Tali Qolerqant - Wikipedia
Tali Qolerqant (ivr. טלי גולרגנט; 26 noyabr 2000, Qüds), əsasən sadəcə Tali kimi tanınır — İsrail əsilli Lüksemburq müğənnisi, mahnı müəllifi, aktrisa və vokal müəllimi. "Fighter" mahnısı ilə "Avroviziya 2024" müsabiqəsində Lüksemburq təmsilçisi kimi 13-cü yeri tutmuşdur[1].
Tali Qolerqant | |
---|---|
ivr. טלי גולרגנט | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 noyabr 2000 (24 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, rəqqasə |
Təhsili | |
taligolergant.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTali Qolerqant 2000-ci ildə İsraildə Peru yəhudilərinin ailəsində anadan olmuşdur. Atasının işi ilə əlaqədar olaraq ailəsi ilə Çili, Argentina və başqa ölkələrə, sonra isə Lüksemburqun Limpertsberq şəhərinə köçmüş və orada 10 il yaşamışdır[2]. 7 yaşında fortepianoda ifa etməyə, 12 yaşında oxumağa, mahnılar yazmağa və teatrda çıxış etməyə başlamışdır. Tali Lüksemburq Beynəlxalq məktəbində təhsil almışdır. Sonra Manhettendəki Merimaunt kollecində musiqili teatr ixtisası üzrə dərs almaq üçün Nyu-Yorka köçmüşdür[3].
Müğənni ingilis, ivrit, ispan dillərində sərbəst danışır, fransız və alman dillərində ünsiyyət qura bilir[4][5].
Fəaliyyəti
redaktəTali 16 yaşında debüt mahnısını yazdırıb. 2021-ci ildə "Lose You" adlı debüt albomu işıq üzü görüb. Öz şəxsi qrupu ilə Nyu-Yorkdakı yerli müəssisələrdə, xüsusilə Rockwood Music Hall, Mercury Lounge, Arlene's Grocery və Delancey Street səhnələrində çıxış etmişdir. Bundan başqa, müğənni fəaliyyətini teatr aktrisası kimi də davam etdirmiş, bir çox rollarla yanaşı, "Damdakı skripkaçı" müziklində Seyteli, "Kerri"də Syu Snelli və "İmtina"da Eponini ifa etmişdir. "Aqua" müstəqil qısametrajlı filmində çəkilmişdir.
Tali Qolerqant 2023-cü ilin dekabrında Lüksemburq mahnı müsabiqəsinin və "Avroviziya 2024" mahnı yarışmasının milli seçimlərinin səkkiz finalçısından biri olmuşdur[6]. 9 yanvar 2024-cü ildə onun "Fighter" mahnısı ilə yarışacağı məlum olmuşdur. Tali seçimlərdə qalib gələrək ölkəni beynəlxalq müsabiqədə təmsil etmək hüququ qazanmışdır. 1993-cü ildən "Avroviziya"ya qatılmayan Lüksemburqun bu müsabiqədə uzun illərdən sonra ilk təmsilçisi olmuşdur[7].
Musiqisi
redaktəMüğənni öz musiqisini pop, indi və R&B janrlarının qarışığı kimi qiymətləndirir. Lizzi Makelpin, Sara Barellis və Ledi Qaqanın onun musiqi fəaliyyətinə təsir etdiyini bildirib.
İstinadlar
redaktə- ↑ "TALI will front Luxembourg's return to Eurovision with 'Fighter'". Eurovision.tv. European Broadcasting Union. 2024-01-27. 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
- ↑ Dalesio, Emery P. "Luxembourg singer from everywhere to represent in Eurovision". Luxembourg Times. 2024-01-28. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
- ↑ "Voices (ISL Stories) – Meet Tali". International School of Luxembourg. 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
- ↑ "Headshot and Resume". taligolergant.com. İstifadə tarixi: 2024-05-17.
- ↑ D'Tali am Portrait [Tali in portrait] (lüksemburq). RTL Luxembourg. 2024-01-23. 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
- ↑ Stephenson, James. "Luxembourg: Luxembourg Song Contest Artists Revealed". Eurovoix. 11.12.2023. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
- ↑ Валерия Сулима. "Люксембург впервые за 30 лет выступил на "Евровидении": феерический номер разработал режисер из Украины" (rus). TSN. 08.05.2024. İstifadə tarixi: 2024-05-17.