Tamqan Sad - Wikipedia
Tamqan Sad - Wikipedia - Haqqında Məlumat
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi.[1] Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi.
Tamqan Turxan | |
---|---|
Göytürklərin İdil şadı | |
576 – 584 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | |
Milliyyəti | Göytürk |
Atası | İstəmi xaqan |
Dini | Tenqriçilik |
Ölümü
redaktəTamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.[2]
İstinad
redaktə- ↑ Cambridge History of Inner Asia, ISBN 0-521-24304-1 , p.304
- ↑ L.M.Gümilev :Eski Türkler, Tərcümə:Ahsen Batur, Selenge yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8, OCLC 52822672, p.69, 141