Tannenberq Emeliyyati - Wikipedia
Tannenberq əməliyyatı (Alm: Unternehmen Tannenberg) – İkinci Dünya Müharibəsinin Avropadakı başlanğıc mərhələlərində Polyak vətənpərvərlərinə qarşı Faşist Almaniyasının məhv hərəkətlərindən birinin kod adı idi, Almanların şərqi müstəmləkələşdirməsi üçün Generalplan Ost'un bir parçası idi. Güllələmələr, 1939-cü ildəki Polşanın işğalından iki il əvvəl Gestapo tərəfindən yığılan bir əmr siyahısından (Sonderfahndungsbuch Polen) reallaşdırıldı.[1]
Tannenberq əməliyyatı | |
---|---|
İkinci Dünya Müharibəsi | |
Hücum yeri |
Almaniya işğalındakı Polşada |
Hücum hədəfi | Polyaklar |
Vaxt |
1939 |
Hücum üsulu | Soyqırım qırğını, kütləvi atəş |
Silah | Avtomatik silahlar |
Həlak olanlar | SS Einsatzgruppen'in 760 kütləvi edamından ,20 min insan öldü |
Təşkilatçılar | Üçüncü Reyx |
Ən gizli siyahılar Polşalı seçmələrin 61 mindən çox üzvünü müəyyən etdi. Onlar: aktivistlər, ziyalılar, alimlər, aktyorlar, köhnə zabitlər və digərləri, nəzarətə alınmış ya da vurulmuşdular. Polşada yaşayan alman azlıqlar siyahıları hazırlamağa kömək etdilər[1]. Polşada yaşayan 20 minə qədər alman, müxtəlif təxribatlara qarışmış olduğu təxmin olunur.[2]
Tannenberq əməliyyatının ardından, Heydrixin Sonderreferat-ı tərəfindən Berlindən idarə olunan Unternehmen Tannenberg-in ikinci etabı olan Intelligenzaktion izlədi. 1940-cı ilin yanvar ayına qədər dəvam etdi. Yalnız Pomeraniyada, uşaqlar da daxil olmaqla 36 min ilə 42 min arasında Polyak, 1939-cu ilin axrından əvvəl öldürüldü.[3]
Tətbiq Edilməsi
redaktəPlan, 1939-cu ilin May ayında Mərkəzi Ofis II P (Polşa) tərəfindən nəticələndirildi. Adolf Hitlerin əmrlərini yerinə yetirərək, Reyx Əsas Təhlükəsizlik Ofisi (alm. Reichssicherheitshauptamt) içində Tannenberq olaraq adlandırılan xüsusi bir birlik yaradıldı. Gestapo, Kripo və Sicherheitsdienst (SD, azərb. Təhlükəsizlik) zabitləri və nəzəri olaraq Vermaxtı (silahlı qüvvələr) işğal altındakı torpaqlara qədər təqib edən insanlarla qurulan bir necə Einsatzgruppen (azərb. Əməliyyat-qrupları) birliyinə əmr etdi. Onların vəzifələri, qovma siyahısında sadalanan şəxslərin hamısını, döyüşün başlamasından əvvəl tərtib edildiyi kimi izləmək və həbs etmək idi.[4]
Əməliyyatın ilk mərhələsi, 1939-cu ilin avqust ayında, Almaniyadakı polyak azlıq təşkilatlarından təxminən 2 min aktivistlərin həbs olunduğunda və öldürüldüyündə reallaşdı. Əməliyyatın ikinci mərhələsi 1939-cu ilin sentyabr ayının 1-də başladı və oktyabr ayında sona çatdı və nizamlı Vermaxt birliklərinin köməyi ilə Einsatzgruppen (azərb. Əməliyyat-qrupları) xüsusi vəzifə birlikləri tərəfindən gerçəkləşən 760 kütləvi edamdan ən az 20 min insan öldü. Buna əlavə olaraq, Polşada yaşayan alman azlığın Selbstschutz (azərb. Özünü-müdafiə) adlı xüsusi bir formalaşma meydana gəldi, üzvləri, döyüşdən əvvəl Almaniyada təlimatçı və partizan mübarizəsində öyrədilmişdi. Bir çox qırğından məsul olmuşdu və sentyabr ayında, pis şöhrətinə görə, faşist orqanlar tərəfindən dağıdılmışdır.[5][6]
Xəstəxanadakı Xəstələrin Kütləvi Şəkildə Öldürülməsi
redaktəTannenberq əməliyyatı zamanı Polşa xəstəxanalarındakı xəstələr Vartelend-də (Viyelkopolska) Herbert Lanqe əmrindəki Einsatzgruppe VI (azərb. VI Əməliyyat-qrupu) tərəfindən öldürüldü. Ondan sonra Şelmno məhv düşərgəsinin birinci komandiri olaraq vəzifələndirildi[7]. Artıq 1940-cı illərin ortalarından Lanqe və adamları, Oviskada təxminən 1,100 xəstə, Koskiyanda 2,750 xəstə, Dziyaldovoda 1,558 xəstə və 300 Polyak, boynunun arxasından vurularaq öldürüldü və Fort VII-dəki (azərb. VII Qala) yüzlərlə Polyak, mobil qaim kamerası (alm. Einsatzwagen, azərb. polis avtomobilləri) ilk qaz bunkeri ilə birlikdə inkişaf etdirildi.[8]
Həmçinin Bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Unternehmen Tannenberg - August 1939: Wie der SD den Überfall auf Polen vorbereitete (III) Arxivləşdirilib 2020-03-24 at the Wayback Machine bei wissen.spiegel.de (PDF file, direct download). Arxivləşdirilib 2009-07-06 at the Wayback Machine (Alman dilində)
- ↑ Tomas Çincinski (2009-cu ilin Noyabr ayının 4-ü). "Prowokacje SD (Sicherheitsdienst)" Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine. Piąta kolumna (5-ci sütun) (Polyak dilində). S.P. Polityka. 2012-ci ilin Avqut ayının 13-də alındı.
- ↑ Piyotr Semkov, IPN Gdańsk (2006-cı ilin Sentyabr ayı). "Kolebka (Cradle)" Arxivləşdirilib 2018-09-17 at the Wayback Machine (PDF). IPN Bulletin Nömrə 8–9 (67–68), 152 səhifə. Warsaw: Institute of National Remembrance. 42–50 (44–51/152 PDF faylındadır). ISSN 1641-9561 Arxivləşdirilib 2008-12-26 at the Wayback Machine. Birbaşa yükləmə ilə (3.44 MB), 2015-ci ilin Noyabr ayının-də alındı.
- ↑ Pitr Lonqeriç (2012), War and Settlement in Poland. Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine Heynrix Himmler: Bir Həyat. OUP Oksford , pp. 425–429. ISBN 0199592322.
- ↑ Encyklopedia PWN, Intelligenzaktion. September–November 1939. Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine (Polyak dilində)
- ↑ Piąta kolumna (Jungdeutsche Partei, Deutsche Vereinigung, Deutscher Volksbund, Deutscher Volksverbarid). Kampania Wrześniowa 1939.pl (2006). 2015-ci ilin Noyabr ayının 2-də alındı.
- ↑ Artur Hoyan, Kameron Munro (2015). "Nazi Euthanasia Programme in Occupied Poland 1939-1945" Arxivləşdirilib 2019-02-04 at the Wayback Machine. Overview of the liquidation of the mentally ill during actions on the Polish territory (1939-1945). The Tiergartenstrasse 4 Association, international centre for the documentation, study and interpretation of Nazi crimes. Nazi Euthanasia in European Perspective conference, Berlin, Kleisthaus, Feb. 28-30, 2013. Retrieved 2 July 2015.
- ↑ Holocaust Research Project.org (2007). "Lange, Herbert; SS-Hauptsturmführer" Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine. Chelmno Death Camp Dramatis Personae. Holocaust Education & Archive Research Team. Retrieved 2013-05-13.