Tikal - Wikipedia
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir.
Tikal | |
---|---|
17°13′20″ şm. e. 89°37′25″ q. u.HGYO | |
Ölkə | Qvatemala |
Yerləşir | Peten departamenti |
Aidiyyatı | Mayya sivilizasiyası |
Tikilmə tarixi | e.ə. VII əsr |
Üslubu | Mayya memarlığı |
Vəziyyəti | stabil |
Rəsmi sayt | tikalpark.com |
Tipi | Mədəni |
Kriteriya | i,iii,iv,ix,x |
Təyin edilib | 1979 |
İstinad nöm. | 64 |
Dövlət | Qvatemala |
Region | Latın Amerikası və Kariblər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəTikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi.
B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilmişdi. 1979-cu ildən milli park UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.
Hollivudun Ulduz müharibələrinin çəkilişləri zamanı Tikalın xarabalıqları fon rəsmi kimi istifadə edilirdi. Tikal 2012-ci il fenomeni qeyd olunan ən mühüm yerlərdən biri olmuşdur. Lakin hakimiyyətin fikrincə bu bayramın nəticəsində abidəyə əhəmiyyətli dərəcədə ziyan dəymişdi[1]
Şəhər
redaktəŞəhərin ərazisi 60 km2-ə yaxındır. Şəhərdə yüzlərlə daş tikili vardır; ancaq onların az hissəsi qazılmışdı.
Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli ehram (platforma), üzərində isə məbəd yerləşir. Əvvəlki arxeoloqlar tərəfindən bu piramidalar nömrələnmişdi. Konstruksiyaların taxta elementləri dəmir ağacından düzəldilmişdi və məhz buna görə də, öz yaşına baxmayaraq qorunub saxlanılmışdı. I Məbəd 695-ci ildə, III Məbəd 810-cu ildə inşa edilmişdi. 72 metr hündürlüyündə olan və şəhərin ən böyük IV məbəd-piramidası 720-ci ildə, V Məbəd 750-ci ildə, VI Məbəd isə 766-cı ildə tikilmişdi. Digər tikililər sırasında şəhər hakimlərinin saraylarını, daha kiçik ölçüdə olan məbədləri, top oyunu məqsədilə tikilən sahəni (belə qədim top oyunu üçün tikilmiş stadionlar mayya şəhərləri üçün tipik idi — oyun çox güman ki, ritual xarakter daşıyırdı) qeyd etmək olar.
Tədqiqat
redaktəTikal xarabalıqları haqqda ilk məlumatlar XVII əsrə aid edilir. 1848-ci ildə şəhərin tədqiqatı məqsədilə ilk elmi ekspedisiya təşkil edilmişdi. XIX–XX əsrlərdə onların sayı bir neçə idi, barelyef və yazılardan şəkillər götürülmüşdü. 1951-ci ildə obyektə çıxışı asanlaşdırmaq üçün uçuş xətti inşa olunmuşdu. 1957–1970-ci illərdə Pennsilvaniya Universitetinin işçiləri tərəfindən çox böyük miqyasda iş görülmüşdü. 1979-cu ildə Qvatemala hökuməti Tikalda yeni arxeoloji proekt təşkil etdi və bu günə kimi arxeoloji qazıntı işləri davam etdirilir.
Qalereya
redaktəMəbədlər
redaktə-
I Məbəd
-
II Məbəd
-
III Məbəd
-
IV Məbəd
-
V Məbəd
-
VI Məbəd
Akropollar
redaktə-
Mərkəzi Akropol
-
Şimali Akropol
İstinadlar
redaktə- ↑ "Туристы отомстили храму майя за несостоявшийся конец света". 2012-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
Xarici keçidlər
redaktə- Vikianbarda Tikal ilə əlaqədar mediafayllar var
- Сайт MesoAmerica.ru | Города майя — Тикаль
- История города Тик’аль (Яшмутуль) царства Мутуль
- Тикаль — частица мира майя (Сведения о городе майя. Автор Е. Ю. Лыкова)
- "История царств майя" — Мутульское царство
- Фотографии 2004 года
- Tikal National Park Национальный парк Тик’аль (англ.)