Tefik Biyiklioglu - Wikipedia
Mehmet Tefik Bıyıklıoğlu (1 yanvar 1891, Çanaqqala – 24 noyabr 1961, Ankara; türk. Tevfik Bıyıklıoğlu) — Türkiyə siyasətçisi, diplomatı,[1][2] Türk Tarix Qurumunun ilk prezidenti və qurucu üzvü.[3]
Mehmet Tefik Bıyıklıoğlu | |
---|---|
türk. Mehmet Tevfik Bıyıklıoğlu | |
4 noyabr1928 – 4 mart 1932 | |
Əvvəlki | Yusif Hikmət Bayur |
Sonrakı | Ərcümən Əkrəm Talu |
1927 – 1928 | |
Əvvəlki | Zəkayi Apaydın |
Sonrakı | Hüseyn Yusif Çınar |
14 aprel 1931 – 8 aprel 1932 | |
Əvvəlki | Post yaradılmışdır |
Sonrakı | Yusif Akçura |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 1961 (70 yaşında) |
Vəfat yeri | |
Partiya | Cümhuriyyət Xalq Partiyası |
Təhsili | Türkiyə Quru Qoşunları Hərbi Məktəbi |
İxtisası | hərbçi, tarixçi |
Fəaliyyəti | Hərbçi, diplomat, dövlət quluqçusu |
Hərbi xidmət | |
Xidmət illəri | 1905-1926 |
Mənsubiyyəti |
Osmanlı imperiyası Türkiyə |
Qoşun növü | quru qoşunları |
Rəhbərlik edib | Türkiyə İstiqlaliyyət müharibəsində Qərb Cəbhəsinin Əməliyyatlar Şöbəsinin Müdiri |
Döyüşlər |
İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi |
Rütbəsi | miralay |
|
|
Təltifləri |
"Hərb" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "Dəmir xaç" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTefik Bıyıklıoğlu 1905-ci ildə Hərbi Məktəbə daxil olub. 1908-ci ildə artilleriya zabiti rütbəsi ilə məktəbi yüksək nəticələrlə bitirdi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsində iştirak edib. 1914-cü ildə Hərbi Akademiyanı yüksək nəticələrlə başa vurub. Bıyıklıoğlu 1915-ci ildə peşəkar zabit oldu. Birinci Dünya müharibəsində müxtəlif vəzifələrdə xidmət edib. 1920-ci ilin iyulunda Anadoluya gedib Türkiyə İstiqlaliyyət müharibəsi qatıldı. Qərb Cəbhəsinin Əməliyyatlar Şöbəsinin Müdiri vəzifəsinə təyin edildi. O, bu vəzifəni müharibənin sonuna qədər davam etdirdi. O, 1923-cü ildə qazandığı nailiyyətlərə görə kaymakam rütbəsinə yüksəlib. Dövlət xidmətində naliyyətlərinə görə “Qırmızı zolaqlı İstiqlal” medalı ilə təltif edilib. Lozanna Sülh Konfransında iştirak edən nümayəndə heyətində hərbi məsləhətçi vəzifəsində çalışıb.
1924-cü il martın 18-də Baş Qərargahda Baş katib vəzifəsinə təyin edildi. 1924-cü il mayın 1-də o, Baş Qərargahın Baş Katibliyi rəhbəri vəzifəsində qalmaq şərti ilə Prezident Katibliyinin rəhbəri vəzifəsinə təyin edildi. 1926-cı ildə Miralay rütbəsi aldıqdan sonra hərbi xidmətdən təqaüdə çıxdı. 1927-ci il noyabrın 9-dək Prezident Katibliyinin rəhbəri vəzifəsini davam etdirdi. Bu vəzifəsindən sonra Moskva şəhərinə TÜrkiyə Respublikasının səfiri vəzifəsinə təyin olundu. 4 noyabr 1928-ci ildə ikinci dəfə Prezidentliyin Baş katibi vəzifəsinə təyin edildi. 1932-ci il martın 4-də bu vəzifədə fəaliyyəti başa çatdı.
Türk Tarix Qurumunun ilk prezidenti oldu.
1961-ci il noyabrın 24-də vəfat edib.
Əsərləri
redaktəİstinadlar
redaktə- ↑ "M. Tevfik Bıyıklıoğlu". www.biyografya.com. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.
- ↑ "Tevfik BIYIKLIOĞLU". kaynakca.hacettepe.edu.tr. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.
- ↑ Walter F. Weiker. Political Tutelage and Democracy in Turkey: The Free Party and Its Aftermath. E.J. Brill. 1973. ISBN 90-04-03818-3. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.