Tulku Hecce Gedir Film 1971 - Wikipedia
Tulku Hecce Gedir Film 1971 - Wikipedia - Haqqında Məlumat
Bu məqalə "Tülkü həccə gedir" cizgi filmi haqqındadır. Digər mənalar üçün Tülkü həccə gedir (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Tülkü həccə gedir | |
---|---|
Janr |
faciəvi komediya uşaq |
Rejissorlar |
Nazim Məmmədov Bəhmən Əliyev |
Əsərin müəllifi | Abdulla Şaiq (titrlərdə yoxdur) |
Ssenari müəllifi | Eyvaz Borçalı |
Operator | Aleksandr Milov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssamlar |
Bəhmən Əliyev Nazim Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1971 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9,5 dəq |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəBurada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.[1]
Film haqqında
redaktəApplikasiya filmidir.
Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.
Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur)
- Ssenari müəllifi: Eyvaz Borçalı
- Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev
- Operator: Aleksandr Milov
- Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov
- Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov
- Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev
- Bəstəkar: Aqşin Əlizadə
- Səs operatoru: Kamal Seyidov
- Redaktor: Ədhəm Qulubəyov
- Filmin direktoru: İbrahim Səfərov[2]
Filmi səsləndirənlər
redaktə- Hüseynağa Sadıqov — xoruz
- Ağaxan Salmanov — tülkü
- Firəngiz Şərifova — toyuq
- Ş.Bağırova
- S.Babayeva
- A.Rzayev
Mənbə
redaktə- “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.