Tos 1 - Wikipedia
TOS-1 (rus: ТОС-1 – тяжёлая огнемётная система, ing: Heavy Flamethrower System) 220 mm-lik, 30 və ya 24 borulu Sovet istehsalı ağır odsaçan artilleriya sistemi. İlkin versiyası 1988-ci ildə hazırlanıb. T-72 tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanmışdır. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində yerinə yetirilib. TOS-1 ilk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunmuşdur.
TOS-1 | |
---|---|
Tipi | Reaktiv Yaylım Atəş Sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1988-davam edir |
İstismara başlanması | 1988 |
İstismar edənlər |
İraq, Suriya |
İstifadə edilən döyüşlər |
Əfqanıstan müharibəsi Rus-Çeçen müharibəsi Suriya vətəndaş müharibəsi Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Omsktransmash |
Konstruksiya tarixi | 1988 |
İstehsal illəri | 1988-davam edir |
Variantları | TOS-1A |
Xüsusiyyətləri | |
Ağırlığı | 45.3 ton |
Sürət | 60 km/s |
Məsafə |
500-3500 m (TOS-1) 6500 m (TOS-1A) |
Uzunluğu | 9.5 m |
Eni | 3.6 m |
Hündürlüyü | 2.22 m |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş keçmişi
redaktəTOS-1 ilk dəfə SSRİ tərəfindən Əfqanıstanın Pancşir vadisində istifadə olunub.[1][2]
Daha sonra, 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə istifadə olunmuşdur.[3]
TOS-1A odsaçan sistemləri isə ilk dəfə 24 oktyabr 2014-cü ildə İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında istifadə olunub.[4]
2015-ci ilin sentyabrında ATƏT-in verdiyi məlumata əsasən, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində rusyönümlü separatçıların təlimlər keçdiyi ərazidə görünüb.[5]
10 oktyabr 2015-ci il tarixində Suriya Ordusu tərəfindən Həma şəhərində üsyançılara qarşı istifadə olunub.[6]
4 aprel 2016-cı ildə Qarabağda Azərbaycan ordusu tərəfindən erməni mövqelərinə zərbə vurulmasında istifadə olunmuşdur.[7]
2016-cı ildə Latakiya istiqamətində Suriya Ordusu tərəfindən üsyançılara qarşı istifadə edilmişdir.[8]
2017-ci ilin əvvəllərində Palmira şəhəri yaxınlığında Suriya Ordusu tərəfindən istifadə olunmuşdur.[9]
18 iyun 2017-ci ildə İraq Ordusu tərəfindən Mosul əməliyyatının ilk günündə istifadə edilmişdir.[10]
Tarixinə qısa baxış
redaktəHazırda dünyanın bir çox ölkələrinin arsenalında olan odsaçanları bir şey sxem ilə işləyir – yüksək təzyiq altında lülədən yandırıcı maye qarışığı atılır və alışdırılır.
TOS-1 komplekslərinin 1971-1979-cu illər arasında T-72 şassilərində olan ilk prototipləri ilk prototipləri Omskdakı “Nəqliyyat Mühəndisliyi Dizayın Bürosu” ASC-də istehsal olunmuşdur. Kompleks T-72 tankının şassisi üzərində quraşdırılmış, 30 ədəd istiqamətləndiriciyə sahib atıcı qurğudan və KrAZ-255B şassisində olan Nəqliyyat Yükləmə Maşınından ibarət idi. 1980-ci ildə silah dövlət sınaqlarından uğurla keçərək Sovet ordusuna qəbul edildi.
Onun 46 ton ağırlığında döyüş kütləsi yüksək yükgötürmə qabiliyyətli şassi, kiçik effektiv atəş məsafəsi (400-4500 metr) zirehli qorunma tələb edirdi. Atıcı qurğunun 30 ədəd idarəolunmayan raket istiqamət modulu dönən platformada paket formasında quraşdırılır. Qurğunu hədəfə yönəltmək üçün bütün hərəkətlər maşından çıxmadan, nişangah və elektrik ötürücülər vasitəsilə həyata keçirilirdi. Mərmilərin hədəflərə uçuş trayektoriyası dəqiq atəş şəraitini nəzərə almağı və optik nişangahdan, lazer məsafəölçənindən, kren sensorundan və elektron ballistik hesablama kompüterindən ibarət olan xüsusi atəşə nəzarət sistemini yaratmağı tələb edirdi.
Keçmiş SSRİdə isə başqa yol ilə getməyə qərar verdilər – yandırıcı qarışıq xüsusi kapsullara yerləşdirildi və qumbaraatanlardan atıldı. Bu cür qumbaraatan – odsaçanlarına “Şmel” adı verilmişdir.
Ötən əsrin 70-ci illərində isə reaktiv yaylım atəş sistemləri yaradılmışdır. Bu sistemlər iri həcmdə partlayıcı-yandırıcı qarışıq daşıyan 220 millimetrlik raketlər atırdı. Hər bir raket 100 kq belə qarışıq daşıya bilirdi. SSRİ ilk dəfə olaraq bu silahı Əfqanıstan müharibəsində sınaqdan keçirmişdir.
Lakin həmin dövrdə silah olduqca məxfi saxlanılırdı və onun barəsində heç bir informasiya verilmirdi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yaşayan bütün canlı və cansızlar bir an içərisində külə çevrilirdilər. Bundan əlavə olaraq silah havanın alışıb yanması nəticəsində “vakuum bombası” effekti yaradırdı. Düşmən piyadasının bu cəhənnəm alovunda və təzyiqin ani olaraq kəskin aşağı düşməsi nəticəsində baş verən şəraitdə sağ qalması sadəcə olaraq mümkün deyildi. Həmin bu sistemi “Buratino” TOS-1 adlandırdılar.
“Rossiyskaya qazeta” yazır ki, “Buratino” Əfqanıstanda tətbiq olunanda düşmənləri lərzəyə salırdı. Uzaq məsafədən alov dənizini görənlər bir daha bu səhnəni ömürləri boyu unuda bilmirdilər.
Sistem T-72 tanklarının şassisi üzərində quraşdırılmışdı və atəş məsafəsi 4.5 km idi. Bu silahı cəbhənin ön xəttində tətbiq etmək nəzərdə tutulmuşdu. Qəzet yazır ki, ilk dəfə bu silahı Əfqanıstan müharibəsi zamanı əfqan mücahidlərinin gizləndikləri Cənubi Salanqa əyalətindəki mağaraları dağıtmaq üçün “Tayfun” əməliyyatında istifadə etmişdirlər. Silah sərgisində isə ilk dəfə “Buratino” 2001-ci ildə nümayiş etdirilmişdir.
Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı – “Solntsepyok” TOS-1A yaradılmışdır. “Solntsepyok” TOS-1A sistemləri T-90 tanklarının şassisi üzərində quraşdırılmışdır. Bu sistem atəşin daha mükəmməl idarə edilməsi sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılmışdır və həmçinin hər bir raketin dağıdıcı radiusu da artırılmışdır.
Bir “Solntsepyok” TOS1A qurğusu 40 min kvadratmetr ərazidə olan bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır. Bir raketinin məhv etmə radiusu 2.5 hektara yaxındır.
2001-ci ildən Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildən icazə verilmişdir. Rəsmi mənbələrdə yer almış məlumatlara görə Azərbaycan Respublikası 2010-cü ildə “Rosoboroneksport” ilə bağlanılmış müqavilə əsasında bir divizion (18 kompleks) “Solntsepyok” odsaçan sistemi almışdır.
TOS-1A ağır odsaçan sistemi 2001-ci ilin aprel ayından etibarən radiasiya, kimyəvi və bioloji mühafizə qoşunların silahlandırılmasına qəbul edilmişdir. Rusiya istehsalı olan TOS-1A “Solntsepyok” sisteminin təyinatı düşmənin zirehli texnikasını sıradan çıxartmaq, müxtəlif hücum və müdafiə xarakterli döyüşlərdə onun canlı qüvvəsini açıq və qapalı şəraitlərdə məhv etməkdən ibarətdir.
İnternetdə “Solntsepyok” sistemlərindən təlim atışlarını göstərən qısa videorolik tapmaq mümkündür. Bu videorolik də silahın necə dəhşətli bir qüvvəyə sahib olması görünür
“Solntsepyok” xüsusəndə dağlıq ərazilərdə tətbiq olunan zaman daha təhlükəlidir. Bu silah sistemindən açılan atəşlər nəticəsində hətta dağlar uçub-dağıla, qayalar əriyə bilər. Bunun səbəbi isə budur ki, bu silahın tətbiqi zamanı güclü vakuum effekti yaranır.
Texniki məlumatlar
redaktə“Solntsepyok” sisteminin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur: hava zərbə dalğalarının ətraf qaya süxurlarının, torpaq və qaya uçqunlarının əks olunan dalğaları ilə qarşılıqlı üst-üstə düşməsi zərbə gücünü daha da artırır. Sursat əvvəlcə partlayıcı qarışıq buludunu yaradaraq partlayışı həyata keçirir və buluddakı bütün olan oksigenin bu reaksiyaya daxil olmasına şərait yaradır. Ani detonosiyadan sonra təzyiq kəskin şəkildə yüksəlir və sonra dərhal atmosfer təzyiqi normasından təxminən 160 mm civə sütununa qədər aşağı düşür. Beləliklə, düşmənin partlayışdan sonra xilas olan canlı qüvvəsi də təzyiqin azalması nəticəsində daxili orqanlarının parçalanmasına görə həlak olurdular. Odsaçan sistemin yaylım atəşinin yüksək səviyyədə olan dəqiqliyi atıcı qurğunun 6 km məsafədə olan birbaşa hədəflərə yönəldilməsi və avtomatlaşdırılmış tuşlama cihazları vasitəsilə təmin edilir. Son əldə edilmiş məlumatlara görə, MO.1.01.04M.OП markalı sursatların çəkisi 13 kq azaldılmasına baxmayaraq atəş məsafəsi 6700 metrə qədər artırılmışdır.
Döyüş maşınının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 kilometrdir. 30 dərəcəli bir yoxuşa 25 dərəcəli krenlə qalxa bilən TOS-1A, 1.2 metr hündürlükdə olan maneələri də asanlıqla aşmağa qadirdir.
TOS-1A kompleksinin təkrarən sursat ilə doldurulması üçün bir tank platforması nəzərdə tutulur. Sursatı 217 kiloqram çəkiyə malik olan termobarik raketlərdən ibarətdir. Doldurulması prosesi hər bir raket üçün bir dəqiqədən də az vaxt tələb edir. Döyüş ekipajı tankdakı kimi 3 nəfərdən ibarətdir. Təkcə bir fərqi vardır. Tuşlayıcı operator qüllədə olan silahlar əvəzinə atıcı qurğunu idarə edir.
Kalibr: 220 mm
Atəş tezliyi: 30 atəş/15 saniyədə
Effektiv məsafə: 500–3500 m (TOS-1) 6500 m (TOS-1A)
Maşın/raket xüsusiyyətləri:
Motoru: V-84 Dizel
Motor gücü: 840 at gücü (630 kV)
Maksimum məsafə: 550 km
Sürəti: 60 km/s
Atış platforması: T-72
İstifadəçilər
redaktə- Azərbaycan[11]
- Rusiya: 15[12]
- Ermənistan: Rusiya-Ermənistan müqaviləsinin şərtlərinə əsasən verilməlidir.[13]
- İraq: 12
- Qazaxıstan: 3[14]
- Suriya[15]
Keçmiş istifadəçilər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Arxivlənmiş surət". 2007-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Arxivlənmiş surət". 2017-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ Salami, Jassem Al. "Led by an Armored Bulldozer, Shia Militia Fought to Restore Their Credibility". War is Boring. Medium.com. 2014-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- ↑ "Ukraine rebels have powerful new Russian-made rockets – OSCE". 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Arxivlənmiş surət". 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "For the first time Azerbaijan has used heavy flamethrower systems". AZERI DAILY. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- ↑ "Arxivlənmiş surət". 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Arxivlənmiş surət". 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Morris, Loveday, "Iraqi forces fight their way into the narrow streets of Mosul's historic center," washingtonpost.com, 18 iyun 2017, 2:02 p.m. EDT". 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Еще одна сенсационная сделка: Азербайджан закупил огнеметные системы ТОС-1А на базе Т-90". 2013-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- ↑ Eugene Yanko, Copyright 1997 – [email protected]. "TOS-1 Buratino Flamethrower | Russian Arms, Military Technology, Analysis of Russia's Military Forces". Warfare.ru. 2020-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- ↑ "Arxivlənmiş surət". 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "TOS-1 multiple rocket launcher". Bubblews. 2014-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- ↑ "Hier zerstört Putins Höllenkanone eine Festung der Rebellen" (alman). STERN.de. 2016-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
Xarici keçidlər
redaktə- Video of the TOS-1 in action (rus.)
- GlobalSecurity profile
- TOS-1A article on Military Today
- ТОС-1 «Буратино», тяжёлая огнемётная система Arxivləşdirilib 2009-04-24 at the Wayback Machine
- Russia's TOS-1: Moscow's Most Powerful Weapon of War (That Isn't Nuclear) - National Interest
- V. Kuzmin's photo blog about the 2010 Victory Parade in Moscow Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine (rus.)