Talib Musayev - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 4 aprel 2005, Bakı) — Azərbaycan və Ermənistan sovet ictimai-siyasi dövlət xadimi. Basarkeçər rayonu partiya komitəsinin birinci katibi. Ermənistan SSR Ali Soveti sədrinin birinci müavini.
Talıb Musayev | |
---|---|
aprel 1946 – 1953 | |
Əvvəlki | Meloyan |
avqust 1942 – aprel 1946 | |
Əvvəlki | İbiş Abbasov |
Sonrakı | Cəfər Vəlibəyov |
mart 1941 – avqust 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2005 (97 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 6 (Maksim Musayev daxil olmaqla) |
|
|
Təltifləri |
Maksim Musayevin atası.[1]
Həyatı
redaktəTalıb Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilir. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirir.
1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunur. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.
Basarkeçər rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Sovetinin sədrinin birinci müavini, Bir necə dəfə Ermənistan SSR Ali Sovetinin parlamentinə üzvü seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur.
Kitabları
redaktə- Ermənilər və faciələrimiz. Bakı, 2008
İstinadlar
redaktə- ↑ "Maksim Musayev. Atam Talıb Musayev. Bakı, "Nurlar", 2008". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.