Tofiq Alxazov - Wikipedia
Tofiq Həsən oğlu Alxazov (27 sentyabr 1932, Bakı, Azərbaycan SSR, SSRİ – 2020) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1969), professor (1971), AMEA-nın müxbir üzvü (1989).[1]
Tofiq Alxazov | |
---|---|
Doğum tarixi | 27 sentyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 2020 |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Təhsili |
Həyatı
redaktəTofiq Alxazov 27 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinu Mühəndis texnoloq ixtisası üzrə bitirib.[1]
Elmi fəaliyyəti
redaktəTofiq Alxazov 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. O, fiziki kimya ixtisası üzrə professordur. 1989-cu ildə AMEA-nın (əsas kimyəvi kinetika və kataliz) müxbir üzvü seçilib.[1]
İlk təcrübədə alkilaromatik karbohidrogenlərin [2] oksidləşmə yolu ilə dehidrogenləşmə prosesinin yerinə yetirmə mümkünlüyü göstərilmişdir, bərk oksid katalizatorlar üzərində sıxlaşma məhsullarının əmələ gəlməsi prosesində oksigenin rolu göstərilmişdir, hidrogen-sulfidin elementar kükürdə qədər oksidləşməsi üçün dünyada ən yaxşı yüksək selektiv katalizatorları işlənmişdir.[3]
Tofiq Alxazovun rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb.[1]
Kimyaçı alimin rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafizə olunub. Tofiq Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub.[1]
Əsas elmi əsərlərin adları
redaktə- Алхазов Т.Г., Лисовский А.Е. Окислительное дегидрирование углеводородов. М., Химия, 1980. 238 с.
- Алхазов Т.Г., Марголис Л.Я. Глубокое каталитическое окисление органических веществ. М., Химия, 1985. 186 с.
- Алхазов Т.Г., Марголис Л.Я. Высокоселективные катализаторы окисления углеводородов. М., Химия, 1988. 190 с.
- Алхазов Т.Г. Организация научно-исследовательской работы в Азербайджанском институте нефти и химии им. М.Азизбекова. М, 1974. 18 с.
- Алхазов Т.Г., Амиргулян Н.С. Сернистые соединения природных газов и нефти. М., Недра , 1989. 151 с.
- Алхазов Т.Г., Мейсснер Р.Е. Катализаторы и процесс селективного окисления сероводорода в элементарную серу. Патент США 5603913, 18.02.97 г.
- Алхазов Т.Г., Мейсснер Р.Е. Процесс селективного окисления сероводорода в элементарную серу. Патент США 5891415, 06.04.99 г.
Əmək fəaliyyəti
redaktəTofiq Alxazov 1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri vəzifəsində çalışıb. 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti oloan Alxazov 1970-1998-ci illərdə həmin kafedranın müdiri vəzifəsini icra edib. Alim 1970-1978-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsini icra edib. Tofiq Alxazov uzun müddət ABŞ-nin Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərib.[1]
Vəfatı
redaktəTofiq Alxazov 88 yaşında vəfat edib.[1]
Mükafatları
redaktəTofiq Alxazov elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub, apardığı elmi işlərin nəticələri Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına layiq görülüb.[1]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Alxazov Tofiq Həsən oğlu". 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
- ↑ Алхазов Т. Г., Марголис Л. Я. Высокоселективные катализаторы окисления углеводородов. — М., Химия, 1988. — 190 с.
- ↑ Алхазов Т. Г. , Мейсснер Р. Е. Процесс селективного окисления сероводорода в элементарную серу. Патент США 5891415, 06.04.99 г.