Tan Cjunyi - Wikipedia
Tan Çjunyi (çin. 谭中怡;[2] 29 may 1991, Çuntsin, Sıçuan) — Çin şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2009),[3] şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu.
Tan Çjunyi | |
---|---|
çin. 丁立人 | |
Ölkə | ÇXR |
Doğum tarixi | |
Doğum yeri | Çuntsin, ÇXR |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2009) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.530 (avqust 2018) |
FİDE nömrəsi | 8603642 |
Vikianbarda əlaqəli mediafayllar |
Şahmat karyerası
redaktə2000 və 2001-ci illərdə İspaniyanın Oropesa-del-Mar şəhərində keçirilmiş 10 yaşadək qızlar arasında dünya çempionatında qızıl medal qazanıb. 2002-ci ildə Yunanıstanın İraklion şəhərində keçirilmiş 12 yaşadək qızlar arasında dünya çempionatında birinci olub.
2008-ci ilin avqust-sentyabr aylarında Rusiyanın Nalçik şəhərində keçirilmiş Şahmat üzrə qadınlararası dünya çempionatının ikinci raundunda İsveç təmsilçisi Pia Kramlinqə 0.5–1.5 hesabı ilə məğlub olub.
2011-ci ildə Çinin Şençjen şəhərində keçirilmiş Yay Universiadasında qızıl medal qazanıb.[4][5] 2012-ci ildə Portuqaliyanın Gimaraynş şəhərində keçirilmiş tələbələr arasında şahmat üzrə dünya çempionatında qalib olub.[6] 2013-cü ildə Çinin Usi şəhərində keçirilimiş 3-cü "China Women Masters" turnirində 9 oyundan 6.5 xal toplayaraq birinci olmuşdur.[7] 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilmiş qadınlar arasında blits üzrə Asiya çempionatında qızıl medal qazanıb.[8]
2015-ci ilin may ayında Çinin Sinxua şəhərində keçirilmiş Çin Şahmat Çempionatında rəqiblərini üstələyərək ölkə çempionu olub.[9] Növbəti ayda Çinin Sişan şəhərində keçirilmiş 5-ci "China Women Masters" turnirində iştirak edib və 9 oyundan 7 xal toplayaraq birinci olub.[10] 2015-ci ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş sürətli şahmat (rapid) üzrə Asiya çempionatında qızıl medal qazanıb.[11] Tan Çjunyi 1 dekabr 2015-ci ildə Çinin Tayçjou[12] şəhərində nokaut sistemi əsasında keçirilmiş 1-ci "Çin şahmat kraliçası" turnirinin final görüşündə Ju Venjuna qalib gələrək çempion olmuşdur.[13][14]
2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında dördüncü lövhədə hamıdan çox xal toplamaqla fərdi göstəricilərinə görə qızıl medal qazandı.[15]
2017-ci ildə İranın paytaxtı Tehran şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında dünya çempionatında qızıl medal qazanıb. O, finalda Ukrayna şahmatçısı Anna Muzıçuka qalib gəlib. Həlledici görüşdə 4 partiyada hesab bərabər olub — 2:2. Tan Çjunyi rəqibini tay-breykdə 1,5:0,5 hesabı ilə üstələyib.
O, şahmat tacı uğrunda 2018-ci ilin may ayında baş tutmuş qarşılaşmada həmyerlisi Tszyuy Ventszyuna 10 partiyadan ibarət matçda 4,5:5,5 hesabı ilə məğlub olaraq dünya çempionu titulunu qoruya bilməyib.[16]
Çin şahmat liqası
redaktəTan Çjunyi Çin şahmat liqasında (ÇŞL) "China Mobile Group Chongqing Company Ltd" şahmat klubunda oynayır.[17]
İstinadlar
redaktə- ↑ FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
- ↑ "中国国际象棋运动员等级分数据库". 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
- ↑ "Titles approved at the 80th FIDE Congress". 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
- ↑ "WGM Tan Zhongyi wins the Women Universiade in Shenzhen". Chessdom. 2011-08-21. 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2015.
- ↑ "Li Chao and Tan Zhongyi winners in Shenzhen". ChessVibes. 2011-08-23. 2018-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2015.
- ↑ World University Chess Championship 2012 — Women Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine Chess-Results
- ↑ "Tan Zhongyi Won 3rd Women Masters Tournament in China". Natalia Pogonina's website. 2013-06-09. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2015.
- ↑ "Chinese players claim Asian Blitz Chess Championships". Chessdom. 2014-04-20. 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
- ↑ "Wei Yi youngest Chinese Champion". ChessBase. 2015-05-30. 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2015.
- ↑ 5th China(Xishan)Chess Women Masters Tournament Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine Chess-Results
- ↑ "Truong Son wins Asian Rapid Chess Championship 2015". FIDE. 2015-08-12. 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
- ↑ The First China Chess Queen Match. Tournament details Arxivləşdirilib 2022-08-03 at the Wayback Machine. FIDE.
- ↑ MGourty, Colin. "Wei Yi is King of China". chess24. 2015-12-01. 2016-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2016.
- ↑ Fischer, Johannes. "Wei Yi wins brilliancy". ChessBase. 2015-12-01. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
- ↑ "USA and China winners of 42nd Chess Olympiad". europechess.org. 14 September 2016. 12 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2017.
- ↑ "Women's World Championship (2018)". www.chessgames.com. 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2021.
- ↑ "Arxivlənmiş surət". 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Tan Zhongyi. Chess-DB.com[ölü keçid] (ing.)
- Tan Zhongyi . Chessgames.com (ing.)
- Tan Zhongyi. 365Chess.com (ing.)