The Trump Organization - Wikipedia
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn") — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat.[1] Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu.
The Trump Organization | |
---|---|
The Trump Organization | |
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət[d] |
Sənaye | pərakəndə |
Məhsulu | Otel |
Təsis tarixi |
1923; 97 il əvvəl (E.Trump & Son kimi) |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 655 milyon $ (2017) |
Struktur | |
İşçi sayı | 22,450 (2015) |
Rəhbərlik | |
Təsisçilər | |
Prezident | Donald Tramp |
trump.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir.[2] Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər.[3] Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir.
Donald Trampın rəhbərliyi
redaktəDonald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.[4] 1970-ci illərin əvvəllərində Donald şirkətin prezidenti vəzifəsini icra edərkən Fred idarə heyətinin sədri idi. Donald Tramp 1971-ci ildə rəhbərlik etməyə başladı. O təxminən 1973-cü ildə bu biznesi The Trump Organization adlandırmağa başladı. Əvvəllər bəzən "Fred C.Trump Organization",[5][6] "The Fred Trump Organization"[7] və ya "The Trump Organization"[8] adlansa da, lakin heç bir rəsmi adı yox idi.
Tramp səylərini Manhettendəki böyük inkişaf layihələrinə yönəltdi. "Hyatt" ilə ortaq şəkildə Commodore Hotelin yenidənqurma işlərini apararaq Grand Hyatt New York (1980) kimi açılışını,[9] "The Equitable" ilə əməkdaşlıq edərək Trump Tower (1983) tikintisini həyata keçirtdi[10] və Trump Plazanı inkişaf etdirdi (1984).[11] O həmçinin, Nyu Cersi ştatının Atlantik Siti şəhərində üç kazino oteli açdı: Trump Plaza (1984),[12] Trump Castle (1985)[13] və Trump Taj Mahal (1990)[14]
Donald Tramp ABŞ-nin 45-ci Prezidenti seçildikdən sonra 2017-ci ildə rəhbərliyi övladlarına təhvil verdi.
Daşınmaz əmlak
redaktə2019-cu ildə Forbes jurnalının qiymətləndirməsinə əsasən Trampın sərvəti 3,1 milyard dollardır, bunun təxminən yarısı onun Nyu-York şəhərindəki daşınmaz əmlak sahələrindən, təqribən üçdə biri yerli və beynəlxalq mülklərdən (otellər və qolf sahələri də daxil olmaqla) əldə edilən gəlirdir.[15] Trampın adını mülklərində istifadə etdikləri üçün kənar sahibkarlar tərəfindən ödənilən lisenziyalaşdırma haqları da onun ümumi sərvətinə əlavə gəlir gətirir.[16]
Tamamlanmış mülklər
redaktə- Trump Tower – Mərkəzi Manhettendə yerləşən 58 mərtəbəli bu bina "The Equitable" şirkəti ilə ortaq şəkildə formalaşdırıldı və 1983-cü ildə açıldı. Tramp 1986-cı ildə ortaq şirkətin payına düşən səhmləri aldı.[17] və hal-hazırda qüllənin ofis və pərakəndə komponentlərinə sahibdir.[18] Qüllədə Trampın Ağ Evə köçənə qədər əsas iqamətgahı olan üç mərtəbəli penthauz mənzili də var.[19] Qüllənin dəyəri 2017-ci ildə 450 milyon dollar olaraq qiymətləndirildi.[20]
- Trump World Tower – Mərkəzi Manhettendə Birləşmiş Millətlər Plazasında yerləşir. 2006-cı ildə Forbes jurnalı Trampın "290 milyon dollar mənfəət və reallaşmayan təqdir" əldə etməsini təxmin etdi.[21]
- AXA Equitable Center – Manhetten və San-Fransiskoda yerləşir. Tramp bu iki ofis binasında 30 % paya sahibdir. Trampın iki binadakı payının 2013-cü ilə görə ən az 850 milyon dollar olduğu təxmin edildi.[22]
- The Trump Building – Uoll-Stritdə yerləşən bu binanı 1995-ci ildə 1 milyon dollara aldı və təmir etdi. Nyu-York Maliyyə Departamentinə görə 2011-ci ilədək binadakı vergidən əvvəl xalis əməliyyat gəliri 20.89 milyon dollar və dəyəri 350–400 milyon dollar arasında idi. Tramp digər investisiyalar üçün istifadə etmək məqsədilə əmlaka 5.71 faizlə 160 milyon dollarlıq ipoteka götürdü. Forbes 2006-cı ildə əmlakı 260 milyon dollar dəyərində qiymətləndirdi.[23]
- Trump International Hotel and Tower Chicago – Layihənin hamısı 1,2 milyard dollar (Tramp üçün 112 milyon dollar pay) ilə qiymətləndirilir.
- Trump International Hotel Las Vegas – Forbesin 400 üzvü, Fil Raffin (əsas tərəfdaş) və Cek Uişna (az qismli ortaq) ilə birgə inkişaf. 2006-cı ildə Trampın payının 162 milyon dollar olduğu təxmin edildi. 2017-ci ilin Mart ayında Trampın hələ prezident olmasından əvvəl, Raffinlə 50–50 ortaq olduqları bu oteli oğlu Erik Trampın idarə etməsi Forbesdə açıqlandı.
- Trump International Hotel and Tower New York – Tramp adını və təcrübəsini binanın sahibinə 1994-cü ildə bina yenidən inkişaf etdirilən ərəfədə 40 milyon dollar məbləğ (layihə rəhbərliyi üçün 25 milyon dollar və kondomdan gələn 15 milyon dollar təşviq olaraq) qarşılığında verdi. Forbes Trampın payını 12 milyon dollar olaraq qiymətləndirir. 2010-cu ilin martında bu otel binasında yerləşən penthauz mənzil 33 milyon dollara satıldı.[24]
- Trump Park Avenue – Park Avenyuda yerləşən bu mülk 142 milyon dollar dəyərindədir. Tramp ayda 100.000 dollara kirayə götürdüyü bu mülkdə 23 və Trump Parcda isə 19 mənzilə sahibdir.[25]
- Mar-a-Lago – Florida ştatının Palma Biç şəhərində, əksər hissəsi Tramp tərəfindən yalnız üzvlər üçün bir kurorta çevrilən tarixi bir əmlak. Mülkiyyət 2013-cü ilə qədər 250 milyon dollar dəyərində idi. Tramp ayrıca 6,5 milyon dollar və 3 milyon dollar dəyərində iki qonşu xüsusi evə sahibdir.
- Seven Springs – Nyu York, Bedford yaxınlığında 13 otaqlı bir malikanəsi və 86 hektar sahəsi olan əmlak. Tramp 1995-ci ildə əmlak üçün 7,5 milyon dollar ödəyib.[26] Yerli brokerlər əmlakın dəyərini 2013-cü il tarixinə təxminən 40 milyon dollar olaraq təyin etdilər. Tramp ərazini qolf sahəsi etməklə və ya evlər tikməklə inkişaf etdirməyi planlaşdırırdı, lakin 2015-ci ildə bu planlarından imtina etdi.
- Beverly Hills – Tramp tərəfindən 2007-ci ildə 7 milyon dollara alınan[27] və 2013-cü ilədək 8,5 ilə 10 milyon dollar arasında qiymətləndirilən 5 otaqlı bir ev.
- Trump International Hotel Washington, D.C. – Tarixən Köhnə Poçt İdarəsi və Saat Qülləsi olaraq bilinən, Vaşinqtonda, Pensilvaniya Prospektində yerləşən bir mülkdür. Tramp konqlomeratı bu binanı 2016-cı ilin sentyabrında açılan lüks bir otel halına gətirdi.
Karusel
redaktəKonqlomerat Manhettendə, Sentral parkda yerləşən, atlı karuseli olan "Central Park Carousel"ini idarə edir. Tramp 2010-cu ildə atlı karuselin idarəsini öz öhdəsinə götürdü və buranı canlandıracağına söz verdi. Karusel illik fəaliyyətdən 589 min dollar gəlir əldə edir.[28] Konqlomeratın karuseli 2021-ci ilə qədər işlətməsinə dair müqaviləsi var.[29]
Buz meydançaları
redaktəKonqlomerat Sentral parkda yerləşən Uolmen və Lesker buz meydançaları idarə edir. 1986-cı ildə Tramp iqtisadi vəziyyəti pisləşən Uolmen buz meydançasını yenidən qurdu.[30] Trampa qazancı xeyriyyə qurumlarına vermək şərtiylə bir il müddətində istifadə etmək imtiyazı verildi.[31] 1987-ci ildə müqavilənin davam etdirilməsi barədə müqavilə bağlanıldı və müqavilənin bir hissəsi olaraq, konqlomerat həmçinin, Lesker buz meydançası üçün də imtiyaz əldə etdi. Onlar imtiyazları 1995-ci ilə qədər saxladılar. 2001-ci ildə meydançaların idarəetmə hüququnu qazandı. İllik fəaliyyətdən 8.7 milyon dollara yaxın gəlir əldə olunur. Müqavilə 2021-ci ilədək davam edəcək.[32]
Şərabçılıq
redaktəTrump Winery Virciniyada, "Trump Vineyard Estates"də yerləşən bir şərabxanadır. Dəyəri 5–25 milyon dollar arasında qiymətləndirilir. Şərabçılıq 2011-ci ilin aprelində Tramp tərəfindən alındı və rəsmi olaraq oktyabrda açıldı. Trampın oğlu Eric satınalmada ortaq idi.[33] Mülkü aldıqdan sonra Tramp idarəçiliyi oğluna təslim etdi.
Qolf meydançaları
redaktəKonqlomerat ABŞ, Şotlandiya, İrlandiya və Birləşmiş Ərəb Əmirliklərində 17 qolf sahəsinin sahibi və idarəçisidir.[34] 2015-ci ildən etibarən Tramp 18 ay ərzində ən azı 176 milyon dollarlıq gəlir siyahısı hazırladı.[35]
Birləşmiş Ştatlarda
redaktə- Trump Golf Links at Ferry Point, Bronx, New York (idarəçilik) – Nyu-Yorkda yerləşən bu qolf meydançasının idarəetməsi Tramp konqlomeratına məxsusdur.[36]
- Trump International Golf Club, West Palm Beach, Florida – Bu, Trampın ilk qolf sahəsidir.[37] 27 çuxurlu qolf sahəsi 40 milyon ABŞ dollarından artıq büdcə əsasında ərsəyə gəlmişdir.[38] Klub binası toy və digər işgüzar tədbirlərə ev sahibliyi edir. Müntəzəm üzv olmaq üçün məbləğ 2011-ci ildə 150 min dollar və illik üzvlük məbləği isə 25 min dollar olduğu açıqlanıb.[39]
- Trump National Doral Miami – 5 Qolf meydançası, 700 otel otağı, 1 spa mərkəzi, iclas məkanları və pərakəndə satış yerləri olan 320 hektarlıq kurort mərkəzi
- Trump National Golf Club, Bedminster, New Jersey – Tramp bu mülkü 2002-ci ildə 35 milyon dollardan az qiymətə aldı.[40] 36 qolf çuxurundan ibarətdir. İlk meydança 2004-cü ildə açıldı. Kluba üzvlük ən çox 300 min dollara başa gəlir.[41] Klub, həmçinin 2009-cu ilin oktyabrında Trampın qızı İvanka Trampın toyuna ev sahibliyi etdi.[42]
- Trump National Golf Club, Charlotte, North Carolina – Şimali Karolina ştatının Şarlot şəhərində yerləşən qolf meydançası
- Trump National Golf Club, Colts Neck, New Jersey – Nyu-Cersidə yerləşən qolf meydançası
- Trump National Golf Club, Hudson Valley, New York – Nyu-York ştatının Hudzon vadisi bölgəsində yerləşən qolf meydançası
- Trump National Golf Club, Jupiter, Florida – Florida ştatının Yupiter şəhərində yerləşən, 18 qolf çuxurlu özəl qolf klubudur. Tramp mülkü 2012-ci ildə 5 milyona almışdı.[43]
- Trump National Golf Club, Los Angeles – Kaliforniya ştatında yerləşən bu mülkü Tramp 2002-ci ildə 27 milyon dollara aldı.[44] Klub, Sakit okean mənzərəsi ilə tanınır. Ümumi dəyəri 264 milyon dollar olan qolf klubu indiyədək inşa edilən ən bahalı qolf klubu siyahısında idi.[45]
- Trump National Golf Club, Philadelphia – Nyu-Cersidə yerləşən, 18 çuxurlu özəl qolf klubudur. Tramp bu mülkü 2009-cu ildə aldı.[46] Klub binası 64 m hündürlükdə olan təpənin üstündədir.
- Trump National Golf Club, Washington, D.C. – 18 çuxurlu bir qolf sahəsidir. 2009-cu ildə Tramp mülkü 13 milyon dollara aldı.[47] Təmir işləri 2015-ci ilin iyun ayında tamamlandı. 2016-cı ildə Trampın maliyyə açıqlamaları mülkün 17,5 milyon dollar gəlir əldə etdiyini göstərdi. Hal-hazırda Erik Tramp klubu idarə edir.[48] Klub, 2017-ci ildə böyüklər arasında keçirilən PGA Çempionatına ev sahibliyi etdi.[49] Klubda, həmçinin üzgüçülük hovuzu, qapalı tennis mərkəzi və fitness mərkəzi var.
- Trump National Golf Club, Westchester, New York – Nyu-Yorkda yerləşən klubun 18 çuxuru var. Tramp bu əmlakı 1996-cı ildə aldı, yenidən inşa etdirdi və 2017-ci ildə Prezident olana qədər rəhbərlik etdi.[50]
Beynəlxalq
redaktə- Trump International Golf Club, Dubai – "Damac Properties" şirkətinə məxsus və Tramp konqlomeratı tərəfindən idarə olunan qolf sahəsidir.[51] 2017-ci ildə açılışı edilmişdir.
- Trump International Golf Links and Hotel Ireland – 2002-ci ildə açılan bu qolf klubunda 5 ulduzlu otel, spa mərkəzi, kotteclər və qəbul otaqları yerləşir.[52] 2017-ci ildə Prezident olduqdan sonra Tramp və qızı İvanka kompleksin rəhbərliyindən ayrıldılar, Erik və Donald (kiçik) isə idarəçiliyi davam etdirdilər.[53][54]
- Trump International Golf Links, Scotland – Şotlandiyada yerləşən bu mülkü Tramp 2006-cı ildə aldı. Klub 2012-ci ildə açıldı.
- Trump Turnberry – Şotlandiyanın cənub-qərbində yerləşən bu mülk qolf akademiyası, otel və bağ evlərindən ibarət qolf kurort mərkəzidir. Tramp 2014-cü ildə otel və qolf sahələrini 60 milyon dollara aldı və adını indikinə dəyişdirdi.[55] Hal-hazırda Erik və Donald (kiçik) əmlakı idarə edir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
- ↑ https://qz.com/461688/a-list-of-everything-donald-trump-runs-that-has-his-name-on-it/ Arxivləşdirilib 2022-08-26 at the Wayback Machine 22 iyul, 2015
- ↑ https://www.wsj.com/articles/donald-trump-is-frugal-with-his-cash-in-republican-presidential-race-1439335893 Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine 11 Avqust, 2015
- ↑ https://books.google.az/books?id=Ye6e_VxM00kC&pg=PA67&lpg=PA67&redir_esc=y#v=onepage Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine 1987
- ↑ https://www.nytimes.com/1959/06/29/archives/bid-made-to-start-warbasse-housing.html Arxivləşdirilib 2020-10-18 at the Wayback Machine New York Times. 29 iyun, 1959 tarixində dərc olunub.
- ↑ https://www.newspapers.com/clip/19890919/fred-c-trump-organization-advertisement/ Arxivləşdirilib 2020-09-15 at the Wayback Machine The Miami News. 8 Avqust 1969 tarixində dərc olunub.
- ↑ https://www.newspapers.com/image/?clipping_id=24271973&fcfToken=eyJhbGciOiJIUzI1NiIsInR5cCI6IkpXVCJ9.eyJmcmVlLXZpZXctaWQiOjM5MjQ1NTEyMSwiaWF0IjoxNjAzMzQ5NjcxLCJleHAiOjE2MDM0MzYwNzF9.M1_6Jmv1IUArIFkoa0Bqgycw8YIWlCV3SDwlKKLZDk4 Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine Daily News. 11 Fevral, 1961-ci il tarixində dərc olunub.
- ↑ https://www.nytimes.com/1966/09/22/archives/6-bikinied-beauties-attend-demolishing-of-coney-landmark.html Arxivləşdirilib 2021-02-18 at the Wayback Machine New York Times. 22 Sentyabr, 1966 tarixində dərc edilib.
- ↑ https://www.washingtonpost.com/archive/realestate/1981/06/06/new-york-joining-renovation-trend/7cb3abec-9619-4315-aeaa-4b929790092d/ Arxivləşdirilib 2018-05-09 at the Wayback Machine Washington Post. 6 İyun, 1981 tarixində dərc edilib.
- ↑ https://www.newspapers.com/clip/19918994/trumpery-frippery-finery/ Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine New York Daily News. 17 Fevral, 1983 tarixində dərc edilib.
- ↑ https://nypost.com/2016/02/07/how-donald-trump-helped-save-new-york-city/ Arxivləşdirilib 2018-05-09 at the Wayback Machine New York Post. 7Fevral, 2016
- ↑ https://www.nytimes.com/1984/05/15/nyregion/10th-and-largest-casino-opens-in-atlantic-city.html Arxivləşdirilib 2015-05-24 at the Wayback Machine New York Times. 15 May, 1984-cü il tarixində dərc edilib.
- ↑ https://infoweb.newsbank.com/resources/doc/nb/news/0EB299921518F61D?p=AWNB Arxivləşdirilib 2021-01-14 at the Wayback Machine Philadelphia Inquirer. 18 İyun, 1985 tarixində dərc edilib
- ↑ http://infoweb.newsbank.com/resources/doc/nb/news/0EAEA84E88B487F6?p=AWNB Arxivləşdirilib 2021-01-14 at the Wayback Machine Press of Atlantic City. 3 Aprel, 1990 tarixində dərc edilib
- ↑ "Arxivlənmiş surət". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ https://www.moneysense.ca/news/donald-trump-to-unveil-details-of-his-personal-fortune/ Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine MoneySense. 15 İyul, 2015
- ↑ https://books.google.az/books?id=Ye6e_VxM00kC&q=%22buying+out%22&redir_esc=y
- ↑ http://forbes.com/2006/09/20/trump-wealth-biz_06rich400_0921trump.html#27d6eefc4cc7 Arxivləşdirilib 2022-05-23 at the Wayback Machine. Yanvar, 2016
- ↑ https://www.nytimes.com/2017/08/12/style/trump-tower-famous-residents.html Arxivləşdirilib 2018-05-19 at the Wayback Machine. New York Times. May, 2018
- ↑ https://www.bloomberg.com/news/articles/2017-06-21/trump-s-net-worth-slips-to-2-9-billion-as-towers-underperform Arxivləşdirilib 2018-05-28 at the Wayback Machine. Bloomberg. May, 2018
- ↑ https://www.forbes.com/2006/09/20/trump-wealth-biz_06rich400_0921trump.html Arxivləşdirilib 2016-07-12 at the Wayback Machine Forbes. 21 Sentyabr 2006
- ↑ https://therealdeal.com/issues_articles/the-8-billion-dollar-man/ Arxivləşdirilib 2022-09-30 at the Wayback Machine 1 iyul, 2013
- ↑ https://www.forbes.com/2006/09/20/trump-wealth-biz_06rich400_0921trump.html Arxivləşdirilib 2016-07-12 at the Wayback Machine Forbes. 21 Sentyabr, 2006
- ↑ https://observer.com/2007/10/mystery-man-buys-33-m-trump-world-tower-duplex/ Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine 1 Oktyabr, 2007
- ↑ https://therealdeal.com/issues_articles/the-8-billion-dollar-man/ Arxivləşdirilib 2022-09-30 at the Wayback Machine The Real Deal. 1 İyul 2013
- ↑ https://eu.usatoday.com/story/news/nation-now/2017/04/25/seven-springs-trumps-ny-property-spared-spotlight-now/100905078/ Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine USA Today 25 Aprel 2017
- ↑ https://www.revealnews.org/article/a-small-time-scam-artist-gave-trump-a-beverly-hills-mansion-for-0-why/ Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine Center for Investigative Reporting. 12 April 2018
- ↑ https://www.nytimes.com/politics/first-draft/2015/07/22/f-e-c-releases-donald-trumps-financial-disclosure-statement/ Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine The New York Times.
- ↑ https://www.washingtonpost.com/news/politics/wp/2018/05/16/trump-has-earned-59-million-in-three-years-running-attractions-for-new-york-city/ Arxivləşdirilib 2018-05-21 at the Wayback Machine Washington Post. 16 may, 2018
- ↑ https://www.nytimes.com/2018/09/12/nyregion/trump-golf-links-ferry-point-central-park-carousel-ice-rink.html Arxivləşdirilib 2019-04-17 at the Wayback Machine The New York Times. 12 Sentyabr 2018
- ↑ https://www.nytimes.com/1986/06/07/nyregion/trump-to-rebuild-wollman-rink-at-the-city-s-expense-by-dec-15.html Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine The New York Times. 12 Sentyabr, 2018
- ↑ https://www.washingtonpost.com/news/politics/wp/2018/05/16/trump-has-earned-59-million-in-three-years-running-attractions-for-new-york-city/ Arxivləşdirilib 2018-05-21 at the Wayback Machine Washington Post. 16 May 2018
- ↑ http://www.winemag.com/Web-2013/2013-Rising-Star-of-the-Year-Eric-Trump/ Arxivləşdirilib 2013-11-16 at the Wayback Machine Wine Enthusiast Magazine. 17 Noyabr 2013
- ↑ https://money.cnn.com/2016/12/29/news/donald-trump-golf-courses/index.html Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine CNNMoney. 29 Dekabr 2016
- ↑ http://www.politico.com/story/2015/07/donald-trump-financial-disclosure-120472 Arxivləşdirilib 2016-01-17 at the Wayback Machine Politico. 22 İyul 2015
- ↑ https://www.washingtonpost.com/politics/trump-golf-course-in-the-bronx-lost-money-last-year-city-documents-show/2019/07/26/f36d03da-afa8-11e9-8e77-03b30bc29f64_story.html Arxivləşdirilib 2019-12-02 at the Wayback Machine The Washington Post. 26 iyul, 2019
- ↑ https://money.cnn.com/2016/12/29/news/donald-trump-golf-courses/ Arxivləşdirilib 2017-01-06 at the Wayback Machine CNN Money. 29 dekabr 2016
- ↑ http://www.trumpinternationalpalmbeaches.com/ Arxivləşdirilib 2017-10-04 at the Wayback Machine trumpinternationalpalmbeaches.com.
- ↑ http://nymag.com/daily/intelligencer/2012/03/donald-trump-tees-off-members-of-his-golf-club.html Arxivləşdirilib 2017-02-07 at the Wayback Machine New York. 6 mart, 2012
- ↑ https://www.nytimes.com/2002/09/22/realestate/postings-part-of-stalled-development-in-new-jersey-trump-buys-golf-course.html Arxivləşdirilib 2014-05-02 at the Wayback Machine The New York Times. 22 sentyabr 2002
- ↑ http://www.nj.com/news/index.ssf/2012/01/donald_trump_death_burial.html Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine The Star-Ledger. 30 yanvar 2012
- ↑ http://www.nj.com/news/local/index.ssf/2009/09/ivanka_trump_to_wed_at_dads_be.html Arxivləşdirilib 2013-04-04 at the Wayback Machine The Star-Ledger. 11 sentyabr 2009
- ↑ http://www.palmbeachpost.com/business/real-estate/donald-trump-buy-ritz-carlton-jupiter/9ssQuIuEStZDubR6X3lf9I/ Arxivləşdirilib 2019-09-01 at the Wayback Machine Palm Beach Post 15 noyabr 2012
- ↑ http://www.travelgolf.com/articles/trump-national-golf-club-los-angeles-california-11273.html travelgolf.com. 29 aprel 2010
- ↑ http://www.worldgolf.com/courses/usa/california/ranchopalosverdes/trump-national-golf-club.html Arxivləşdirilib 2011-09-03 at the Wayback Machine worldgolf.com.
- ↑ http://www.huffingtonpost.com/2009/12/25/donald-trump-buys-pine-hi_0_n_403456.html Arxivləşdirilib 2009-12-30 at the Wayback Machine 24 dekabr 2009
- ↑ https://www.nytimes.com/2017/05/26/business/trump-national-golf-club-pga.html Arxivləşdirilib 2017-05-27 at the Wayback Machine The New York Times. 27 may 2017
- ↑ https://www.nytimes.com/2017/05/26/business/trump-national-golf-club-pga.html Arxivləşdirilib 2017-05-27 at the Wayback Machine The New York Times.
- ↑ https://www.gcsaa.org/docs/default-source/tournament-fact-sheets/champions-tour/2017/kitchenaide-senior-pga-championship.pdf?sfvrsn=2 Arxivləşdirilib 2018-05-03 at the Wayback Machine GCSAA. May 2017
- ↑ https://www.documentcloud.org/documents/3867112-Trump-Financial-Disclosure-2017.html Arxivləşdirilib 2017-06-17 at the Wayback Machine 26 iyun 2017
- ↑ https://www.nytimes.com/2017/08/26/business/trump-golf-course-dubai.html Arxivləşdirilib 2018-05-15 at the Wayback Machine New York Times. 27 avqust, 2017
- ↑ "Arxivlənmiş surət". 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
- ↑ https://www.rte.ie/news/business/2017/0125/847644-trump-resigns-doonbeg/ Arxivləşdirilib 2020-09-06 at the Wayback Machine RTÉ. 25 Yanvar 2017.
- ↑ https://www.rte.ie/news/2017/0116/845190-trump-us-politics/ Arxivləşdirilib 2020-10-03 at the Wayback Machine RTÉ. 16 Yanvar 2017.
- ↑ https://www.telegraph.co.uk/sport/golf/10795159/Donald-Trumps-purchase-of-Turnberry-is-good-he-does-more-for-golf-than-snooty-members-at-male-only-venues.html Arxivləşdirilib 2015-09-17 at the Wayback Machine The Telegraph. 29 aprel, 2017