Timerlan Huseynov - Wikipedia
Timerlan Hüseynov[2] (ukraynca: Тимерлан Рустамович Гусейнов, 24 yanvar 1968[1], Buynaksk, Dağıstan MSSR) — qumuq əsilli ukraynalı futbolçu. Hal-hazırda Ukraynanın futbol klubu olan FK Odessanın idman direktorudur. O, Ukrayna Premiyer Liqasında 1993–1994, 1995–1996-cı illər çempionatlarında müvafiq olaraq 18 və 20 qolla bombardir olmuşdur. Bu illərdə o, Çornomorets Odessa klubunda çıxış etmişdir. Ukrayna yığma komandasında isə 14 beynəlxalq oyuna çıxmış və 8 qol vurmuşdur.
Timerlan Hüseynov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Тимерлан Рустамович Гусейнов | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 24 yanvar 1968[1] (56 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.85 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Oyunçu karyerası
redaktəHüseynov Sovet İttifaqının Dağıstan bölgəsinin Buynaksk rayonunda anadan olmuşdur. Onun atası qumuq, anası isə ukraynalıdır. 1970-ci ildə ailəsi ilə birlikdə Ukrayna Sovet Sosialist Respublikasının Pervomaysk rayonuna köçmüşdürlər.
Hüseynov Ukraynanın futbol tarixində bir çox ilklərə və rekordlara sahibdir. O, Ukrayna futbol tarixində rəsmi oyunlarda 100 qol həddini aşan ilk futbolçudur. Həmçinin o, Ukrayna futbol tarixində ən çox fərqlənən oyunçulardan biridir. O, 215 premiyer liqa oyununda 85 qola imza atmışdır. Milli komandadan uzun müddət kənarda qalmasına və cəmi 14 oyun keçirməsinə baxmayaraq, 8 qolla milli komanda da ən çox fərqlənən 10 oyunçudan biridir (2012-ci ilin 31 yanvarı hesabı ilə).
Ümumilikdə, Timerlan Hüseynov peşəkar futbolçu karyerası boyunca 453 rəsmi futbol oynuna çıxmış və bu oyunlarda 159 dəfə fərqlənməyi bacarmışdır. Karyerasının ən parlaq dövrlərini isə Zarya Luqansk FK klubunda keçirmiş və bu klubun əfsanələrindən biri olmuşdur.
Məşqçi karyerası
redaktəOyunçu kimi futboldan uzaqlaşdıqdan sonra son oynadığı klub olan Siqnal komandasında məşqçiliyə başlamışdır. Bu klub Odessa klubu olmaqla birlikdə həvəskar liqada çıxış edirdi. 2004–2007-ci illərdə burada baş məşqçi kimi çalışarkən Hüseynov Odessa oblastı kubokunu qazanmışdır. 2007-ci ilin fevralında o, Odessa FK-nin baş məşqçisinin köməkçisi olmuşdur. 2008-ci ildə klubun adminstrativ sahəsinə keçmiş və klubun idman direktoru olmuşdur.[2] O, hələ də bu vəzifəsini icra etməyə davam edir.
Karyera statistikası
redaktəKlub
redaktəKlub | Mövsüm | Liqa | Kubok | Avropa | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | ||
Zarya Luqansk FK | 1985 | 28 | 9 | - | - | - | - | 28 | 9 |
1986 | 31 | 8 | 1 | 0 | - | - | 32 | 8 | |
MOİK Kiyev FK | 1987 | 6 | 2 | - | - | - | - | 6 | 2 |
MOİK Moskva FK | 1987 | 12 | 1 | - | - | - | - | 12 | 1 |
1988 | 1 | 0 | - | - | - | - | 1 | 0 | |
Zarya Luqansk FK | 1989 | 48 | 18 | - | - | - | - | 48 | 18 |
1990 | 36 | 12 | 1 | 0 | - | - | 37 | 12 | |
Metallurq Zaporojye FK | 1991 | 14 | 0 | - | - | - | - | 14 | 0 |
Zarya Luqansk FK | 1992 | 15 | 11 | 2 | 1 | - | - | 17 | 12 |
1992–93 | 27 | 8 | 4 | 1 | - | - | 31 | 9 | |
Çornomorets Odessa FK | 1993–1994 | 33 | 18 | 8 | 2 | - | - | 41 | 20 |
1994–1995 | 29 | 12 | 7 | 2 | 2 | 1 | 38 | 15 | |
1995–1996 | 33 | 20 | 1 | 0 | 5 | 1 | 39 | 21 | |
1996–1997 | 28 | 9 | 3 | 0 | 4 | 0 | 35 | 9 | |
1997–1998 | 27 | 6 | 5 | 2 | - | - | 32 | 8 | |
1998–1999 | 29 | 13 | - | - | - | - | 29 | 13 | |
1999–2000 | 23 | 1 | 1 | 0 | - | - | 24 | 1 | |
2000–2001 | 2 | 0 | - | - | - | - | 2 | 0 | |
Spartak Sumy FK | 2000–2001 | 15 | 3 | - | - | - | - | 15 | 3 |
2001–2002 | 16 | 8 | 2 | 0 | - | - | 18 | 8 | |
Karyera | Ümumi | 453 | 159 | 35 | 8 | 11 | 2 | 499 | 169 |
Yığma komanda
redaktə№ | Date | Venue | Opponent | Score | Result | Competition |
---|---|---|---|---|---|---|
1 | 13 noyabr 1994 | Respublika stadionu, Kiyev, Ukrayna | Estoniya | UEFA Avro 1996 (seçmə mərhələsi) | ||
2 | 26 aprel 1995 | Kadriorq stadionu , Tallin, Estoniya | Estoniya | UEFA Avro 1996 (seçmə mərhələsi) | ||
3 | 6 sentyabr 1995 | Zalgiris stadionu, Vilnüs, Litva | Litva | UEFA Avro 1996 (seçmə mərhələsi) | ||
4 | 6 sentyabr 1995 | Zalgiris stadionu, Vilnüs, Litva | Litva | UEFA Avro 1996 (seçmə mərhələsi) | ||
5 | 11 oktyabr 1995 | Beziqrad stadionu, Lyublyana, Sloveniya | Sloveniya | UEFA Avro 1996 (seçmə mərhələsi) | ||
6 | 9 aprel 1996 | Respublika stadionu, Kişinyov, Moldova | Yoldaşlıq oyunu | |||
7 | 9 aprel 1996 | Respublika stadionu, Kişinyov, Moldova | Yoldaşlıq oyunu | |||
8 | 1 may 1996 | Samsun 19 may stadionu, Samsun, Türkiyə | Türkiyə | Yoldaşlıq oyunu |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Tymerlan Guseynov // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Спортивный директор ФК "Днестр" — Тимерлан Рустамович Гусейнов (rus). Dniester Official website. 13 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 March 2009.
Xarici keçidlər
redaktə- Timerlan Hüseynov — "FootballFacts.ru" saytında. (rus.)
- Khokhlyuk, V. Huseynov Tymerlan Rustamovych (Гусейнов Тимерлан Рустамович). Luhansk Our Football.