Tbiliso Mahni - Wikipedia
"Tbilisi haqqında mahnı" (gürc. სიმღერა თბილისზე), eləcə də "Tbiliso" (gürc. თბილისო) adı ilə tanınır — ən məşhur gürcü mahnılarından biri, Tbilisinin himni. Ən məşhur ifaçısı müğənni Nani Breqvadzedir.
Tarixi
redaktəMelodiya Revaz Lagidze tərəfindən 1959-cu ildə ekranlara çıxmış film üçün Pyotr Qruzinskinin sözlərinə bəstələnmişdir. Film Tbilisi şəhərinin 1500 illiyinə həsr olunmuşdur. "Tbiliso" ifadəsi "Tbilisi" sözünün çağırış formasında səslənməsidir. Şəhərə müraciət mənasını əks etdirir.
1974-cü ildə "Melodiya" ümumittifaq qramyazılış müəssisəsi "Orera" gürcü vokal-instrumental ansamblının kompozisiyalarından ibarət iki böyük disk istehsal etdi[1]. Digər ifaların arasında "Tbiliso" mahnını dərhal ümumittifaq şöhrəti əldə etdi. 1976-cı ildə Nani Breqvadze həmin mahnı ilə "İlin mahnısı-76" (rus. Песня-76) festivalında ilk çıxışını etdi. Mahnı həmçinin Nani Breqvadze, Vaxtanq Kikabidze, Valeri Meladze və Tamara Qverdsiteli tərəfindən birgə ifa edilmişdir.[2]
Mahnının mətni
redaktəGürcü dilində mətn[3] | Gürcücə mətn Azərbaycanca transkripsiya ilə | Hərfi tərcümə | Rus dilində mətn (müəllif: Mixail Taniç) |
Hərfi tərcümə |
---|---|---|---|---|
ნეტავ სად არის კიდევ ცა, |
Netav sad aris kidev tsa, |
Belə bir səmanı haradan tapmaq olar |
Такой лазурный небосвод |
Bu lacivərd səmalar |
İstinadlar
redaktə- ↑ "ВИА «Орера»". 2008-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
- ↑ Siqvaruli. "Брегвадзе, Меладзе, Кикабидзе, Гвердцители - Тбилисо" (az.). Youtube.com. 13.08.2012. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
- ↑ "Песня о Тбилиси". 2010-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.