Tofiq Huseynli - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri.
Tofiq Hüseynli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1952 |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Həyatı
redaktə1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib.
Siyasi fəaliyyəti
redaktə1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı ildə Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir.
Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur.
1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib.
1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
1993-cü ilin iyun ayında Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub
25 mart 1994-cü ildə həbs olunmuşdur. 18 yanvar 1995-ci ildə azadlığa buraxılmışdır.
Həbsdən çıxdıqdan sonra Müsavat Partiyasına üzv olmuşdur. Müxtəlif dövrlərdə partiyanın Məclis, Divan üzvü və Başqan müşaviri vəzifələrində çalışmışdır. 15 oktyabr 2014-cü il tarixində, Müsavat Partiyası başqanlıq seçkilərinin ardından Tofiq Hüseynlinin də daxil olduğu Müsavat Partiyası Tovuz Rayon Təşkilatı tam tərkibdə partiyadan istefa vermişdir.[1]
İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-19.
- ↑ "Bir neçə ay nazir olan "Qara Tofiq" necə həbsə düşdü? - UNUDULAN MƏMURLAR". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-25.