Turkiye Milliyetciliyi - Wikipedia
Türkiyə milliyətçiliyi və ya türk milliyətçiliyi (türk. Türk milliyetçiliği) — türk xalqını milli, etnik və ya dil qrupu olaraq təbliğ edən və şöhrətləndirən siyasi ideologiya.
Tarixi
redaktəOsmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk hakimiyyətə gəlmişdir. O, türk dilini yad təsirdən "təmizləmək" məqsədi ilə dil islahatı həyata keçirmişdir.[1] Atatürk 1935-ci ildən Türkiyənin siyasi və təhsil dairələrində Günəş dil nəzəriyyəsini də təbliğ etmişdir. Hüseyn Cahid Yalçın və Rüfət Osman bəy kimi dövrün türk tədqiqatçıları da erkən şumerlərin prototürk olması fikrini irəli sürmüşlər.[2]
Variantları
redaktəTürkiyə milliyətçiliyi ilə əlaqəli ideologiyalar arasında etnik və ya irqi əsasçılıq və ya milli mistisizmin bir forması olan türkçülük və ya turançılıq, türk milliyətçiliyini islam kimliyi ilə birləşdirən türk-islam sintezi, türk millətini XI əsrdə səlcuqluların Anadolunu fəth etməsindən sonra inkişaf etmiş ayrı bir varlıq hesab edən anadoluçuluq və dünyəvi, vətəndaş milliyətçisi kamalçılıq daxildir.[3]
Kamalçılıq
redaktəAtatürk tərəfindən həyata keçirilən Türkiyə Respublikasının quruculuq ideologiyasında milliyyətçilik onun altı əsas sütunundan biri kimi göstərilmişdir.
1930-cu illərdə kamalçılıq onun dedikləri və yazıları əsasında hər şeyi əhatə edən dövlət ideologiyasına çevrilmişdir. Kamalçıların milliyyət tərifi Türkiyə Respublikası Konstitusiyasının 66-cı maddəsinə inteqrasiya edilmişdir. Qanuni olaraq etnik kimliyi və dinindən asılı olmayaraq hər bir vətəndaş türk kimi müəyyən edilir. Türkiyə vətəndaşlığı qanununda göstərilir ki, vətəndaş yalnız vətənə xəyanət etməklə vətəndaşlığından məhrum edilə bilər.[4]
Türkçülük
redaktə"Turançı" milliyətçilik 1839-cu ildə qurulan Turan Cəmiyyəti ilə başlamış, 1908-ci ildə Türk ocaqlarına çevrilən Türk Cəmiyyəti ilə davam etmişdir.[5] Bu ideoloji cərəyan nəticədə turançılıq və türkçülük kimi ideologiyaları da əhatə edəcək şəkildə genişlənmişdir. Sultan II Əbdülhəmidi devirən Gənc türklər inqilabı Osmanlı imperiyasında türk milliyətçilərini hakimiyyətə gətirmişdir. Beləliklə, Osmanlı hökuməti üç paşaların nəzarətinə keçmişdir.[6][7]
Anadoluçuluq
redaktəAnadoluçuluq (türk. Anadoluculuk) Türkiyə mədəniyyətinin əsas mənbəyinin Anadolu olması lazım olduğunu başlanğıc nöqtəsi kimi götürür. Bu ideologiyanın əsas dayağı Anadolu türklərinin 1071-ci ildə baş tutan Malazgirt döyüşündə qalib gələrək Anadoluda yeni bir sivilizasiya qurmasıdır.
Erkən cümhuriyyət dövründə Hilmi Ziya Ülkən,[8] Mehmet Raif Oğan[9] və Nurəddin Topçu[10] kimi bəzi ziyalılar türk millətçiliyinin mənşəyinin "Turan"da deyil, Anadoluda axtarılmasını təklif etmişdir.[11]
Türk-islam sintezi
redaktəTürk-islam sintezi (türk. Türk-İslam sentezi) türk milliyətçiliyi ilə islamı birləşdirən ifrat sağçı mühafizəkar ideologiyadır.
Bu termin 1972-ci ildə türk-islam sintezini mühafizəkar tarixçi İbrahim Qəfəsoğlu tərəfindən irəli sürülmüşdür. O, bunun kökünü XI əsrdə ilk müsəlman türk sülaləsi olan Qaraxanilərə çıxarmışdır. Qəfəsoğlu türklərin qədim çöl mədəniyyəti ilə islam arasında əlaqəni bir incələşmə prosesi kimi qiymətləndirmişdir. Bu sintez 1970-ci illərdə təsisçisi Qəfəsoğlu olan "Aydınlar ocağı" intellektual klubunda təmsil olunurdu.[12]
1970-ci illərin siyasi cəbhələri arasında qanlı toqquşmalar və 1980-ci ildəki dövlət çevrilişi ilə yaranan qarışıqlıqdan sonra xunta dini fundamentalizmlə bağlı qeyd-şərtlərə baxmayaraq, nizam və birliyi bərpa etmək üçün islami-mühafizəkar ideya və dəyərlərindən istifadə etməyə cəhd göstərmişdir.[13] 1980-ci il çevrilişindən sonra hərbi diktatura rəsmi dövlət ideologiyası olaraq türkçülük,[14] türk-islam sintezi və kamalçılığın birləşməsini yaratmışdır.[15]
Kipr türk milliyətçiliyi
redaktəKipr türk milliyətçiliyi Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinə dəstəyi vurğulayır, yunanların dominantlıq etdiyi Kipr Respublikası ilə birləşmiş Kipr ideyasına qarşı çıxır, ŞKTR-nin Türkiyədən müstəqil qalmasını arzulayır.[16]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Landau, Jacob M. Atatürk and the Modernization of Turkey (ingilis). Boulder: Westview Press. 1984. 133. ISBN 0865319863.
- ↑ Shay, Anthony. Choreographic Politics: State Folk Dance Companies, Representation, and Power. Wesleyan University Press. 2002. səh. 210. ISBN 0-8195-6521-0. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
- ↑ Xypolia, Ilia. British Imperialism and Turkish Nationalism in Cyprus, 1923-1939 : divide, define and rule. London: Routledge. 2017.
- ↑ Xypolia, Ilia. British Imperialism and Turkish Nationalism in Cyprus, 1923-1939 : divide, define and rule. London: Routledge. 2017.
- ↑ Turkish Society // Britannica Online Encyclopedia. 2014-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-01.
- ↑ Ayşe Hür, Mustafa Kemal ve muhalifleri (1) Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine, Radikal, February 18, 2007.
- ↑ Guy E. Métraux, International Commission for a History of the Scientific and Cultural Development of Mankind, The new Asia, New American Library, 1965, p. 73.
- ↑ "ÜLKEN, Hilmi Ziya - TDV İslâm Ansiklopedisi". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
- ↑ "OGAN, Mehmet Râif - TDV İslâm Ansiklopedisi". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
- ↑ "TOPÇU, Nurettin - TDV İslâm Ansiklopedisi". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
- ↑ Identity, Culture and Globalization - Annals of the International Institute of Sociology Arxivləşdirilib 2020-08-18 at the Wayback Machine, ISBN 9004128735, ISBN 978-90-04-12873-6, pg. 182 - 183.
- ↑ Werner Ende und Udo Steinbach: Der Islam in der Gegenwart. München 1996, S. 236
- ↑ Judith Hoffmann: Aufstieg und Wandel des politischen Islam in der Türkei. Berlin 2003, S. 25f.
- ↑ Central Eurasian Studies Review, Vol. 3, Central Eurasian Studies Society, 2004, p. 23. Ekrem Buğra Ekinci, 16 TÜRK DEVLETİ Cumhurbaşkanlığı forsundaki 16 yıldız neyi ifade ediyor? Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine, 2 February 2015.
- ↑ "Newspaper Radikal on 28 May 2006". 20 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2022.
- ↑ "TRNC". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
Ədəbiyyat
redaktə- Arman, Murat Necip. “Türk Millətçiliyinin Dönüştürülməsində Bayağılığın Qaynaqları” . CEU Siyasi Elmlər Jurnalı, buraxılış: 02 / 2007, səh. 133–151.
- Eissenstat, Howard. "Anadoluçuluq: Türk Milliyyətçiliyinin Uğursuz Bir Metaforasının Tarixi". Yaxın Şərq Tədqiqatları Assosiasiyası Konfransında təqdim olunmuş məruzə, Vaşinqton, DC, 2002-ci ilin noyabrı.
- Tachau, Frank. "Türklər arasında Milli Kimlik Axtarışı" . Die Welt des Islams, Yeni Seriya, Cild. 8, Sayı 3 (1963), səh. 165–176. ]
Əlavə ədəbiyyat
redaktə- Çetin, Zafer M. "Tales of past, present, and future: mythmaking and nationalist discourse in Turkish politics". Journal of Muslim Minority Affairs. 24 (2). October 2004: 347–365. doi:10.1080/1360200042000296708.
- Poulton, Hugh. "The struggle for hegemony in Turkey: Turkish nationalism as a contemporary force". Journal of Southern Europe and the Balkans. 1 (1). May 1999: 15–31. doi:10.1080/14613199908413984.
- Uslu, Emrullah. "Ulusalcılık: The Neo-nationalist Resurgence in Turkey". Turkish Studies. 9 (1). March 2008: 73–97. doi:10.1080/14683840701814018.
Xarici keçidlər
redaktə- Vikianbarda Türkiyə milliyətçiliyi ilə əlaqəli mediafayllar var.