Taurida Vilayeti - Wikipedia
Taurida vilayəti — Rusiya imperiyasının vilayəti.[1]
Taurida vilayəti | |
---|---|
Таврическая область | |
45°02′ şm. e. 38°58′ ş. u.HGYO |
|
Ölkə | Rusiya imperiyası |
İnzibati mərkəz | Simferopol |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1784 |
Ləğv edilib | 23 dekabr 1796 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTaurida vilayəti 1783-cü ildə Krım xanlığı torpaqlarında qurulmuşdur. 1796-cı ildə Novorossiya qubernatorluğuna birləşdirilmişdir.
Vilayət rəsmi olaraq 13 fevral 1784-cü ildə II Yekaterina tərəfindən imzalanaraq Rusiya imperiyasının ərazisinə birləşdirilmişdir. Elə həmin il vilayətin idarə mərkəzi Simferopol şəhəri elan edildi. 1784-cü ilə kimi vilayətin idarə mərkəzi Qarasuvbazar şəhəri idi.
12 dekabr 1796-cı ildə vilayət ləğv edilərək ərazisi iki mahala Simferopol və Perekop mahallarında bölündü.[2] Novorossiya qubernatorluğuna keçdi.
İnzibati quruluşu
redaktəVilayət 7 mahala bölünürdü.
- Dnieper mahalı - inzibati mərkəzi Oleşki
- Levkopol mahalı - inzibati mərkəzi Feodosiya
- Melitopol mahalı - inzibati mərkəzi Melitopol (1791-ci ildən Böyük Tokmakda)
- Perekop mahalı - inzibati mərkəzi Or Qapı
- Tmutarakan mahalı - inzibati mərkəzi Phanaqoriya
- Simferopol mahalı - inzibati mərkəzi Simferopol
- Evpatoriya mahalı - inzibati mərkəzi Evpatoriya
1787-ci ildə Levkopol mahalının adı Feodosiya mahalı olaraq dəyişdirildi.[3] 1791-ci ildə Melitopol mahalının inzibati mərkəzi Böyük Tokmaka köçürüldü.
İstinadlar
redaktə- ↑ Гржибовская. Административно-территориальные преобразования в Крыму. 1783—1998. 1999. səh. 117. ISBN 966-7503-22-4.
- ↑ "Историческая справка Симферополя". 4 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ "Ордера кн. Потемкина на 1787-й год". chersonesos.org. 18 iyun 2020 tarixində arxivləşdirilib.