Sibir nümunəsi göstərir ki, mizraq böyük güclə heyvana doğru atılıb.[72] İtaliyanın Mustye mədəniyyəti dövründən olan nümunə neandertallar tərəfindən mizraqla edilmiş ovun izlərini göstərir.[73] "Yuka" adlı yeniyetmə insanla qarşılıqlı əlaqənin görüldüyü ilk donmuş mamontdur. Onda böyük yırtıcı heyvan tərəfindən öldürülmənin, daha sonra isə insan tərəfindən cəmdəyin təmizlənilməsinin izləri var. Bəzi sümüklər götürülüb və yaxın ərazidə tapılıb.[74] Sibirdəki Yana çayına yaxın ərazidə insan tərəfindən ovlanılmanın izləri ilə bir çox nümunələr tapılıb. Ancaq tapılanların intensiv şəkildə deyil, yalnız mamont dişi lazım olduğu zaman ovlandığı fikirləşilir.[75]
Nəslinin kəsilməsi
redaktəBir çox tüklü mamont sürüləri son Plestosen və erkən Holosendə Dördüncü çağa aid nəsil kəsilməsi vaxtında Plestosen meqafaunası iə birlikdə yox olmuşdur.[76] Alimlər tüklü mamontun nəslinin kəsilməsinin səbəb kimi növün azalmasına gətirib çıxaran ovlanmanı və iqlim dəyişikliyini və ya ikisinin kombinasıyasını göstərir. Səbəbin nə olmasından asılı olmayaraq, sürünün kiçikliyinə və aşağı törəmə sürətinə görə kiçik məməlilər böyük məməlilərdən daha güclüdür. Müxtəlif tüklü mamont sürüləri digərləri ilə birlikdə eyni vaxtda ölməyib, müəyyən vaxt ərzində tədricən yoxa çıxıb. Axırıncı materik sürüsü 9650 il əvvəl Sibirin Çaunskiy yarımadasında mövcud olub.[77] Tüklü mamontun kiçik bir sürüsü 6400 il əvvələ qədər Alyaskanın Müqəddəs Paul Adasında yaşaya biliblər.[78][79][80] Axırıncı bilinən tüklü mamont sürüsü 4000 il əvvələ qədər Şimal Buzlu okeanının Vrangel Adasında qalıblar.[81][82][83] Genetik sübut göstərir ki, son sürünün nəslinin kəsilməsi tədricən azalmanın kuliminasiya nöqtəsi olmayıb və qəfil baş verib.[83] Yox olma adada insanların yaşamağa başlamasının vaxtı ilə təqribən kəsişir.[84] Şərqi Berinqianın (müasir Alyaska və Yukon) tüklü mamontları oxşar olaraq təqribən 13300 il əvvəl — ərazidə insanların yaşamağa başlamasından bir az (təqribən 1000 il) sonra öldülər. Bu fakt digər son Plestosen dövrü xortumlularının (mamontlar, gomphothere və mastodonlar) və Amerikanın meqafaunasının qalanınn çoxunun taleyi ilə paralel gedir.[85] Müqəddəs Paul Adasının tüklü mamont sürüləri fərqli bir şəkildə buz dövründən sonra dəniz səviyyəsinin qalxmasına görə yaşayış ərazilərini itirmiş və insanların gəlişindən əvvəl nəsilləri kəsilmişdir.[86]
2008-ci il tədqiqatı göstərdi ki, iqlim dəyişiklikləri 42 min il bundan əvvəl 7700000 km2 olan ərazisini 6 min il bundan əvvəl 800000 km2-ə qədər azaldıb.[87][88] Tüklü mamont 125 min il bundan əvvəl Sale buzlaşmasının sonunda böyük ərazi itirəndə də yaşamağa davam etdilər və insanların Axırıncı Buz dövrünün sonunda qalan sürüləri nəsli kəsilənənə qədər ovlaması mümkündür.[89][90] Cənub-qərbi Kanadada 11300–11000 il əvvələ aid izlərin tədqiqatı göstərdi ki, M. primigenius insanlarla birlikdə yaşayarkən nəslinin kəsilmə mərhələsində idi. Çünki normal sürüdə gözləniləndən daha az yeniyetmənin izi var idi.[91]
2010-cu il tədqiqatı göstərdi ki, tüklü mamontların azalması temperaturu Şimal yarımkürəsinin bəzi yüksək en dairələrində 0.2 0C-ə qədər artıra bilərdi. Mamontlar əsasən toz ağacını yeyərək otlaq yerləri yaradırdılar. Mamontların yox olması ilə otlaqdan daha çox günəş işığı əmən toz ağacı artaraq regional istiləşməyə səbəb oldu.[92]
Donmuş nümunələri
redaktəTüklü mamontun qazıntıları köhnə çaylar və göllər daxil olmaqla müxtəlif yataqlarda və buz dövründə quru olan Şimal dənizindəki Doggerland ərazisində tapılmışdır. Qalıqlar əsasən qırıq-qırıqdır və yumşaq toxumadan ibarət deyil. Donmuş nümunələrdən başqa tapılan yeganə yumşaq toxuma Staruniyadakı (Polşada) neft sızıntısında saxlanılan nümunədəndir. Tüklü mamontun donmuş nümunələri ikincisində çox az olmaqla Sibir və Alyaskanın şimal hissələrində tapılmışdır. Belə qalıqlar əsasən Şimal qütbü dairəsində, uzun müddət donmuş vəziyyətdə qalmış torpaqlarda tapılır. Görünür, 30000–15000 il bundan əvvələ aid yumşaq toxumanın qalması çox da mümkün deyil. Buna səbəb həmin dövrdə iqlimin mülayim olması ola bilər. Bir çox donmuş nümunələr şəraitsizliyə görə, ya da leş yeyən orqanizmlərə görə kəşf edilməzdən əvvəl xarab olub. "Təbii mumiyalama" heyvanın mayedə və ya donan lil, palçıq və ya buzlu su kimi qismən bərk olan maddələrdə basdırılmağını tələb edir.[93] Mədədə həzm edilməmiş qidanın olması və bir çox nümunələrin ağzında hələ də meyvənin olması aclıqdan və ya şəraitsizlikdən nəslin kəsilməsini inkar edir. Yeyilən nəbatatın yetkinliyi ölüm vaxtını yazdan daha çox payıza daha uyğun edir.[94] Heyvanlar buz vasitəsilə çölə çıxa bilmədikləri kiçik gölməçələrə və ya çuxurlara düşə bilərdilər. Onların çoxu bəlkə də daşqınlar vasitəsilə gətirildikləri çaylarda ölüblər. Sibirdə Yakutiyadakı Berelek çayına yaxın olan bir məntəqədə ən azı 140 mamontun axın vasitəsilə bura gətirilmiş 8000-dən çox sümüyü bir nöqtədə tapılıb.[95]
1692–1806-cı illərdə Avropada donmuş mamontların yalnız dörd təsviri çap edildi. Həmin vaxt ərzində qalıqların heç biri saxlanılmadı və bütöv skelet bərpa edilmədi.[96] 1728-ci il kimi erkən bir vaxtda donmuş tüklü mamontların cəmdəkləri avropalılar tərəfindən qazıntılar nəticəsində tapılarkən ilk tamamilə sənədləşdirilmiş nümunə sibirli ovçu Osip Şumakov tərəfindən 1799-cu ildə Lena çayının deltasında kəşf edilmişdir.[96] Şumakov mamont dişlərini fil dişi ticarəti üçün aparana qədər onun əriməsinə şərait yaratdı. 1806-cı ildə Yakutskda olarkən Mixail İvanoviç Adams donmuş mamont haqqında eşitdi. Nümunənin olduğu yerə gələndə Adams kəşf etdi ki, vəhşi heyvanlar mamontun dişləri daxil olmaqla onun orqanlarının çoxunu və ətini yeyiblər. O, cəmdəyi yoxladı və aşkar etdi ki, bu həmin vaxta qədər bərpa edilmiş ən tam mamontdur. Adams Şumakovun satdığı dişlər istisna olmaqla, bütün skeleti, ön ayağı, dərinin böyük hissəsini və təxmini 18 kiloqram olan tükü bərpa etdi. Adams geri qayıdanda Şumakovun satdığı mamont dişləri olduğuna inandığı bir cüt fil dişini aldı. O, cəmdəyi Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyinə verdi və skeletin quraşdırılması işi Vilhelm Qotlib Teliziusa tapşırıldı.[5] I Pyotr tərəfindən qurulan Kunstkamera istinad kimi istifadə edilə biləcək Hindistan filinin skeletini saxlayırdı.[97] Bu nəsli kəsilmiş heyvanın skeletinin yenidən bərpasına ilk cəhdlərdən biri idi. Skeletin yenidən bərpasının çox hissəsi doğru idi, ancaq Telisiuz mamont dişlərini səhv tərəflərdə yerləşdirdi. Buna görə də mamont dişləri içəri doğru əyilməkdənsə, çölə əyilir. Səhv 1899-cu ilə qədər düzəldilmədi və mamont dişlərinin əsil yeri XX əsrə qədər müzakirə mözvuzusu oldu.[98][99]
"Berezovka mammontunun" 1901-ci il ekskavasiyası ilkin tapıntıların ən yaxşı sənədləşdirilmişidir. O, Berezovka çayının yaxınlığında tapılıb və ekskavasiya Rusiya hökuməti tərəfindən maliyyələşdirilib. Heyvanın hələ də dişində və dilində ot var idi və bu da ölümün qəfildən baş verdiyini göstərirdi. Ümumi olaraq ekspedisiya 10 ay çəkdi və Sankt-Peterburqa nəql edilməzdən əvvəl nümunə hissələrə ayrılmalı idi. O, 35–40 yaşlarında erkək idi və 35 min il bundan əvvəl ölmüşdü. Onun kürək sümüklərindən biri qırılmışdı və sümüyün qırılması heyvan yarığa düşəndə baş verə bilərdi.[94]
1929-cu ilə qədər 34 mamontun qalıqları donmuş yumşaq toxumaları (dəri, ət və orqanlar) ilə birlikdə qeydə alındı. Onların yalnız dördü nisbətən tamamlanmışdır. O zamandan bəri əlaqədar bir çox nümunələr tapılıb. Bir çox hallarda ət donmadan əvvəl və qurumadan sonra çürüməni göstərir.[100] 1860-cı ildən bəri Rusiya hökuməti donmuş tüklü mamont qalıntılarının kəşflərinə görə 1000 rubla qədər mükafatlar təklif edir. Adətən, belə tapıntılar xürafələrə görə gizli saxlanılırdı. Bir sıra qalıntılar qeydə alınmadığı üçün itirdi və biri də itlərə yedirdilmişdi. Daha yaxın illərdə elmi ekspedisiyalar yalnızca təsadüflərə bel bağlamaqdansa, qalıntıların tapılmasına həsr edildi.[101]
1977-ci ildə "Dima" adlandırılan yeddi aylıq tüklü mamont balasının yaxşı qorunmuş qalıntısı kəşf edildi. Qalıntı Sibirin şimal-qərbindəki Kolima çayının qolunun yaxınlığında tapılıb. Nümunə ölüm vaxtı təqribən 100 kiloqram idi və hündürlüyü 104 santimetr və uzunluğu 115 santimetr idi. Radiokarbon tarixləşdirmə üsulu müəyyən etdi ki, "Dima" 40 min il bundan əvvəl ölüb. Onun daxili orqanları müasir fillərinkinə oxşardır, ancaq qulaqları eyni yaşdakı Afrika filinin qulaqlarının ölçüsünün onda biridir. Ləqəbi "Maşa" olan daha az tamamlanmış yeniyetmə 1988-ci ildə Yamal yarımadasında tapılıb. O, 3–4 aylıq idi və onun sağ ayağındakı yara onun ölümünə səbəb ola bilərdi. Bu ən qərbdə tapılmış donmuş mamontdur.[102]
1997-ci ildə Sibirdəki Taymır yarımadasının tundrasından mamont dişinin hissəsi kəşf edilmişdi. 1999-cu ildə 20380 yaşında olan qalıntı və ətrafdakı 25 ton çöküntü Mi-26 ağır qaldırma helikopteri vasitəsilə Katanqadakı buz mağarasına nəql edildi. Nümunəyə "Carkov mamontu" ləqəbi verildi. 2000-ci ilin oktyabrında mağarada tükü və digər yumşaq toxumaları bütöv saxlamaq üçün saçquruducuların istifadəsi ilə ehtiyatlı əritmə əməliyyatı başladıldı.[103][104]
2007-ci ildə "Lyuba" adlandırılan dişi mamont balasının qalıntısı Yuribey çayının yaxınlığında tapıldı. Burada o, 41800 il qalmışdı.[105][106] Azı dişinin içərisindən bir hissə kəsilərək və onun böyümə xətlərinə baxılaraq tapıldı ki, heyvan bir aylığında ölüb.[107] Mamont balası 50 kiloqram ağırlığında, 85 santimetr hündürlüyündə və 130 santimetr uzunluğunda idi.[108][109] Kəşf ediləndə gözləri və xortumu bütöv idi və xəzin bir hissəsi bədəndə qalmışdı. Onun orqanları və dərisi yaxşı qalmışdı.[110] "Lyuba"nın sürüsünün keçdiyi çayda palçıqla boğulduğuna inanılır.[105][111] Ölümdən sonra bədəndə süd turşusu istehsal edən bakteriyalar məskunlaşmışdı və onu "turşulaşdıraraq" mamontu xarab olmamış vəziyyətdə saxlayıblar.[105]
2012-ci ildə Sibirdən insan tərəfindən edilmiş kəsik izləri olan yeniyetmə tapıldı. Alimlər onun ölərkən 2.5 yaşında olduğunu təxmin edirlər və o, "Yuka" adlandırılıb. Onun kəlləsi və çanağı kəşfdən əvvəl çıxarılıb və yaxın yerdə tapılıb.[74][112]Taymır yarımadasında qazıntılar aparılarkən başqa mamontun tapılması 2012-ci ilin oktyabrında bildirilib. Onun yaşı 30 min ilə qədərdir. Mamont onu tapan oğlanın adı ilə "Jenya" adlandırılıb.[113]
2013-cü ildə Yeni Sibir Adaları arxipelaqındakı adalardan biri olan Meyli Laykovski Adasında yaxşı qorunmuş qalıntı aşkar edildi. O, ölüm vaxtı 50–60 yaşlarında olan dişi idi. Qalıntıda yaxşı qorunmuş əzələ toxuması var idi. Mamont buzdan çıxarılanda qarın boşluğundan maye qan axdı. Tapanlar bunu anti-donma xüsusiyyətlərinə malik olan tüklü mamont qanının göstəricisi olaraq dəyərləndirdilər.[114]
Növün yenidən yaradılması
redaktəTüklü mamontun yaxşı qalmış yumşaq toxuma qalıqlarının və DNT-sinin mövcudluğu növün elmi yollarla yenidən yaradıla biləcəyi fikrini ortaya çıxardı. Buna nail olmaq üçün iki yol təklif edildi. Birinci yol klonlaşdırma idi və bu, dişi filin yumurta hüceyrəsinin DNT-tərkibli nüvəsinin götürülməsi və tüklü mamontun toxumasının nüvəsi ilə əvəz edilməsi ilə əlaqədar idi. Hüceyrə bölünməyə təşfiq ediləcəkdi və dişi filə geri daxil ediləcəkdi. Rüşeym mühiti fərqli olsa da, alınacaq fil balası tüklü mamontun genlərini daşıyacaqdı. Saxlanılma vəziyyətlərinə görə bugünə qədər ən bütöv mamontların belə aşağı səviyyədə istifadəyə yaralı DNT-si var və bu, embrionun istehsal edilməsi üçün kifayət deyil.[115]
İkinci üsul donmuş tüklü mamont qalıntısından alınmış sperma hüceyrələri ilə fil yumurta hüceyrəsinin süni mayalandırılmasıdır. Doğulan bala fil-mamont mələzi ola bilər və proses təkrar edilərək daha çox mələzlər nəsil artırılmasında istifadə edilə bilər. Bu mələzlərin cütləşdirilməsindən alınan bir neçə nəsildən sonra demək olar ki, saf tüklü mamont alınacaq. Müasir məməlilərin sperma hüceyrələrinin güclü donmadan sonra uzağı 15 il effektiv olması faktı bu metodun həyata keçirilməsində maneədir.[115] Bir dəfə Asiya fili və Afrika fili Moti adında mamont balası verib, ancaq o, iki həftədən az bir müddətdə çatışmazlıqdan ölüb.[116]
2008-ci ildə yapon qrupu 16 il donmuş siçanların beyinlərində istifadə edilə biləcək DNT aşkar elədi. Onlar istifadə edilə biləcək mamont DNT-sinin aşkar edilməsində eyni metodu sınaqdan keçirmək istəyirdilər.[117] 2009-cu ildə Pireney dağ keçisi (İspaniya dağ keçisinin yarımnövü) həyata geri qaytarılan ilk nəsli kəsilmiş heyvan oldu. Klon ağciyər çatışmazlığından ölməzdən əvvəl yalnız 7 dəqiqə yaşadı.[118] Tüklü mamontun gen kodunun planı hazırlandığı üçün fil xromosomlarına ancaq mamont ardıcıllığının əlavə edilməsi ilə gələcəkdə tüklü mamont xromosomlarının tam dəstinin yenidən yaradılması mümkün ola bilər.[119] Əgər proses uğurlu alınsa, Sibirin Plestosen Parkına klonlanmış tüklü mamontların təqdim edilməsi barədə planlar var.[120]
Mamont üzrə ekspert Eydrn Lister növün yenidən yaradılması cəhdlərinin etik qaydalara uyğunluğunu sorğulayır. Texniki problemlərə əlavə olaraq, o, qeyd edir, ki, tüklü mamontlar üçün uyğun olan yaşayış yerləri çox deyil. Bu növün nümayəndələri sürü halında yaşamağı sevdiyi üçün bir neçə nümunənin yaradılması çox yaxşı olmayacaq. O, həmçinin, qeyd edir ki, sərf ediləcək vaxt və mənbələr böyük olacaq və qazanılacaq elmi nailliyətlər də aydın deyil; o, təklif edir ki, mənbələr nəsli kəsilmə təhlükəsində olan fil növlərini qorumaq üçün istifadə edilə bilər.[115] Mümkün klonlaşdırmaya aid 2014-cü il məqaləsi filləri daşıyıcı ana kimi istifadə etməyin etikasını sorğulayır. Çünki bir çox rüşeymlər yaşamır və dirildilən mamont balalarının həqiqi ehtiyaclarını bilmək mümkün deyil.[121]
Mədəniyyətdə rolu
redaktəTüklü mamont nəslinin kəsilməsindən uzun müddət sonra belə mədəniyyətdə vacib rolunu saxlayırdı. Sibirin yerli əhalisi indi tüklü mamont qalıqları adlandırılanları uzun müddət əvvəl kəşf etmişdilər və fil dişi ticarəti üçün mamontun dişlərini yığırdılar. Yerli sibirlilər inanırdılar ki, tüklü mamont qalıqları torpağın altında yaşayan və səthə çıxanda ölən nəhəng köstəbəyə oxşar heyvanlarındır.[6] Avropalılar asiyalılarla əlaqə qurmazdan çox əvvəl tüklü mamont dişi Asiyada ticarət əşyası olmuşdu. XIII əsr monqol xanı Güyük mamontun fil dişindən hazırlanmış taxtda oturması ilə məşhur idi.[122] Sibir mamontu dişi X əsrdə Rusiya və Avropaya ixrac edilmişdi. Qərbi Avropaya çatan ilk Sibir fil dişi 1611-ci ildə Londona gətirilmişdi.[123]
Rusiya Sibiri işğal edəndə fil dişi ticarəti inkişaf etdi və mamont dişi market üçün qazıntı işləri aparılaraq tapılan böyük miqdarları ilə geniş ixrac edilən əmtəəyə çevrildi. XIX əsrdə və daha sonra tüklü mamont dişi müxtəlif məhsullar üçün xammal kimi istifadə edilərək yüksək qiymətləndirilən əmtəəyə çevrildi. İndiki dövrdə qadağan edilmiş fil dişi ticarətinin əvəzləyicisi olaraq hələ də tüklü mamont dişinə böyük tələb var və o, "ağ qızıl" olaraq adlandırılır. Yerli ticarətçilər hesablayırlar ki, Sibirdə 10 milyon donmuş mamont var. Ətraf mühitin qorunması tərəfdarları isə fikirləşirlər ki, bu, filləri nəsillərinin kəsilməsindən qoruya bilər. Fillər fil dişi ticarəti üçün brakonyerlər tərəfindən öldürülür, ancaq artıq nəsli kəsilmiş mamontlar bu tələbi ödəyə bilər və tələb bununla qarşılanar. 1989 Lozanna konfransından sonra bir çox yerlərdə fil dişi ticarəti qadağan edildi. Ancaq ticarətçilər fil dişini mamont dişi kimi etiketləyərək gömrükdən keçirməklə məşğul oldular. Mamont dişi fil dişinə oxşardır; baxmayaraq ki, mamont dişi qəhvəyi rəngdə olur və sümüyün quruluşundakı Şreger xətləri daha kələ-kötürdür.[124] XXI əsrdə qlobal istiləşməyə görə Sibirin mamont dişlərini əldə etmək daha da asanlaşdı. Çünki donmuş torpaq daha tez açıldığına görə torpaqda yerləşən mamontlar asan üzə çıxarılırdı.[125]
Donu açılan kimi istifadə edilən donmuş tüklü mamont əti haqqında "Berezovka mamontu" daxil olmaqla bir çox hekayələr var, ancaq bunların çoxu doğru hesab edilmir. Çox hallarda qalıntılar çürümüş vəziyyətdədir və üfunət o qədər dözülməzdir ki, ancaq vəhşi təbiətdəki leş yeyən heyvanlar və itlər bu ətə maraq göstərə bilər. Belə görünür ki, donmuş mamont əti bir zamanlar Çində xəstəliyə qarşı istifadə üçün tövsiyə edilib və Sibirin yerli əhalisi bəzən tapdıqları donmuş cəmdək ətlərini yeyiblər.[126]
Kriptozoologiya
redaktəTüklü mamontun nəslinin kəsilmədiyi barədə bəzi iddialar var və iddialara görə digər mamontlardan təcrid olunmuş kiçik sürülər Şimal yarımkürəsinin insanların seyrək məskunlaşdığı geniş tundrasında yaşayırlar. XIX əsrdə sibirli qəbilə adamları "nəhəng tüklü heyvanlar" haqqında Rusiya hökumətinə xəbər verdilər, ancaq heç bir elmi sübut üzə çıxmadı. Vladivostokda fransız müvəqqəti işlər vəkili M. Qallon 1946-cı ildə dedi ki, o, 1920-ci ildə xəz üçün heyvanları ovlayan rusiyalı ilə görüşüb. Həmin rus canlı nəhəngləri — tayqanın dərinliklərindəki kürklü "filləri" gördüyünü iddia edirdi. Qallon əlavə etdi ki, həmin ovçu əvvəllər mamontlar haqqında eşitməmişdi.[127] Sibir geniş bir ərazi olduğuna görə tüklü mamontun indiki dövrə qədər yaşaya bilməsi ehtimalı göz ardı edilə bilməz. Ancaq bütün sübutlar onların nəslinin minlərlə il əvvəl kəsildiyini işarə edir. Mümkündür ki, yerli əhali tüklü mamont haqqında məlumatlarını qarşılaşdırdıqları donmuş nümunələrdən qazanıb və bu, onların heyvana aid hekayələrinin mənbəyidir.[128]
Bir neçə yerli Amerika tayfasının əfsanələri də nəsli kəsilmiş fillər barədə xalq yaddaşını işarə edən şəkildə şərh edilib.[129][130][131] XIX əsrin axırlarında Alyaskada sağ qalmış mamontlar haqqında möhkəm şayiələr var idi.[127] 1899-cu ilin oktyabrında Henri Tukmen Alyaskada mamont öldürməsi və sonra nümunəni Vaşinqtondakı Smitsonian İnstitutuna bağışlaması barədə ətraflı danışdı. Muzey hər hansı mamont cəsədinin varlığını inkar etdi; hekayə mistifikasiya idi.[132] Benqt Şoqren inanırdı ki, mif amerikan bioloq Çarlz Haskins Taunzend Alyaskaya səyahət edəndə başladı. Həmin bioloq mamont dişi satan eskimosları görüb onlardan canlı mamont olub-olmadığını soruşmuşdu və eskimoslara heyvanın şəkillərini vermişdi.[127]
Ədəbiyyat
redaktə- Lister, A.; Bahn, P. Mammoths - Giants of the Ice Age (3). London: Frances Lincoln. 2007. ISBN 978-0-520-26160-0.
İstinadlar
redaktə- ↑ Donald K. Grayson, David J. Meltzer. 2002. Clovis Hunting and Large Mammal Extinction: A Critical Review of the Evidence. Journal of World Prehistory. December 2002, Volume 16, Issue 4, pp 313–359. [1] Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine
- ↑ 1 2 Switek, B. Written in Stone: Evolution, the Fossil Record, and Our Place in Nature. Bellevue Literary Press. 2010. 174–180. ISBN 978-1-934137-29-1.
- ↑ Sloane, H. (1727–1728). "An Account of Elephants Teeth and Bones Found under Ground". Philosophical Transactions 35 (399–406): 457–471. [2] [3]
- ↑ Sloane, H. (1727–1728). "Of Fossile Teeth and Bones of Elephants. Part the Second". Philosophical Transactions 35 (399–406): 497–514. [4] [5]
- ↑ 1 2 The Academy of Natural Sciences. "Woolly Mammoth (Mammuthus primigenius)". The Academy of Natural Sciences. 2007. 27 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2007.
- ↑ 1 2 Breyne, J. P.; s., T.; Wolochowicz, M. (1737). "A Letter from John Phil. Breyne, M. D. F. R. S. To Sir Hans Sloane, Bart. Pres. R. S. With Observations, and a Description of Some Mammoth's Bones Dug up in Siberia, Proving Them to Have Belonged to Elephants". Philosophical Transactions of the Royal Society of London 40 (445–451): 124. [6]
- ↑ Cuvier, G. "Mémoire sur les épèces d'elephans tant vivantes que fossils, lu à la séance publique de l'Institut National le 15 germinal, an IV". Magasin encyclopédique, 2e anée (French). 1796: 440–445.
- ↑ Reich, M.; Gehler, A. "Giants' Bones and Unicorn Horns Ice Age Elephants Offer 21st Century Insights". Collections - Wisdom, Insight, Innovation. 8. 2008: 44–50.
- ↑ Brookes, J. A catalogue of the anatomical & zoological museum of Joshua Brookes. 1. London: Richard Taylor. 1828. səh. 73.
- ↑ "Mammoth entry in Oxford English Dictionary". 2000. 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
- ↑ Lister, 2007. p. 49
- ↑ Simpson, J. (2009). "Word Stories: Mammoth Arxivləşdirilib 2013-05-22 at the Wayback Machine." Oxford English Dictionary Online, Oxford University Press. Accessed 5 June 2009.
- ↑ Lister, 2007. pp. 18–21
- ↑ Shoshani, J.; Tassy, P. (2005). "Advances in proboscidean taxonomy & classification, anatomy & physiology, and ecology & behavior". Quaternary International. 126–128: 5. [7] Arxivləşdirilib 2019-01-27 at the Wayback Machine [8] Arxivləşdirilib 2020-11-23 at the Wayback Machine
- ↑ Gross, L. (2006). [9] Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine [10] Arxivləşdirilib 2014-05-07 at the Wayback Machine [11] Arxivləşdirilib 2015-01-09 at the Wayback Machine
- ↑ Krause, J.; Dear, P. H.; Pollack, J. L.; Slatkin, M.; Spriggs, H.; Barnes, I.; Lister, A. M.; Ebersberger, I.; Pääbo, S.; Hofreiter, M. (2005). "Multiplex amplification of the mammoth mitochondrial genome and the evolution of Elephantidae". Nature 439 (7077): 724–727. [12] Arxivləşdirilib 2011-05-12 at the Wayback Machine [13] Arxivləşdirilib 2017-10-20 at the Wayback Machine
- ↑ Rohland, N.; Reich, D.; Mallick, S.; Meyer, M.; Green, R. E.; Georgiadis, N. J.; Roca, A. L.; Hofreiter, M. (2010). Penny, David, ed. [14] Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine . PLoS Biology 8 (12): e1000564. [15] Arxivləşdirilib 2011-03-12 at the Wayback Machine [16] Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine
- ↑ Will findings recreate the woolly mammoth? Arxivləşdirilib 2009-02-11 at the Wayback Machine, Pittsburgh Post-Gazette, 20 November 2008
- ↑ "Woolly-Mammoth Genome Sequenced". Science Daily. 20 November 2008. 11 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2010.
- ↑ Cappellini, E.; Jensen, L. J.; Szklarczyk, D.; Ginolhac, A. L.; Da Fonseca, R. A. R.; Stafford, T. W.; Holen, S. R.; Collins, M. J.; Orlando, L.; Willerslev, E.; Gilbert, M. T. P.; Olsen, J. V. (2012). "Proteomic analysis of a Pleistocene mammoth femur reveals more than one hundred ancient bone proteins". Journal of Proteome Research 11 (2): 917–926. [17] [18] Arxivləşdirilib 2016-09-20 at the Wayback Machine
- ↑ 1 2 Lister, A. M.; Sher, A. V.; Van Essen, H.; Wei, G. (2005). "The pattern and process of mammoth evolution in Eurasia". Quaternary International. 126–128: 49. [19] Arxivləşdirilib 2017-10-13 at the Wayback Machine [20] Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ Ferretti, M. P. "Structure and evolution of mammoth molar enamel". Acta Palaeontologica Polonica. 3. 48. 2003: 383–396.
- ↑ Lister, A. M.; Sher, A. V.; Van Essen, H.; Wei, G. (2005). "The pattern and process of mammoth evolution in Eurasia". Quaternary International. 126–128: 49. [21] Arxivləşdirilib 2017-10-13 at the Wayback Machine [22] Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ Enk, J.; Devault, A.; Debruyne, R.; King, C. E.; Treangen, T.; O'Rourke, D.; Salzberg, S. L.; Fisher, D.; MacPhee, R.; Poinar, H. (2011). [23] Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine Genome Biology 12 (5): R51 [24] Arxivləşdirilib 2014-11-24 at the Wayback Machine [25] Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine [26] Arxivləşdirilib 2017-10-21 at the Wayback Machine
- ↑ Foronova, I. V.; Zudin, A. N. "Discreteness of evolution and variability in mammoth lineage: method for group study" (PDF). Rome: The World of Elephants - Proceedings of the 1st International Congress, Rome, 2001. 2001: 540–543. 2014-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-21.
- ↑ Vartanyan, S. L.; Garutt, V. E.; Sher, A. V. (1993). "Holocene dwarf mammoths from Wrangel Island in the Siberian Arctic". Nature 362 (6418): 337. [27] Arxivləşdirilib 2017-04-22 at the Wayback Machine
- ↑ Dale Guthrie, R. (2004). "Radiocarbon evidence of mid-Holocene mammoths stranded on an Alaskan Bering Sea island". Nature 429 (6993): 746–749. [28] Arxivləşdirilib 2007-05-06 at the Wayback Machine [29] Arxivləşdirilib 2020-04-06 at the Wayback Machine
- ↑ Nystrom, V.; Dalen, L.; Vartanyan, S.; Liden, K.; Ryman, N.; Angerbjorn, A. (2010). "Temporal genetic change in the last remaining population of woolly mammoth". Proceedings of the Royal Society B: Biological Sciences 277 (1692): 2331. [30] Arxivləşdirilib 2018-12-01 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 82–83
- ↑ Vartanyan, S. L.; Arslanov, K. A.; Karhu, J. A.; Possnert, G. R.; Sulerzhitsky, L. D. (2008). "Collection of radiocarbon dates on the mammoths (Mammuthus primigenius) and other genera of Wrangel Island, northeast Siberia, Russia". Quaternary Research 70: 51 [31]
- ↑ Den Ouden, N.; Reumer, J. W. F.; Van Den Hoek Ostende, L. W. (2012). "Did mammoth end up a lilliput? Temporal body size trends in Late Pleistocene Mammoths, Mammuthus primigenius (Blumenbach, 1799) inferred from dental data". Quaternary International 255: 53. [32][ölü keçid] [33] Arxivləşdirilib 2022-03-02 at the Wayback Machine
- ↑ 1 2 3 Lister, 2007. pp. 82–87
- ↑ Lister, 2007. pp. 83–84
- ↑ Valente, A. (1983). "Hair structure of the Woolly mammoth, Mammuthus primigenius and the modern elephants, Elephas maximus and Loxodonta africana". Journal of Zoology 199 (2): 271–274. [34] Arxivləşdirilib 2015-11-28 at the Wayback Machine
- ↑ Repin, V. E.; Taranov, O. S.; Ryabchikova, E. I.; Tikhonov, A. N.; Pugachev, V. G. (2004). "Sebaceous Glands of the Woolly Mammoth, Mammothus primigenius Blum.: Histological Evidence". Doklady Biological Sciences 398: 382–384. [35] Arxivləşdirilib 2022-02-04 at the Wayback Machine [36] Arxivləşdirilib 2017-09-12 at the Wayback Machine
- ↑ Rompler, H.; Rohland, N.; Lalueza-Fox, C.; Willerslev, E.; Kuznetsova, T.; Rabeder, G.; Bertranpetit, J.; Schöneberg, T.; Hofreiter, M. (2006). "Nuclear Gene Indicates Coat-Color Polymorphism in Mammoths". Science 313 (5783): 62. [37] [38] Arxivləşdirilib 2017-06-17 at the Wayback Machine
- ↑ Workman, C.; Dalen, L.; Vartanyan, S.; Shapiro, B.; Kosintsev, P.; Sher, A.; Gotherstrom, A.; Barnes, I. (2011). "Population-level genotyping of coat colour polymorphism in woolly mammoth (Mammuthus primigenius)". Quaternary Science Reviews 30 (17–18): 2304. [39]
- ↑ Tridico, Silvana R.; Rigby, Paul; Kirkbride, K. Paul; Haile, James; Bunce, Michael (2014). [40] Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine Quaternary Science Reviews 83: 68–75. [41] Arxivləşdirilib 2022-03-02 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 94–95
- ↑ Lister, 2007. pp. 92–93
- ↑ Lister, 2007. pp. 108–109
- ↑ Lister, 2007. pp. 95–105
- ↑ Campbell, K. L.; Roberts, J. E. E.; Watson, L. N.; Stetefeld, J. R.; Sloan, A. M.; Signore, A. V.; Howatt, J. W.; Tame, J. R. H.; Rohland, N.; Shen, T. J.; Austin, J. J.; Hofreiter, M.; Ho, C.; Weber, R. E.; Cooper, A. (2010). "Substitutions in woolly mammoth hemoglobin confer biochemical properties adaptive for cold tolerance". Nature Genetics 42 (6): 536–540. [42] Arxivləşdirilib 2011-03-13 at the Wayback Machine [43] Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 62–63
- ↑ McNeil, P.; Hills, L.; Kooyman, B.; Tolman, S. (2005). "Mammoth tracks indicate a declining Late Pleistocene population in southwestern Alberta, Canada". Quaternary Science Reviews 24 (10–11): 1253. [44][ölü keçid] [45] Arxivləşdirilib 2016-02-08 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 108–111
- ↑ Lister, 2007. p. 87
- ↑ Lister, 2007. pp. 88–91
- ↑ Bocherens, H.; Fizet, M.; Mariotti, A.; Gangloff, R. A.; Burns, J. A. (1994). "Contribution of isotopic biogeochemistry (13C,15N,18O) to the paleoecology of mammoths (Mammuthus primigenius)". Historical Biology 7 (3): 187. [46] Arxivləşdirilib 2022-06-21 at the Wayback Machine
- ↑ Van Geel, B.; Fisher, D. C.; Rountrey, A. N.; Van Arkel, J.; Duivenvoorden, J. F.; Nieman, A. M.; Van Reenen, G. B. A.; Tikhonov, A. N.; Buigues, B.; Gravendeel, B. (2011). "Palaeo-environmental and dietary analysis of intestinal contents of a mammoth calf (Yamal Peninsula, northwest Siberia)". Quaternary Science Reviews 30 (27–28): 3935. [47] Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
- ↑ Fisher, D. C.; Tikhonov, A. N.; Kosintsev, P. A.; Rountrey, A. N.; Buigues, B.; Van Der Plicht, J. (2012). "Anatomy, death, and preservation of a woolly mammoth (Mammuthus primigenius) calf, Yamal Peninsula, northwest Siberia". Quaternary International 255: 94. [48] Arxivləşdirilib 2018-10-26 at the Wayback Machine
- ↑ Metcalfe, J. Z.; Longstaffe, F. J.; Zazula, G. D. (2010). "Nursing, weaning, and tooth development in woolly mammoths from Old Crow, Yukon, Canada: Implications for Pleistocene extinctions". Palaeogeography, Palaeoclimatology, Palaeoecology 298 (3–4): 257. [49]
- ↑ Lister, 2007. pp. 92–95
- ↑ Lister, 2007. pp. 83–107.
- ↑ Mol, D.; Shoshani, J.; Tikhonov, A.; van Geel, B.; Sano, S.; Lasarev, P.; Agenbroad, L. "The Yukagir mammoth: brief history, 14c dates, individual age, gender, size, physical and environmental conditions and storage". Scientific Annals, School of Geology Aristotle University of Thessaloniki. 98. 2006: 299–314.
- ↑ Lister, 2007. pp. 102–103
- ↑ Lister, 2007. pp. 104–105
- ↑ Rountrey, A. N.; Fisher, D. C.; Tikhonov, A. N.; Kosintsev, P. A.; Lazarev, P. A.; Boeskorov, G.; Buigues, B. (2012). "Early tooth development, gestation, and season of birth in mammoths". Quaternary International 255: 196 [50] Arxivləşdirilib 2019-10-21 at the Wayback Machine
- ↑ 1 2 Lister, 2007. pp. 88–89
- ↑ Willerslev, E.; Davison, J.; Moora, M.; Zobel, M.; Coissac, E.; Edwards, M. E.; Lorenzen, E. D.; Vestergård, M.; Gussarova, G.; Haile, J.; Craine, J.; Gielly, L.; Boessenkool, S.; Epp, L. S.; Pearman, P. B.; Cheddadi, R.; Murray, D.; Bråthen, K. A.; Yoccoz, N.; Binney, H.; Cruaud, C.; Wincker, P.; Goslar, T.; Alsos, I. G.; Bellemain, E.; Brysting, A. K.; Elven, R.; Sønstebø, J. R. H.; Murton, J. et al. (2014). "Fifty thousand years of Arctic vegetation and megafaunal diet". Nature 506 (7486): 47. [51] Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine
- ↑ Takahashi, K.; Wei, G.; Uno, H.; Yoneda, M.; Jin, C.; Sun, C.; Zhang, S.; Zhong, B. (2007). "AMS 14C chronology of the world's southernmost woolly mammoth (Mammuthus primigenius Blum.)". Quaternary Science Reviews 26 (7–8): 954. [52] Arxivləşdirilib 2017-05-27 at the Wayback Machine [53]
- ↑ Álvarez-Lao, D. J.; García, N. (2012). "Comparative revision of the Iberian woolly mammoth (Mammuthus primigenius) record into a European context". Quaternary Science Reviews 32: 64. [54]
- ↑ Gilbert, M. T. P.; Drautz, D. I.; Lesk, A. M.; Ho, S. Y. W.; Qi, J.; Ratan, A.; Hsu, C. -H.; Sher, A.; Dalen, L.; Gotherstrom, A.; Tomsho, L. P.; Rendulic, S.; Packard, M.; Campos, P. F.; Kuznetsova, T. V.; Shidlovskiy, F.; Tikhonov, A.; Willerslev, E.; Iacumin, P.; Buigues, B.; Ericson, P. G. P.; Germonpre, M.; Kosintsev, P.; Nikolaev, V.; Nowak-Kemp, M.; Knight, J. R.; Irzyk, G. P.; Perbost, C. S.; Fredrikson, K. M.; Harkins, T. T. (2008). "Intraspecific phylogenetic analysis of Siberian woolly mammoths using complete mitochondrial genomes". Proceedings of the National Academy of Sciences 105 (24): 8327. [55] Arxivləşdirilib 2022-02-27 at the Wayback Machine
- ↑ Szpak, P.; Gröcke, D. R.; Debruyne, R.; MacPhee, R. D. E.; Guthrie, R. D.; Froese, D.; Zazula, G. D.; Patterson, W. P.; Poinar, H. N. (2010). "Regional differences in bone collagen δ13C and δ15N of Pleistocene mammoths: Implications for paleoecology of the mammoth steppe". Palaeogeography, Palaeoclimatology, Palaeoecology 286: 88 [56]
- ↑ Stuart, A. J. (2005). "The extinction of woolly mammoth (Mammuthus primigenius) and straight-tusked elephant (Palaeoloxodon antiquus) in Europe". Quaternary International. 126–128: 171–177. [57] Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine [58] Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ Debruyne, R.; Chu, G.; King, C. E.; Bos, K.; Kuch, M.; Schwarz, C.; Szpak, P.; Gröcke, D. R.; Matheus, P.; Zazula, G.; Guthrie, D.; Froese, D.; Buigues, B.; De Marliave, C.; Flemming, C.; Poinar, D.; Fisher, D.; Southon, J.; Tikhonov, A. N.; MacPhee, R. D. E.; Poinar, H. N. (2008). "Out of America: Ancient DNA Evidence for a New World Origin of Late Quaternary Woolly Mammoths". Current Biology 18 (17): 1320–1326. [59] Arxivləşdirilib 2014-03-06 at the Wayback Machine [60] Arxivləşdirilib 2017-10-21 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 116–117
- ↑ 1 2 Lister, 2007. pp. 118–125
- ↑ 1 2 Braun, I. M.; Palombo, M. R. (2012). "Mammuthus primigenius in the cave and portable art: An overview with a short account on the elephant fossil record in Southern Europe during the last glacial". Quaternary International. 276–277: 61. [61] Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 128–132
- ↑ Lister, 2007. pp. 131–137
- ↑ Lister, 2007. pp. 151–155
- ↑ Mussi, M.; Villa, P. (2008). "Single carcass of Mammuthus primigenius with lithic artifacts in the Upper Pleistocene of northern Italy". Journal of Archaeological Science 35 (9): 2606. [62] Arxivləşdirilib 2018-12-08 at the Wayback Machine
- ↑ 1 2 Aviss, B. "Woolly mammoth carcass may have been cut into by humans". BBC. 4 April 2012. 17 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2012.
- ↑ Nikolskiy, P.; Pitulko, V. (2013). "Evidence from the Yana Palaeolithic site, Arctic Siberia, yields clues to the riddle of mammoth hunting". Journal of Archaeological Science 40 (12): 4189. [63] Arxivləşdirilib 2020-06-18 at the Wayback Machine
- ↑ Stuart, A. J.; Sulerzhitsky, L. D.; Orlova, L. A.; Kuzmin, Y. V.; Lister, A. M. (2002). "The latest woolly mammoths (Mammuthus primigenius Blumenbach) in Europe and Asia: A review of the current evidence". Quaternary Science Reviews 21 (14–15): 1559. [64] Arxivləşdirilib 2017-09-09 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 146–148
- ↑ Dale Guthrie, R. (2004). "Radiocarbon evidence of mid-Holocene mammoths stranded on an Alaskan Bering Sea island". Nature 429 (6993): 746–749. [65] Arxivləşdirilib 2007-05-06 at the Wayback Machine [66] Arxivləşdirilib 2020-04-06 at the Wayback Machine
- ↑ Yesner, D. R.; Veltre, D. W.; Crossen, K. J.; Graham, R. W. "5,700-year-old Mammoth Remains from Qagnax Cave, Pribilof Islands, Alaska". Second World of Elephants Congress, (Hot Springs: Mammoth Site, 2005): 200–203.
- ↑ Crossen, K. S. "5,700-Year-Old Mammoth Remains from the Pribilof Islands, Alaska: Last Outpost of North America Megafauna". Geological Society of America. 37. 2005: 463.
- ↑ Stuart, A. J.; Kosintsev, P. A.; Higham, T. F. G.; Lister, A. M. (2004). "Pleistocene to Holocene extinction dynamics in giant deer and woolly mammoth". Nature 431 (7009): 684–689 [67] Arxivləşdirilib 2008-10-16 at the Wayback Machine [68] Arxivləşdirilib 2019-10-13 at the Wayback Machine
- ↑ Vartanyan, S. L.; və b. "Radiocarbon Dating Evidence for Mammoths on Wrangel Island, Arctic Ocean, until 2000 BC". Radiocarbon. 37 (1). 1995: 1–6. ISSN 0033-8222. 2012-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29. (#explicit_et_al)
- ↑ 1 2 Nyström, V.; Humphrey, J.; Skoglund, P.; McKeown, N. J.; Vartanyan, S.; Shaw, P. W.; Lidén, K.; Jakobsson, M.; Barnes, I. A. N.; Angerbjörn, A.; Lister, A.; Dalén, L. (2012). "Microsatellite genotyping reveals end-Pleistocene decline in mammoth autosomal genetic variation". Molecular Ecology 21 (14): 3391–3402 [69] Arxivləşdirilib 2015-11-28 at the Wayback Machine [70] Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine
- ↑ Ackerman, R. E. "Early maritime traditions in the Bering, Chukchi, and East Siberian seas". Arctic Anthropology. 35 (1). 1998: 247–262. JSTOR 40316468.
- ↑ Fiedel, Stuart (2009). [71] Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine In Haynes, Gary [72] Arxivləşdirilib 2022-07-02 at the Wayback Machine [73] Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine [74] Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine
- ↑ Fiedel, Stuart (2009). [75] Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine In Haynes, Gary [76] Arxivləşdirilib 2022-07-02 at the Wayback Machine [77] Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine [78] Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine
- ↑ Nogués-Bravo, D.; Rodríguez, J. S.; Hortal, J. N.; Batra, P.; Araújo, M. B. (2008). Barnosky, Anthony, ed. [79] Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine Climate Change, Humans, and the Extinction of the Woolly Mammoth". PLoS Biology 6 (4): e79. [80] Arxivləşdirilib 2014-12-14 at the Wayback Machine [81] Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine [82] Arxivləşdirilib 2013-05-26 at the Wayback Machine
- ↑ Sedwick, C. (2008). [83] Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine PLoS Biology 6 (4): e99. [84] Arxivləşdirilib 2014-12-17 at the Wayback Machine [85] Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine [86] Arxivləşdirilib 2017-09-12 at the Wayback Machine
- ↑ Martin, P. S. Twilight of the Mammoths: Ice Age Extinctions and the Rewilding of America. University of California Press. 2005. 165–173. ISBN 0-520-23141-4.
- ↑ Burney, D.; Flannery, T. (2005). "Fifty millennia of catastrophic extinctions after human contact". Trends in Ecology & Evolution 20 (7): 395–401. [87] [88] Arxivləşdirilib 2020-04-25 at the Wayback Machine
- ↑ McNeil, P.; Hills, L.; Kooyman, B.; Tolman, S. (2005). "Mammoth tracks indicate a declining Late Pleistocene population in southwestern Alberta, Canada". Quaternary Science Reviews 24 (10–11): [89] Arxivləşdirilib 2017-06-26 at the Wayback Machine [90] Arxivləşdirilib 2016-02-08 at the Wayback Machine
- ↑ Doughty, C. E.; Wolf, A.; Field, C. B. (2010). "Biophysical feedbacks between the Pleistocene megafauna extinction and climate: the first human-induced global warming?". Geophysical Research Letters 37 (15). [91] Arxivləşdirilib 2017-07-03 at the Wayback Machine [92] Arxivləşdirilib 2017-08-30 at the Wayback Machine
- ↑ Lister, 2007. pp. 50–51
- ↑ 1 2 Pfizenmayer, E. W. Siberian Man and Mammoth. London: Blackie and Son. 1939. 46–61.
- ↑ Vereshchagin, N. K. (2009). "The mammoth "cemeteries" of north-east Siberia". Polar Record 17 (106): 3. [93]
- ↑ 1 2 Adams, M. "Some Account of a Journey to the Frozen-Sea, and of the Discovery of the Remains of a Mammoth". The Philadelphia Medical and Physical Journal. 3. 1808: 120–137.
- ↑ Tilesio, W. G. "De skeleto mammonteo Sibirico ad maris glacialis littora anno 1807 effosso, cui praemissae Elephantini generis specierum distinctiones". Mémoires de l'Académie Impériale des Sciences de St. Pétersbourg (Latin). 5. 1815: 406–514.
- ↑ Cohen, C. The Fate of the Mammoth: Fossils, Myth, and History. University of Chicago Press. 2002. səh. 113. ISBN 978-0-226-11292-3.
- ↑ Pfizenmayer, E. "A Contribution to the Morphology of the Mammoth, Elephas Primigenius Blumenbach; With an Explanation of My Attempt at a Restoration". Annual report of the Board of Regents of the Smithsonian Institution. 1907: 326–334.
- ↑ Farrand, W. R. (1961). "Frozen Mammoths and Modern Geology: The death of the giants can be explained as a hazard of tundra life, without evoking catastrophic events". Science 133 (3455): 729–735. [94][ölü keçid] [95] Arxivləşdirilib 2015-03-28 at the Wayback Machine [96] Arxivləşdirilib 2013-05-26 at the Wayback Machine
- ↑ Lister, 2007. p. 59
- ↑ Lister, 2007. pp. 57–58
- ↑ Mol, D. et al. (2001). The Jarkov Mammoth: 20,000-Year-Old carcass of a Siberian woolly mammoth Mammuthus primigenius (Blumenbach, 1799). The World of Elephants, Proceedings of the 1st International Congress (16–20 October 2001, Rome): 305–309. Full text pdf Arxivləşdirilib 2006-04-27 at the Wayback Machine
- ↑ Debruyne, R. G.; Barriel, V. R.; Tassy, P. (2003). "Mitochondrial cytochrome b of the Lyakhov mammoth (Proboscidea, Mammalia): New data and phylogenetic analyses of Elephantidae". Molecular Phylogenetics and Evolution 26 (3): 421–434.[97] Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine [98] Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine
- ↑ 1 2 3 Fisher, D. C.; Tikhonov, A. N.; Kosintsev, P. A.; Rountrey, A. N.; Buigues, B.; Van Der Plicht, J. (2012). "Anatomy, death, and preservation of a woolly mammoth (Mammuthus primigenius) calf, Yamal Peninsula, northwest Siberia". Quaternary International 255: 94. [99] [100] Arxivləşdirilib 2018-10-26 at the Wayback Machine
- ↑ Kosintsev, P. A.; Lapteva, E. G.; Trofimova, S. S.; Zanina, O. G.; Tikhonov, A. N.; Van Der Plicht, J. (2012). "Environmental reconstruction inferred from the intestinal contents of the Yamal baby mammoth Lyuba (Mammuthus primigenius Blumenbach, 1799)". Quaternary International 255: 231. [101] [102]
- ↑ Rountrey, A. N.; Fisher, D. C.; Tikhonov, A. N.; Kosintsev, P. A.; Lazarev, P. A.; Boeskorov, G.; Buigues, B. (2012). "Early tooth development, gestation, and season of birth in mammoths". Quaternary International 255: 196. [103] [104] Arxivləşdirilib 2019-10-21 at the Wayback Machine
- ↑ Rincon, P. "Baby mammoth discovery unveiled". news.bbc.co.uk. BBC News. 10 July 2007. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2007.
- ↑ Solovyov, D. "Baby mammoth find promises breakthrough". reuters.com. Reuters. 11 July 2007. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2007.
- ↑ Smith, O. "Baby mammoth Lyuba, pristinely preserved, offers scientists rare look into mysteries of Ice Age". Daily News. New York. 21 April 2009. 2009-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-18.
- ↑ Fisher, Daniel C. (2014). "X-ray computed tomography of two mammoth calf mummies". Journal of Paleontology 88 (4): 664–675. [105]
- ↑ Mashchenko, E. N.; Protopopov, A. V.; Plotnikov, V. V.; Pavlov, I. S. (2013). "Specific characters of the mammoth calf (Mammuthus primigenius) from the Khroma River (Yakutia)". Biology Bulletin 40 (7): [106] Arxivləşdirilib 2022-02-04 at the Wayback Machine
- ↑ "Child finds 30,000 year old mammoth in North Russia". Russia Today. 4 October 2012. 1 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2012.
- ↑ Wong, K. (2013). "Can a mammoth carcass really preserve flowing blood and possibly live cells?". Nature. [107] Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine
- ↑ 1 2 3 Lister, 2007. pp. 42–43
- ↑ Stone, R. "Cloning the Woolly Mammoth". Discover Magazine. 1999. 2014-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
- ↑ "Cloned Mammoths Made More Likely by Frozen Mice". FOX News. 5 November 2008. 7 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2008.
- ↑ "Extinct ibex is resurrected by cloning". Telegraph Online. 2009. 14 April 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2012.
- ↑ "Scientists Sequence Woolly-Mammoth Genome". Mammoth Genome Project. Pennsylvania State University. 2008-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2014.
- ↑ Zimov, S. A. (2005). "ESSAYS ON SCIENCE AND SOCIETY: Pleistocene Park: Return of the Mammoth's Ecosystem". Science 308 (5723): 796–798. [108]
- ↑ Loi, Pasqualino; Saragusty, Joseph; Ptak, Grazyna (2014). "Cloning the Mammoth: A Complicated Task or Just a Dream?" 753. pp. 489–502. [109] Arxivləşdirilib 2022-02-04 at the Wayback Machine [110] Arxivləşdirilib 2016-09-21 at the Wayback Machine
- ↑ Tolmachoff, I. P. (1929). "The carcasses of the mammoth and rhinoceros found in the frozen ground of Siberia". Transactions of the American Philosophical Society (American Philosophical Society) 23 (1): 11–23. [111]
- ↑ Lister, 2007. p. 137
- ↑ Lister, 2007. pp. 137–139
- ↑ Of Mammoths and Men Arxivləşdirilib 2013-04-02 at the Wayback Machine April 2013 National Geographic (magazine)
- ↑ Lister, 2007. p. 54
- ↑ 1 2 3 Sjögren, B. Farliga djur och djur som inte finns (Swedish). Prisma. 1962. səh. 168.
- ↑ Lister, 2007. p. 55
- ↑ Strong, W. D. (1934). "North American Indian traditions suggesting a knowledge of the mammoth". American Anthropologist 36: 81–88. [112] Arxivləşdirilib 2015-11-29 at the Wayback Machine
- ↑ Lankford, G. E. "Pleistocene Animals in Folk Memory". The Journal of American Folklore. 93 (369). 1980: 293–304. doi:10.2307/540573. JSTOR 540573. {subscription required}
- ↑ Mayor, A. Fossil Legends of the First Americans. Princeton: Princeton University Press. 2005. səh. 97. ISBN 0-691-11345-9.
- ↑ Murray, M. "Henry Tukeman: Mammoth's Roar was Heard All The Way to the Smithsonian". Tacoma Public Library. 1960. 18 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2008.