Tekneli Qizil Qoc - Wikipedia
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2][3][4] 1728-ci ildən mə’lumdur[5].
Kənd | |
Təknəli | |
---|---|
40°56′ şm. e. 43°50′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.840 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəRayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir.[6]
Toponimi
redaktəToponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən[7] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi ermənilər idi. 1978-ci ildə kənd ermənicə Qağhovit adlandırılmışdır. 1590-cı ildə Təknəli hələ məzrə yerinin adı idi[8]. 1728-ci ilə aid mə’lumata görə Dərəçiçək kəndindən yaranmışdır. Ehtimal ki, Təknəli nəsil adıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Təknəli və Yelizavetpol (Gəncə) qəzasında Təknəli kənd adları ilə mənşəcə eynidir.[9]
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Зубарев Д.Е. Карабахская провинция. Обозрение. ч. III. Спб., 1836.
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, издания Кавказскфго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типография К. П. Козловскаго, 1913, стр. 236
- ↑ Bayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.183
- ↑ Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Тәкнәли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.