Tarixi Teberi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Haqqında
redaktə"Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir.
Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur.
İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302-ci ilin hadisələri ilə tamamlanır.
Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən çoxlu sayda rəvayətlərlə üzləşir. Lakin onların məzmunları ilə bağlı hec bir tənqid və təhlilə girişmir. Belə ki, onun üçün yalnız sənədin səhih olaması kifayət edir. Əsərdə əsasən mədəni məsələlərə deyil, siyasi məsələlərə diqqət yetirilir. Təbəri bu kitabın yazılmasında öz əsrində mövcud olan ən ümdə mənbələrdən istifadə etmişdir.
İstinadlar
redaktəMənbə
redaktə- Ülviyyə Ağayeva. "Təbəri tarixi" (az.). ebedinur.net. 2012-06-12. İstifadə tarixi: 2014-01-28.