Tarix Insan Ve Cemiyyet Jurnal - Wikipedia
Tarix, insan və cəmiyyət — Azərbaycanda nəşr olunan elmi-nəzəri və elmi-metodik jurnal.[1][2]
Tarix, insan və cəmiyyət | |
---|---|
Baş redaktor | Cəfər Cəfərov |
Növ | elmi-nəzəri və elmi-metodik |
Dövrilik | ildə 2 və ya 4 dəfə |
Nəşriyyat | ADPU |
Təsis tarixi | 2005 |
İlk buraxılışı | 2005 |
Ölkə | Azərbaycan |
adpu.edu.az/az/elm/doevr… |
Haqqında
redaktə"Tarix, insan və cəmiyyət" elmi-nəzəri, elmi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 aprel 2005-ci il tarixdə qeydə alınmış (№ 1279), 2005-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildən tarix, tarixin tədrisi metodikası, 2015-ci ildən psixologiya və pedaqogika, 2017-ci ildən siyasi elmlər, antropologiya elmi istiqamətləri üzrə də "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı"na daxil edilmişdir[3].
2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçiliyi ilə nəşr edilir.[4]
Redaksiya heyəti
redaktəTarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov (baş redaktor)
Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov
AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev
AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov
AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev
Fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov
Tarix elmləri doktoru, professor Abbas Seyidov (baş redaktorun müavini)
Tarix elmləri doktoru, professor İradə Hüseynova
Tarix elmləri doktoru, professor Oqtay Sultanov
Tarix elmləri doktoru, professor Anar İsgəndərov
Psixologiya elmləri doktoru, professor Ramiz Əliyev
Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov
Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə
Sevinc Quliyeva (məsul katib)[5]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Tarix, insan və cəmiyyət - ADPU". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
- ↑ "Pedaqoji Universitet - Elmi jurnallar". 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASINDA MƏQALƏLƏRİN DƏRC OLUNMASI TÖVSİYƏ EDİLƏN DÖVRİ ELMİ NƏŞRLƏR ELM SAHƏLƏRİ ÜZRƏ DÖVRİ ELMİ NƏŞRLƏRİN SİYAHISI TARİX VƏ ANTROPOLOGİYA". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
- ↑ "Tarix, insan və cəmiyyət - ADPU". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
- ↑ "JURNALIN REDAKSİYA HEYƏTİ". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.