Terek Deltasi - Wikipedia
Terek deltası 4 000 — 6 000 km²[1] ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir[2]. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir.
Deltanın hidroqrafiyası
redaktəTerek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek. Əvvəllər hər 60 ildən bir çay öz mənsəbində yerləşən axarını dəyişirdi. XVII əsrdə onun əsas axarı Sulu Çubult çayı idi. XVIII əsrin əvvəllərində çay Köhnə Terekə yönəlir. Elə həmin əsrin sonlarında bu qola paralel yeni qol peyda olur. Yeni qol Yeni Terek və ya Kordonka adlanır. 1812-ci ildə baş vermiş daşqın zamanı Borozdin, 1914-cü ildə isə Karqalin dəhlizi peyda olmuşdur. Sovet dönəmində müəyyən irriqasiya işləri görülmüşdür.
İqlimi
redaktəDelta özünün yumşaq iqlimi ilə seçilir. İl faktiki olaraq iki mövsümə bölünür:İsti (martdan oktyabra qədər) və soyuq (noyabrdan fevrala qədər). Ysyı isti və quru, qışı isə yumşaqdır. Orta aylıq temperatur ancaq yanvar-fevral ayları stabilləşir. Orta illik temperatur +12 °C təşkil edir. Ən isti aylar iyul və avqustdur. Bu ayların orta temperaturu 24°, maksimal temperaturu isə 34 - 40 °C-dir. Deltada orta illik yağıntının miqdarı 350 mm təşkil edir. İsti aylarda yağıntının 200 mm, soyuq ayları isə 100 mm yağıntı düşür. Qar örtüyü maksimum 30 gün qalır. Qar örtüyünün qalınlığı 5 sm olur. Minimal temperatur −20 °C-dən aşağı düşmür[3]. Buz örtüyü hər il müşahidə edilmir və 70 günü keçmir.
Ekokultur xüsusiyyətləri
redaktəTəbii xüsusiyyətləri ilə yanaşı ekokultur inkişaf etmişdir. Deltanın düzən reylefinə rus işğalından sonra koloniyalaşdırılmışdır. Bura çixlu rus əhalisi köçürülmüşdür. Gəlmə əhalinin əsas məşğuliyyətu hərbi iş və balıqçılıq (kənd təsərrüfatı) ilə məşğul olurdular. Bura həm də Cənubi Qafqazdan erməni və gürçülər köç etmişlər. XX əsrin ikinci yarısından sonra bura Dağıstanın müxtəlif xalqları tərəfindən məskunlaşılmışdır. Hazırda region Dağıstanın etnik baxımdan ən qarışıq regionlarından biridir.
İstinadlar
redaktə- ↑ "Terek deltası". 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ "Terek deltası". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ "Аграханский залив и дельта реки Терек (Северный Аграхан) / Том 6 / Водно-болотные угодия России". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.