Tariyel Memmedov - Wikipedia
Tariyel Məmmədov (28 fevral 1949, Bakı) — musiqişünas, Azərbaycan Musiqi Akademiyasının "Tarix və azərbaycan musiqi nəzəriyyəsi" kafedrasınn professorudur. Azərbaycan musiqisi üzrə İnternet-proyektlərin müəllifi və rəhbəridir. Musiqili elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif "Musiqi Dünyası" yurnalının baş redaktoru və naşiridir.
Tariyel Məmmədov | |
---|---|
Tariyel Aydın oğlu Məmmədov | |
Doğum tarixi | 28 fevral 1949 (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəTariyel Aydın oğlu Məmmədov 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını "Tarix və musiqi nəzəriyyəsi" ixtisası üzrə bitirmişdir.
1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq Elmi Araşdırmalar Sənətşünaslıq İnstitutunda "Koroğlu dastanında epik nəğmələri yaradıcılığı" mövzusunda sənətşünaslıq elmi dərəcəsi üzrə namizədlik müdafiəsi (rəhbər professor, sənətşünaslıq doktoru M. E. Tarakanov), 1989-cu ildə isə yenə həmin İnstitutda "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]
Yaradıcılığı
redaktə- Monoqrafiyalar
- "Koroğlu mahnıları". Bakı. Gənclik, 1984, 8 ç.v.
- "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri". Bakı, İşıq, 1988, 33 ç. v.
- "Sifahi ənənəli peşəkar-xalq musiqisi". Bakı, Şür, 2002, 6 ç. v. dərs vəsaiti kitabları nəşr olunmuşdur.
- Metodik tövsiyələri
- "Musiqi folklorunun toplanması, yazıya alınması və qorunması". Bakı, Adiloğlu, 2004, 1,5 ç. v.
- "Özbək xalq və şifahi ənənəli peşəkar musiqisi". Bakı, Adiloğlu, 2004, 2 ç. v.
- "Aşıq havaları"
- "Azərbaycan aşıq yaradıcılığı"[2]
- 80-dən artıq elmi məqaləsi və yazıları müxtəlif respublika və beynəlxalq nəşrlərdə çap olunmuşdur.
- İnternet-proyektlərin muəllifi və rəhbəridir:
- "Müsiqi dünyası" jurnalının elektron variantı
- Musiqi Ensiklopediyalar
- Üzeyir Hacıbəyova həsr olunmuş sayt
- Azəraycan bəstəkar və musiqişünaslarının On-line kataloqu Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine
- Azərbaycan diskoqrafiyası (1900–1940) — Azərbaycanın ilk qrammafon yazılarının On-line kataloqu
- Azərbaycan tarixinin canlı səsləri
- Beynəlxalq musiqili, tənqidi-publisistik, kulturoloji "Harmoniya" jurnalı
Qaynaq
redaktə- ↑ "Bakı Musiqi Akademiyası - Tariyel Məmmədov". 2013-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
- ↑ Abduləliyev, A. Aşıq musiqisi haqqında ilk fundamental dərslik: [Tariyel Məmmədovun "Azərbaycan aşıq yaradıcılığı" kitabı haqqında] //525-ci qəzet.- 2013.-15 fevral.- S.7.