Telafer Qezasi - Wikipedia
Təlafər qəzası (ərəbcə: قضاء تلعفر) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlafər şəhəridir.
Təlafər qəzası | |
---|---|
36°30′ şm. e. 42°30′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi
redaktə2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.453 km² ərazini əhatə edir.[1][2]
İnzibati-ərazi bölgüsü
redaktəİnzibati cəhətdən dörd nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Təlafər nahiyyəsi (ərəbcə: ناحية تلعفر)[3], Zimmər nahiyyəsi (ərəbcə: ناحية زمار), Rəbiyyə nahiyyəsi (ərəbcə: ناحية ربيعة) və Ayadiya nahiyyəsi (ərəbcə: ناحية العياضية)
Əhalisi
redaktə10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlafər qəzasının əhalisi həmin tarixdə 425.861 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Təlafər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 13.71%-ni təşkil edirdi.[4] Qəzanın inzibati mərkəzi olan Təlafər şəhəri monoetnik türkman şəhəridir.[6] Şəhərdə yaşayan türkmanaların 75%-i şiə, 25%-i isə sünni müsəlmanlardır.[6]
Etnik tərkibi
redaktəİnzibati vahid[1] | Ərazisi, 2009-cu il[1] | Təxmini əhalisi, 2010-cu il[9] | Nisbəti | Etnik çoxluq | Etnik azlıqlar |
---|---|---|---|---|---|
Bütün qəza | 4 453 km² | 395 000 | 100.00% | (70%[10]-75%[11]) türkmanlar | (25%[11]-30%[10]) ərəblər və sairə |
Təlafər nahiyyəsi | 3 206 km² | 210 000 | 53.20% | türkmanlar | ərəblər |
Zimmər nahiyyəsi[12] | 1 247 km² | 77 000 | 19.50% | türkmanlar | ərəblər |
Rəbiyyə nahiyyəsi | ...[13] | 63 000 | 15.90% | ərəblər[14] | türkmanlar |
Ayadiya nahiyyəsi | ...[13] | 45 000 | 11.40% | türkmanlar | ərəblər |
Tayfalar
redaktəBütün qəza əhalisi oturaq olsa da tayfa quruluşunu saxlamışdır və qəza ərazisində toplam 82 tayfa yaşayır. Onalardan 51-i türkman tayfasıdır.
- Halaybeq[15] — sünni müsəlman, etnik türkman, əsasən Təlafər şəhəri.
- Çələblər — sünni müsəlman, etnik türkman, Təlafər şəhəri[16].
- Əli Dövləti[17] — sünni müsəlman, etnik türkman, Təlafər şəhəri[18], Buxur kəndi[19], Şeyx İbrahim kəndi[20].
- Himmətli —
- Fərhadlılar —
- Qaplanlı —
- Pir Nazarlı —
- Bekkerli —
- Səlbi — sünni müsəlman, etnik türkman, Təlafər şəhəri.
İstinadlar
redaktə- ↑ 1 2 3 "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
- ↑ Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
- ↑ مركز قضاء تلعفر
- ↑ 1 2 "إحصاء نينوى تؤكد أن عدد سكان المحافظة تجاوز الثلاثة ملايين نسمة في نهاية 2009 الماضي". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
- ↑ "توزيع الوحدات السكنية والأسر ومجموع سكانها حسب المحافظات لسنة 1997 و 2009". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
- ↑ 1 2 AUSA (Association of the United States Army) Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine—>AUSA Publications Arxivləşdirilib 2018-11-24 at the Wayback Machine—>2009 ARMY Magazine Archive Arxivləşdirilib 2014-05-02 at the Wayback Machine—>ARMY Magazine June 2009, Volume 59, Number 6 Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine—>Tal Afar 2005:Laying the Counterinsurgency Groundwork Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine By MAJ Jay B. BakerOrijinal mətn (ing.)
...Tal Afar is an ancient city of approximately 200,000 peo-ple in northwestern Iraq’s Ninewah Province, near the Syr-ian border. It figured prominently in Abu Musab al-Zar-qawi’s strategy of fomenting sectarian violence toundermine the American effort in Iraq due to its ethnicmakeup of 75 percent Sunni and 25 percent Shiite Turkmen.
- ↑ İraq Planlaşdırma Nazirliyinin Mərkəzi Statistika Təşkilatı
- ↑ Orta Şərq Strateji Araşdırmalar Mərkəzi (türkcə: Ortadoğu Stratejik Araştırmalar Merkezi Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine)
- ↑ ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 121, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 20—Musul'da Yerel Siyaset ve Irak Siyasetinde Yeni Dinamikler (Saha Çalışması) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mayıs 2012, sayfa 16-18.
- ↑ 1 2 ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 3, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 1—Irak’ın Kilit Noktası: TELAFER Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mayıs 2009, sayfa 7Orijinal mətn tərcümədə ing. — "{{{1}}}"
...Yukarıdaki dağılıma bakarak Telafer ilçesindeki nüfus için şöyle bir sonuca varılabilir: Telafer merkezinin nüfusu tamamen Türkmen olmasına rağmen, Telafer ilçesinin nüfusunun yüzde 70 kadarı Türkmen, geri kalanı ise Arap ve diğer küçük topluluklardır.
- ↑ 1 2 New iraqi political football: redrawing provincial borders reaches fever pitch Arxivləşdirilib 2014-02-19 at the Wayback MachineOrijinal mətn (ing.)
...Tal Afar is the largest district in the Ninawa province with a population estimated at around 400,000 people. Most of the land is agricultural and most of the population is of the Turkmen ethnicity – around three quarters here are Turkmen although there are also Arabs and Kurds living in parts of Tal Afar.
- ↑ 1984-cü ildə təşkil edilib.
- ↑ 1 2 بيانات غير متوفرة
- ↑ Əsasən ərəb əsilli Şammar tayfasının (ərəbcə: عشيرة شمر) nümayəndələri
- ↑ Kökən olaraq Əfşar tayfasındandırlar.
- ↑ Şəhərin Taliha, Müəllimin və Qala məhəllələrində məskundurlar.
- ↑ Və ya Əli Dəvəli
- ↑ Əsasən şəhərin Saray məhəlləsində məskundurlar.
- ↑ Təlafər şəhərinin cənub-şərqində yerləşir. Kəndin coğrafi mövqeyi haqqında bax: Bukhur, Iraq Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ Təlafər şəhərinin cənub-şərqində yerləşir. Kəndin coğrafi mövqeyi haqqında bax: Shaykh Ibrahim, Iraq Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine