Tatarlar - Wikipedia
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri.
Kazan tatarları (1885) | ||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
6 755 000 [1] | ||||||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||||||||
İslam (sünni) və xristian (pravoslav) azlıq, və şiə azlıq[14] | ||||||||||||||||||||||||||||||||||||||||||
Mənşəyi | ||||||||||||||||||||||||||||||||||||||||||
Qıpcaq (türk) | ||||||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||||||||
Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır.
Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir.
Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar.
Adlanmaları
redaktəİndiki tatarlar
redaktəTatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar:
- "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi)[15]
- "Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar"
- "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır)
- "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu)[16]
"Tatar" adı
redaktəRusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər.
"Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu.
Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar. Bu adlar indi də bəzən dəqiqləşdirmə (məsələn, tarixi mövzularda) və aydınlaşdırma lazım olduğu hallarda (məsələn, krım tatarlarından ayırd etmək üçün) istifadə olunurlar.
Müasir dövrdə "tatar" adını daşıyan və (və ya) istifadə edən digər xalqlar
redaktə' Müasir dövrdə, əvvəllər "tatar" adlanan türk xalqlarının çoxusu artıq belə adlanmasalar da, bəzi türk xalqlarının adlarında (indiki tatarların özlərindən başqa) hələ də "tatar" ifadəsi keçir, məsələn: krım tatarları (özlərini "qırımtatarlar", "tatarlar" adlarıyla yanaşı həmçinin "qırımlar", "qırım türkler" də çağırırlar) və sibir tatarları (özlərini "sıbırtatarlar" adıyla yanaşı həm də (əsasən) "sıbırlar" çağırırlar; bəzi mütəxəssislər sıbırları gah sadəcə indiki tatarların bir qolu, gah da müstəqil bir türk xalqı hesab edirlər) hələ də müasir dövrdə bu cür adlanırlar.
Bundan başqa, müasir dövrdə Sibirdə yaşayan bir neçə türk xalqının endoetnonimi (xalqın özünü adlandırması, xalqın öz-özünə verdiyi ad) də artıq "tatar" sözündən ibarətdir. Beləcə, müasir xakaslar özlərini adətən "tadar" (тадар) və "tadarlar" (тадарлар), şorlar özlərini bəzən "tatar-kiji" (татар-кижи), "tatar" (татар), "tadar-kiji" (тадар-кижи) və "tadar" (тадар), çulımlar özlərini bəzən "tatarlar" (татарлар) və "çulım tatar" (чулым татар), teleutlar özlərini bəzən "tadar" (тадар) və "tadar-kiji" (тадар-кижи) adlandırırlar.
Sayları
redaktə2002-ci il siyahiya alınmanın nəticələrinə görə[17], Rusiyada sayları 5,554,600 nəfərdir. Tatarlar Rusiya əhalisinin 3,83 %-ni təşkil edirlər, və say etibarı ilə ölkənin ruslardan sonra ikinci ən böyük xalqıdırlar.
Dinləri
redaktəDini inanclarına görə sünni-müsəlmanlarıdır. Kiçik bir qrupları xristianlığın pravoslav qoluna sitayiş edir, kryaşenlar (tatarca kirəşennər) adlanırlar.
Dil
redaktəTatarlar türk dillərinin qıpçaq qoluna qrupuna aid olan tatar dilində danışırlar.
İstinadlar
redaktə- ↑ "Joshua Project – Unreached Peoples of the World : Tatar". 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-14.
- ↑ Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- ↑ Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
- ↑ Агентство Республики Казахстан по статистике: Численность населения Республики Казахстан по отдельным этносам на 1 января 2012 года Arxivləşdirilib 2012-11-15 at the Wayback Machine
- ↑ Ukrayna Dövlət Statistika Komitəsi : 2001 – ci il siyahıya alması[ölü keçid]
- ↑ "unstats.un.org : 28.3.2002 census of Romania". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-04.
- ↑ "The Tartar ethnic minority in China by 2000 census". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-02.
- ↑ National Statistical Committee of the Republic of Belarus : NATIONAL COMPOSITION OF POPULATION OF THE REPUBLIC OF BELARUS
- ↑ "Estonia Statistics : population census of 2000". 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-11.
- ↑ MINORITY.TJ - При финансовой поддержке центра ОБСЕ в Душанбе: Национальные меньшинства Таджикистана :Татары, башкиры Таджикистана Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ "Cultural Diversity in Central European Urban Spaces : Issues , Methods , and Outcomes of Etnological Studies on Cultural Diversity in Poland (2002 census)" (PDF). 2011-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-05-17.
- ↑ "Statistics Canada, 2006 Census of Population, Statistics Canada catalogue no. 97-562-XCB2006006". 2009-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-17.
- ↑ "Ethnic composition of Azerbaijan 2009". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
- ↑ "تاتارهای افغانستان در تلاش بازیابی فرهنگ فراموش شدۀ شان". da.azadiradio.com. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
- ↑ https://www.business-gazeta.ru/article/427449 Arxivləşdirilib 2022-09-10 at the Wayback Machine К сожалению, еще дореволюционное негативное отношение к термину "татары" проецировалось и на период советской истории. Но, когда мы возвращались в Казань на летние каникулы, я от бабушки слышал совершенно иное, она говорила мне: "Улым, без татар түгел, без мөселманнар". "Təəssüf ki, "tatar" ifadəsinə qarşı hələ inqilabaqədərki dövrdən qalma mənfi yanaşma sovet tarixinin dövrünə də özünü aşılayırdı. Ancaq biz yay tətillərinə Qazana qayıdanda mən nənəmdən tamamilə fərqli bir şey eşitmişdim, o mənə deyirdi [tatar dilində — red. qeyd]: "Oğlum, biz tatar deyilik, biz müsəlmanlarıq."."
- ↑ "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
- ↑ "Результаты всероссийской переписи населения 2002 года. Национальный состав". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 июня.[1] Arxivləşdirilib 2008-02-02 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Волжская Булгария Arxivləşdirilib 2009-01-31 at the Wayback Machine
- Tatarlar, Vokruq Sveta Ensiklopediyası
- Ensiklopediya Arxivləşdirilib 2010-07-17 at the Wayback Machine (rus.) (tatar.)
Həmçinin bax
redaktə Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |