Tofiq Heyderov - Wikipedia
Tofiq Heydərov (16 iyul 1972, Lənkəran) — Azərbaycanı təmsil edən ağır atlet, "AAAF İnşaat MMC"-nin təsisçisi, "Zirvə" Beynəlxalq İdman Klunun prezidentidir.[1]
Tofiq Heydərov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Tofiq Mirhəsən oğlu Heydərov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Boyu | 164 sm. |
İdman növü | Ağır atlet |
Karyera illəri | 1980—2001 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTofiq Mirhəsən oğlu Heydərov 1972-ci il iyulun 16-da Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Lənkəran şəhərində əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ idman ustası adını alıb. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman Komitəsinin sədri təyin edilib.
Ailəlidir, beş qızı var.
Karyerası
redaktəTofiq Heydərov 1990-cı ildə yeniyetmələrdən ibarət SSRİ yığmasının heyətində Macarıstanın Sezsard şəhərində baş tutan Dostluq Oyunlarında mübarizə apardı və üç qızıl medala sahib olub.
Tofiq Heydərov 1992-ci ildə müstəqil Azərbaycanı İranın Təbriz şəhərində baş tutan Asiya Çempionatında təmsil edib. 1996-cı ildə isə o, Norveçin Stavanger şəhərində baş tutan Avropa Çempionatında beşinci pillənin sahibi olub və olimpiya lisenziyası əldə edib.
Tofiq Heydərov Azərbaycanı 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Tofiq Heydərov birdən qaldırma mərhələsində birinci cəhdində 150.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi.[2] Növbəti cəhdində 160.0 kiloqramlıq ştanqı qaldırmağa çalışsa da, bu cəhdi uğursuz oldu.[2] Sonuncu cəhdində isə Tofiq Heydərov 162.5 kiloqramlıq ştanq sifariş verdi və bu səfər də ştanqın öhdəsindən gələ bilmədi.[2] Bununla da Tofiq Heydərov birdən qaldırmada 150.0 kq nəticə göstərdi.[2] Təkanla qaldırmada onun birinci sifarişi 180.0 kiloqramlıq ştanq oldu.[2] Həmin ştanqın öhdəsindən gələn Tofiq Heydərov, növbəti cəhdində 190.0 kiloqramlıq ştanq sifariş verdi.[2] Bu səfər onun cəhdi uğursuz oldu.[2] Sonuncu cəhdində də həmin ştanqın öhdəsindən gələ bilməyən Tofiq Heydərov, təkanla qaldırmada 180.0 kq nəticə göstərdi.[2] Bununla da Tofiq Heydərov ümumi nəticədə 330.0 kq nəticə göstərdi və 20 idmançı sırasında 11-ci pillənin sahibi oldu.[2]
Dəfələrlə Azərbaycan Çempionatının qalibi olan Tofiq Heydərov 2001-ci ildə idmala vidalaşdı.
İdmandan sonra
redaktəTofiq Heydərov 2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edilib. 2011-ci ildə öz xahişi ilə vəzifəsindən istefa verib.
2001-ci ildə "AAAF İnşaat MMC"-ni təsis edib. 2006-cı ilin noyabrında rəsmi fəaliyyətə başlayan "Zirvə" İdman Klubunun təsisçisi və prezidentidir.
Nəticələri
redaktə1994 | Dünya Çempionatı | Türkiyə | 142.5 | 150.0 | 150.0 | 175.0 | 175.0 | 325.0 | ||||
1996 | Avropa Çempionatı | Norveç | 145.0 | 152.5 | 152.5 | 182.5 | 182.5 | 335.0 | ||||
Olimpiya Oyunları | ABŞ | 150.0 | 150.0 | 180.0 | 180.0 | 330.0 | ||||||
1997 | Avropa Çempionatı | Xorvatiya | ||||||||||
1998 | Avropa Çempionatı | Almaniya | 157.5 | 157.5 | 185.0 | 192.5 | 197.5 | 197.5 | 350.0 | |||
Dünya Çempionatı | Finlandiya | 155.0 | 155.0 | 185.0 | 185.0 | 340.0 | ||||||
1999 | Avropa Çempionatı | İspaniya | 150.0 | 150.0 | ||||||||
2001 | Dünya Çempionatı | Türkiyə | 150.0 | 155.0 | 160.0 | 160.0 | 180.0 | 190.0 | 190.0 | 340.0 |
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Tofiq HEYDƏROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Olympedia.org. "1996 Summer Olympics / Weightlifting / Light-Heavyweight (83 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.