Talis Haciqabul - Wikipedia
Talis Haciqabul - Wikipedia - Haqqında Məlumat
Talış — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Talış kənd inzibati ərazi dairəsində kənd.[1]
Talış | |
---|---|
40°04′13″ şm. e. 48°41′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.379 nəfər (2019) |
Toponimikası
redaktə- Talış oyk., sadə.
- Kürün sahilində, Muğan düzündədir;
- İsmayıllı r-nunun Kürdmaşı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir;
- Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Babaçayın sahilində, dağlıq ərazidədir;
- Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zeynal bəy ata-baba yurdundan qovulmuş və 20-ci illərdə burada kommuna yaradılmışdır. Bundan sonra kənd də qeyri-rəsmi olaraq Kommuna adlandırılmışdır. Lakin rəsmi olaraq kəndin adı mənbələrdə Talış kimi qeyd olunur;
- Ağdərə r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndlərin adları talış etnonimi ilə əlaqədardır.[2]
Coğrafiyası və iqlimi
redaktə- İqlmi cox sərt yayda çox isti, qışda çox soyuq.
Əhalisi
redaktəƏhalisi çox tərkiblidir (müxtəlif zonadan gələnlər) və əsasən İrandan gələn ailələrdir. Deyilənə görə, kəndin adı Talış adlı varlı bir mülkədarın adından götürülüb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1946 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktə- Kənddə Talış su kəmərləri istismarı idarəsi yerləşir. Bu idarə Bakı şəhərini su ilə təmin edən strateji obyektdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |