T1 Kiberidman - Wikipedia
T1 (keçmiş adı ilə SKT T1) – Cənubi Koreya kiberidman klubu. Klubun əsası 2002-ci ildə "Team Orion" kimi qoyulsa da, 2004-cü ildə rəsmi olaraq "SKT T1" kimi yaradılmışdır.
İdman | kiberidman |
---|---|
Yaranma tarixi | 13 aprel 2004 |
Region | Cənubi Koreya |
Rənglər | ağ-qırmızı-qara |
CEO | Co Marş |
Bölmələr | League of Legends, Valorant |
Sayt | Rəsmi saytı |
"T1"nın "League of Legends" komandası dünyanın ən uğurlu komandalarından biri hesab olunur: 5 dəfə dünya çempionu (2013, 2015, 2016, 2023, 2024), 10 dəfə Cənubi Koreya çempionu və 2 dəfə Mövsüm Ortası Turnirinin (2016, 2017) qalibi olmuşdur.
Tarixi
redaktə"T1" klubunun əsası 2002-ci ildə "StarCraft" oyunçusu Lim "BoxeR" Yo-hvan tərəfindən "Team Orion" adı ilə yaradılmışdır. 2003-cü ilin dekabrında klub "4 Union" adlanmışdır.[1] 13 aprel 2004-cü ildə Cənubi Koreyanın simsiz telekommunikasiya şirkəti "SK Telecom" komandanın sponsoru olmuş və komandanın adı "SKT T1" olmuşdur.[2][3]
Klubun müxtəlif vaxtlarda "Heartstone", "PUBG", "Fortnite", "Apex Legends", "Dota 2" komandaları olmuşdur.[4][5][6] 2019-cu ilin oktyabrında komanda rebrendinq edərək "T1" adını almışdır. 9 mart 2020-ci ildə "Valorant" komandası yaradılmışdır.[7]
League of Legends
redaktə"T1"nın "League of Legends" komandası 13 dekabr 2012-ci ildə "Eat Sleep Game" klubunun heyəti əsasında yaradılmışdır. Komanda qatıldığı ilk dünya çempionatında qalib olsa da,[8] 2014-cü ildəki turnirə vəsiqə qazana bilməmişdir. 2015-ci ildə keçirilmiş dünya çempionatında 15 qələbə və 1 məğlubiyyətlə növbəti çempionluğu qazanmışdır.[9]
Cənubi Koreya çempionatında 2016-cı ilin yay splitində 3-cü yeri tutsa da, dünya çempionatına vəsiqə qazanmışdır. Dünya çempionatında finala qədər irəliləyərək "Samsung Galaxy" komandasına 3–2 hesabı ilə qalib gəlmiş və 3-cü dəfə dünya çempionu olmuşdur.[10][11] Faker turnirin ən dəyərli oyunçusu seçilmişdir.[12]
2022-ci ildəki dünya çempionatında finala qədər irəliləmiş, lakin "DRX" komandasına 2–3 hesabı ilə uduzmuşdur.[13] 2023-cü ildə keçirilmiş dünya çempionatında finalda "Weibo Gaming" klubuna 3–0 hesabı ilə qalib gələrək 4-cü dünya çempionluğunu qazanmışdır.[14] 2024-cü ildə keçirilmiş dünya çempionatında finalda "Bilibili Gaming" klubuna 3–2 hesabı ilə qalib gələrək 5-ci dünya çempionu olmuşdur.[15]
Heyət
redaktəT1 "League of Legends" heyəti | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | ||||||||||||||||||||||||
|
İm "Tom" Çje Hen | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Legenda:
|
Ən son heyət tarix: 25 noyabr 2024. |
İstinadlar
redaktə- ↑ 游戏开发之旅:初入游戏职场的必修课 (çin). Beijing Book Co. Inc. July 1, 2017. ISBN 978-7-121-32029-3. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Jin, Dal Yong. Korea's Online Gaming Empire (ingilis). MIT Press. October 1, 2010. səh. 95. ISBN 978-0-262-28896-5. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ e스포츠, 나를 위한 지식 플러스 (koreya). 넥서스BOOKS. August 21, 2017. ISBN 979-11-6165-103-3. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Lee, Si-hoon. "SKT T1, 하스스톤 프로게임단 공식 창단! '서렌더'-'식소'-'호이' 영입". 인벤 (koreya). July 30, 2018. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Oak, Yudae. "SK Telecom T1 Announces Their New PUBG Team". InvenGlobal (ingilis). August 13, 2018. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ "Comcast Spectacor, SK Telecom launch T1". ESPN (ingilis). Reuters. October 15, 2019. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Geracie, Nick. "TSM joins Cloud9, Ninjas in Pyjamas & T1 in the hunt for VALORANT players". InvenGlobal (ingilis). April 20, 2020. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ "League Of Legends' Best Team Streamrolls Yet Another Challenger". Kotaku (ingilis). March 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Dyer, Mitch. "Worlds: How SK Telecom T1 Won the 2015 League of Legends Championship". IGN (ingilis). November 2, 2015. March 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ "Worlds: SKT clinches third world championship 3-2". ESPN.com (ingilis). 2016-10-30. March 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Joshtaylor. "Worlds 2016: SKT Make It A Repeat". Dot Esports (ingilis). 2016-10-30. March 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Lam, Kien. "SK Telecom T1 wins World Championship again". LoL eSports. Riot Games. October 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Scales, Kali. "DRX Defeats T1 to Win Worlds 2022". Esports Illustrated. November 6, 2022. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ Stubbs, Mike. "T1 Wins The 'League Of Legends' World Championship For A Fourth Time". Forbes (ingilis). November 19, 2023. November 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
- ↑ "T1 win Worlds 2024 final as Faker secures fifth title and 14,700 fans fill London's O2 Arena". Esports News (ingiliscə). 2 noyabr 2024. İstifadə tarixi: 2 noyabr 2024.
Xarici keçidlər
redaktə- t1.gg — Rəsmi saytı