Tezekend Kengerli - Wikipedia
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Təzəkənd | |
---|---|
39°23′36″ şm. e. 45°17′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəKəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır.[3]
Tarixi abidələri
redaktəTəzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
49 | Qızılburun yaşayış yeri; I-II Qızılbulaq məbədləri[4] |
Tunc dövrü | Təzəkənd kəndinin yaxınlığında | Axeoloji | Dünya |
1839 | Astabad nekropolu[5] | XII-XIX əsrlər | Təzəkənd kəndi | Arxeoloji | Ölkə |
1840 | Astabad şəhərgahı[6] | XII-XIX əsrlər | Təzəkənd kəndi | Arxeoloji | Ölkə |
Mədəniyyəti
redaktəKənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir.
Coğrafiyası və iqlimi
redaktəKəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir.
Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir
İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur.
Əhalisi
redaktəƏhalisi 538 nəfərdir.[7] Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək))
Şəxsiyyətlər
redaktəİqtisadiyyatı
redaktəKənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.242.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 3" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.