Tobira Pittosporumu - Wikipedia
Tobira pittosporumu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tobira pittosporumu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması:
redaktəTəbii halda Yaponiyada geniş yayılmışdır.
Botaniki təsviri:
redaktəHündürlüyü 3-9 m-ə çatan, sıx çətirli koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, tərs yumurtavari, uc tərəfdən enli-dairəvi, qaidəsinə doğru daralmış, dərivari, çılpaqdır, kənarları daxilə əyilmiş, dalğalıdır. Yarpaqları qısa saplaq üzərində yerləşir, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən ağımtıl-yaşıl rəngdə olub, sıx halda cavan budaqların uclarına toplanmışdır. May ayının ikinci yarısında çiçəkləyir, 8-9 mm diametri olan ağ rəngli, ətirli çiçəkləri budaqların uclarındakı qalxancıqlarda yerləşmişdir. Ləçəkləri ətlidir. Meyvəsi qutucuq, budaqlı, sıx tüklü, 4 oxlu olub, 12 mm uzunluqdadır. Abşeron şəraitində kütləvi çiçəkləyir və toxum əmələ gətirir. Toxumlarla və yarımoduncaqlaşmış zoğlardan götürülmüş qələm vasitəsi ilə çoxaldılır.
Ekologiyası:
redaktəYay dövründə 16-180C temperaturda qumdan hazırlanmış substratda yaxşı kök atır. Rütubətli və yarımkölgəli yerləri sevir. Şaxtada (-7-90C) cavan zoğları donur. Torpağa tələbkar deyildir. Əhəngli və eləcə də şoran torpaqlarda normal böyüyüb inkişaf edir. İşıqlı sahələrdə yaxşı bitir, lakin cavan yaşlarında düz düşən günəş şüalarından kölgələnməlidir.
Azərbaycanda yayılması:
redaktəBakının yaşıllıqlarında təsadüf edilir.
İstifadəsi:
redaktəBallı bitkidir. İl ərzində, xüsusilə yayda çox dekorativ görünür.
İstinadlar
redaktəAzərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov
Məlumat mənbələri
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
redaktə- Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh