Teymur Bey Vekilov - Wikipedia
Teymur bəy Vəkilov (1892, Qazax – 1948, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu.
Teymur bəy Vəkilov | |
---|---|
Vəkilov Teymur bəy Məmməd ağa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Atası | Məmməd ağa Vəkilov |
Anası | Mədinə xanım Əmiraslan ağa qızı Şıxlinskaya |
Həyatı
redaktəVəkilov Teymur bəy Məmməd ağa oğlu Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmiş (1911), 3 il Bakı rus-tatar məktəbində müəllim işləmişdir. Petroqrad Psixonevrologiya institutuna qəbul olunmuş (1915), dolanmaq üçün evlərdə dərs demişdir. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra təhsilini yarımçıq qoyub geri qayıtmağa məcbur olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Xarkov Tibb institutuna göndərilmişdir, lakin siyasi vəziyyətin dəyişməsi nəticəsində təhsil almağı baş tutmamışdır. Sovet hakimiyyəti dövründə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1942–1943-cü illərdə Qazaxıstanda sürgündə olmuş, xəstə olduğundan tez buraxılmışdır. Müharibədən sonra da həbs edilmişdir.