Teatr Dekorasiya Seneti - Wikipedia
Teatr-dekorasiya sənəti — dekorasiya, əlbəsə, qrim, işıq, mebel, butaforiya, və s. vasitəsilə səhnə tamaşasının əyani obrazının yaradılması sənəti.[1]
Mahiyyəti
redaktəİncəsənətin sintetik növlərindən olan teatrda tamaşanın bədii tərtibatı əsərin ideya məzmununun açılmasında mühüm rol oynayır. Rəssam əsərin məzmununa və rejissor işinə əsaslanaraq, hadisələrin cərəyan etdiyi dövrü, yerli və milli koloriti səhnədə canlandırır, əsərin janrına və uslubuna uyğun dekorasiya, əlbəsə, işıq və s. bədii təsvir və ifadə vasitələrindən istifadə edərək obrazların fərdi xarakteristikasını daha dolğun nəzərə çatdırır. Teatr-dekorasiya sənəti memarlıq və təsviri sənətin vəhdətinə əsaslanır. Bədii tərtibat tamaşanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, onun bədii-emosional quvvəsini artırır.
Tarix
redaktəTeatr-dekorasiya sənətinin mənşəyi qədim, tarixi zəngin və çoxcəhətlidir. Hələ ən qədim xalq oyunlarında Teatr-dekorasiya sənəti ünsürlərindən (əlbəsə, maska və s.) istifadə olunmuşdu. Antik yunan və Qədim Roma teatrlarında hadisələrin cərəyan etdiyi məkanı konkretləşdirən dekorlar tətbiq edilirdi. Orta əsrlərdə Avropa və Şərq ölkələrində teatr tamaşalarında şərti-simvolk dekorasiyalara geniş yer verilirdi. Renessans dövründən başlayaraq Qərbi Avropa teatrında realist təmayüllər güclənir, səhnədə mühiti əyaniləşdirən dekorasiyalar intişar tapır. 18-19 əsrlərdə Qərbi Avropa ölkələrində, xüsulilə Fransa, İtaliya və İngiltərədə Teatr-dekorasiya sənəti səhnəsində mühüm yeniliklər meydana gəldi. Paris teatrlarında tamaşıçıları heyrətə salan «möcüzələr» - yanğın, dəniz fırtınası və s. canlandırmağa imkan verən qurğular, mürəkkəb, çoxplanlı dekorasiyalar, pavilyonlar, müxtəlif memarlıq elementlər, zəngin və dəbdəbəli əlbəsə tətbiq edildi. 19 əsrdə teatr sənəti tarixində yeni, reaslit meyllərin güclənməsi sahəsində klassik rus teatrının, xüsusilə Moskva Akademiya Bədaye Teatrının mühüm xidməti olmuşdur. Bu dövrdə rus
Teatr-dekorasiya sənətinin inkişafı V.D.Polenov, V.M.Vasnetsov, K.A.Korovin, M.A.Vrubel, A.N.Benua, N.K.Rerix, A.Y.Qolovin və başqa rəssamların yaradıcılığı ilə bağlıdır.
XX əsrdə dünya incəsənətinin və teatrının rengarəng, mürəkkəb və zidiyyətli inkişaf mənzərəsi müxtəlif bədii axtarışlar və kəşflərlə səciyyələnir. Səhnə tərtibatında həyat həqiqətini real və dəqiq canlandıran üslub ilə yanaşı,burjua mədəniyyətinin zidiyyətlərini əks etdirən bəzi sırf forma axtarışları abstraksionizm və surrealizm kimi modernist cərəyanların təsiri altında səhnə obrazlarının bədiilkdən forma aydınlığı və ifadəliliyindən məhrum olmasına gətirib çıxarır.
Eyni zamanda bir sıra mütərəqqi rəssamların yaradıcılığnda realist ənənələr davam və inkişaf etdirilir. Müasir səhnə texnikasının imkanları xeyli genişlənir, bədii tərtibatda sintetik materiallar, luminesset (parlaq) boyalar, kollaj, foto və kino proyeksiyaları tətbiq olunur, xalq yaradıcılığı, teatr folkloru ilə əlaqədar elementlərə (mərasim maskaları, qrim, əlbəsə, kukla və s.) geniş yer verilir.
Böyük Oktyabr sosialist inqilabından sonra çoxmillətli sovet incəsənətində səhnə sənətinin nailiyyətləri inkişaf etdirildi, sosialist realizmi metodu qələbə çaldı. SSRİ-də milli teatrların təşəkkülü və formalaşması prosesində müxtəlif xalqların səhnə mədəniyyəti yüksək nailiyyətlər qazanmışdır. Azərbaycan Teatr-dekorasiya sənətinin inkişafı sosialist inqilabından sonra geniş vüssət almışdır. İnqilabdan əvvəl istər mill mərasim, oyun və meydan tamaşalarında, istərsə də peşəkar teatr sənətinin ilk nümunələrində səhnə tərtibatı əsasən, əlbəsə, qrim və maska kimi elementlərdən ibarət olmuşdur. İlk prosessional musiqili və dram tamaşalarında predmet-əşya tertibatı prinsipləri əsas yer tutur, dekorasiya, əlbəsə və butaforiyadan istifadə edilirdi.
Bakı, Gəncə, Naxçıvan və başqa şəhərlərdə dövlət teatrlarının təşkil olunmasın ilə əlaqədar Azərbaycanda peşəkar Teatr-dekorasiya sənəti yaranmış, peşəkar teatr rəssamları yetişdirmişdir. Respublika teatrlarında tamaşa qoyulmuş Azərbaycan , rus və digər sovet dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının klassik və müasir səhnə əsərlərının bədii tərtibatı sahəsində Ə.Əzimzadə, R.Mustafayev, İ.Seyidova, B.Əfqanlı, İ.Axundov, S.Yefimenko, N.Fətullayev, S.Şərifzadə, Ə.Fətəliyev və başqa rəssamlar fəaliyyət göstərmişlər. Azərbaycan Teatr-dekorasiya sənətinin inkişafında boyakarlardan M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov və B.Mirzəzadənin xidməti olmuşdur.[1]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Səfərəliyeva D.A., ‘Sovet dövrü Azərbaycanda Teatr-dekorasiya sənəti’, Bakı, 1968; 50 il sovet sənəti. Teatrın rəssamları M., 1968;
- Pojarskaya M.N., XIX əsrin Rus teatr-dekorasiya sənəti, M., 1970