Turk Hamami Enqr - Wikipedia
Türk hamamı (fr. Le bain turc) — 1862 ci ildə fransız rəssamı Jan Enqr tərəfindən, yağlı boya, kətan texnikası ilə erotizm üslubunda çəkilmiş 110 × 110 sm ölçülü, hal-hazırda Parisin Luvr muzeyində sərgilənən rəsm əsəri. Bu tablo ilə 80 yaşlı Enqr öz yaradıcılıq yolunu bitirmiş olur. Nü üslubu Enqrin sevimli janrlarından sayılır. Nü rəssama bir o qədərdə uğur gətirən üslub sayılmırdı. Bu tablo ilə o nastalji hissi ilə keçmişə bir daha nəzər salmış olur. Tabloda ön planda göstərilmiş ud çalan qadın “Çimən Valpiunson” bənzəyir. Solda rəqs edən fiqur isə bir növ Rocerin Anjelinanı xilas etməsi tablosundakı qandallı Anjelikadır. Tablo o qədər çanlıdır ki, ona baxdıqca sanki özünü o dövrdə hiss edirsən: ud və qaval səsi, qəhvə ətri, parlaq və zərif qadın cildləri. İlkin tablo 1859 cu ildə bitərkən dördkünc formada olmuşdur. Tablo bu formada şahzadə Napoleonun arvadı şahzadə xanım Klotildeyə xoş gəldiyindən alınmışdır. Sonralar şahzadə Klotilda onu geri qaytarır və 1863 cü ildə Enqr onu (ön planda sağ tərəfdə çimən qadın fiqurunun bir hissəsini ixtisar edərək) dairəvi formaya salmış olur[3]. Lakin tartixini 1862 ci il qoyur. Geniş tamaşaçı kütləsinə isə 1905 ci ildə təqdim olunur. 1911 ci ildə Luvra təqdim olunan əsər ikinci mərtəbə 60-cı zalda Sülli qalereyasında R.F. 1934. kodu altında sərgilənir.
“Türk hamamı” | ||
---|---|---|
fr. Le bain turc | ||
| ||
Rəssam | Jan Enqr | |
Tarixi | 1862 | |
Üslubu | Erotizm | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 108 sm × 108 sm | |
Materialı | yağlı boya[d] | |
Sifarişçi | Xəlil Şərif Paşa | |
Saxlanıldığı yer | Luvr | |
Saytı |
louvre.fr/oeuvre-notices… louvre.fr/en/oeuvre-noti… louvre.fr/jp/oeuvre-noti… wga.hu/html/i/ingres/17i… |
|
İnventar nömrəsi | R.F. 1934[1], RF 1934[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Süjeti
redaktəTabloda Osmanlı sarayının hərəmxana həyatından bir epizod — hamam səhnəsi təsvir olunmuşdur. Rəssam tabloda qadınların nisgil, xumar, zərif və əzgin həyatını təsvir etmişdir. Ön planda türk hamamına xas ovqatda qadınlar süst, rahat uzanmış halda təsvir olunmuşdur. Şərq musiqisi, çılpaq gözəlin rəqs eməsi isə tamam ikinci planda verilmişdir. Əsər tamaşaçıda şəhvət və ətalət övqatı doğurur.
Oxşar fiqurlar
redaktə
“Türk hamamı” Rəqs edən qadın |
Qandallı Anjelika |
“Türk hamamı” Ud çalan qadın |
“Çılpaq Valpinson” çimən Valpinson |
İstinadlar
redaktə- ↑ https://www.louvre.fr/en/oeuvre-notices/turkish-bath.
- ↑ https://collections.louvre.fr/ark:/53355/cl010066606.
- ↑ Prat, Louis-Antoine Ingres. — Milan: 5 Continents, 2004. — С. 90. — ISBN 88-7439-099-8