Tehsin Mutellimov - Wikipedia
Təhsin Mütəllim oğlu Mütəllimov (18 yanvar 1932, Naxçıvan) — ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, professor (1987), filologiya elmləri doktoru (1975), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsinin müxbir üzvü (2014), BDU-nun Klassik Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru.[1][2]
Təhsin Mütəllimov | |
---|---|
Təhsin Mütəllim oğlu Mütəllimov | |
Doğum tarixi | 18 yanvar 1932 (92 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Mütəllim Mütəllimov |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru (1975) |
Elmi adı | professor (1987) |
İş yeri | |
Təhsili | Bakı Dövlət Universiteti |
Tanınmış yetirmələri | 14 fəlsəfə doktoru,2 elmlər doktoru. |
Üzvlüyü | AMEA (2014) |
Mükafatları |
Həyatı
redaktəTəhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1951–1956-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 1959–1961-ci illərdə isə aspirantura pilləsində təhsil alıb. Təhsin Mütəllimov 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.[3]
- Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun əmisi oğludur.
- Azərbaycanın tanınmış cərrahı, tibb elmləri doktoru Niyazi Mütəllibovun qardaşı oğludur.
- Azərbaycanın tanınmış şairi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun qardaşıdır.
Pedaqoji fəaliyyəti
redaktəƏdəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan Təhsin Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 60 ildən artıqdır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir. Onun "Ədəbiyyatşünaslığın əsasları" və "Ədəbiyyat nəzəriyyəsi" fənlərindən dediyi mühazirələri yüksək elmi səviyyəyə malikdir.[4]
Təhsin Mütəllimov 1961–1963-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963–1965-ci illərdə baş müəllimi, 1965–1978-ci illərdə dosent vəzifələrində çalışıb. 1978-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.[3]
Elmi fəaliyyəti
redaktəTəhsin Mütəllimov 1961-ci ildə "Ə. Əbülhəsənin bədii nəsri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Ə. Haqverdiyevin sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1987-ci ildə professor elmi adını alıb. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[4][5]
T. Mütəllimovun "Ə. Əbülhəsənin yaradıcılığı", "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər", "Sənət qayğıları" "Əbdürrəhimbəy Haqverdiyevin poetikası" kitablarında klassik və müasir ədəbiyyatımızın görkəmli ədiblərinin yaradıcılığı, həmçinin mühüm elmi nəzəri məsələlər təhlil olunmuşdur. Azərbaycan ədəbiyyatının müxtəlif yaradıcılıq problemləri, xüsusilə poetika məsələləri ilə məşğul olan alimin 200-dən çox məqaləsi elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.[6]
Alimin yaradıcılığında XX əsr Azərbaycan ədəbiyyatının, Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına həsr etdiyi tədqiqatları xüsusi yer tutur. "Kədərli gülüş" (1967), "Cəlil Məmmədquluzadənin nəsrində inikas üsulları" (1985), "Cəlil Məmmədquluzadənin təhkiyə üslubu" (1986) adlı əsərlər Cəlil Məmmədquluzadənin irsinə həsr olunub.[4]
Onun rəhbərliyi ilə 2 filologiya üzrə elmlər doktoru və 14 filologiya üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə olunmuşdur.[6]
Seçilmiş əsərləri
redaktə- 2004. "Ustad yadigarı" (ön söz). Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı, "Ziya — Nurlan"
- 2005. "Dramatik növ". Mir Cəlal, P. Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı, "Çaşıoğlu".
- 2005. "Sənətkar taleyi". BDU, "Dil və ədəbiyyat" jurnalı, Bakı.
- 2007. "İkinci Dünya müharibəsi dövründə bədii nəsr". Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c.1, Bakı, "Bakı Universiteti" nəşriyyatı.
- 2007. "S. S. Axundov". Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c. 1, Bakı, "Bakı Universiteti" nəşriyyatı.
- 2007. "Ə. Əbülhəsən". Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c. 1, Bakı, "Bakı Universiteti" nəşriyyatı.
- 2008. "Görkəmli nəzəriyyəçi alim". Yazıçı və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, "Bakı Universiteti" nəşriyyatı.[4][5]
Kitabları
redaktə- 1969. "Ə. Əbülhəsənin yaradıcılığı". Bakı, "Azərnəşr".
- 1978. "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər". Bakı, "ADU" Nəşriyyatı.
- 1981. "Sənət qayğıları". Bakı, "Yazıçı".
- 1988. "Əbdürrəhimbəy Haqverdiyevin poetıkası". Bakı, "Yazıçı".[4]
Mükafatları
redaktə- Təhsin Mütəllimov 1991-ci ildə "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" kitabına görə Azərbaycan SSR Dövlət Mükafatına laureatına layiq görülüb.
- 2001-ci ildə isə "Qızıl qələm" mükafatı ilə təltif olunub.
- 2017-ci ildə Azərbaycanda yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.[7]
- 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı və "3-cü dərəcəli əmək ordeni" ilə təltif olunub.
- 12 yanvar 2022-ci ildə Rəyasət Heyətinin binasında AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.[8]
İstinadlar
redaktə- ↑ ""90 yaşlı professor Təhsin Mütəllimov:"Müəllimlik fədakarlıqdır""". Azərbaycan müəllimi (az.). 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
- ↑ "BDU-da görkəmli alim Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib". https://azerbaijan-news.az (az.). 1970-01-01. 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ 1 2 Nakhiyev, Toghrul Nasirli, Alakhber. "AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 yaşı tamam olur". science.gov.az (az.). 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". www.anl.az. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ 1 2 "Mütəllimov Təhsin Mütəllim oğlu" (az.). science.gov.az. 2017. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- ↑ 1 2 "Ədəbiyyatşünas alim Təhsin Mütəllimovun 85 yaşı tamam olur - Xəbərlər - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi". nizamimuseum.az. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ "Təhsin Mütəllimovdan, Bakı, Azərbaycan » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ "Təhsin Mütəllimov - 90". bsu.edu.az. 18/01/2022. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2024.