Tolik - Wikipedia
Bu məqalə azərbaycanlı prodüser və aparıcı haqqındadır. Azərbaycanlı diplomat üçün Tarik Əliyev səhifəsinə baxın. |
Tarix Əliyev (tam adı ilə: Tarix Tahir oğlu Əliyev; d. 6 iyun 1979, Bakı) və ya bilinən ləqəbi ilə Tolik — Azərbaycanlı prodüser[1][2], təşkilatçı, televiziya aparıcısı.
Tolik | |
---|---|
Tarix Tahir oğlu Əliyev | |
Ləqəbi | Tolik |
Doğum tarixi | 6 iyun 1979 (45 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | musiqi prodüseri, prodüser, aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 2007-ci ildən |
Partiyası | |
tarixaliyev.az |
Həyatı
redaktəTarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub.[3]
Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir.
1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir.
Bir dəfə[3], 1998-ci ildə[4] ailəli olub[5], 1 il sonra isə boşanıb.[6]
2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporunın təşkil etdiyi tədbirlərdə iştirak edib.
2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür.[3]
Karyerası
redaktəTolik ləqəbi ilə tanınan Tarix Əliyev ilk olaraq azərbaycanlı müğənni, Azərbaycanın xalq artistı Röya Ayxanla əməkdaşlıq edib.[7][8][9] Röya ilə çalışdığı müddət ərzində Röyanın Bakıda "Şəfa" stadionunda[10], Dənizkənarı Milli Park — Bulvarda, Heydər Əliyev adına Sarayda, Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində konsertlərini təşkil edib. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıblar.[3]
Bundan sonra azərbaycanlı tanınmış müğənni Rəqsanə İsmayılova ilə bir çox layihələr təşkil edir və məhz Rəqsanənin məşhurlaşmasında Tolikin çox böyük rolu olub.[3]
Daha sonra Sevda Yəhyayeva[11][12], Sevil-Sevinc Səfərova bacıları[13], Natavan Həbibi[14][15][16], İlhamə Quliyeva[17] və başqa bir çox Azərbaycan müğənniləri ilə bir çox layihələr həyata keçirib.[18] S. Yəhyayevanın Yaşıl Teatrdakı, Elton Hüseynəliyev və S. Yəhyayevanın H. Əliyev sarayındakı konsertlərinin təşkilatçısı olub.[3]
Fasilələrlə Azərbaycanın xalq artisti Aygün Kazımova ilə çalışıb. A. Kazımova ilə də bir çox layihəyə imza atıb.[19] Belə ki, xalq artistinin Tofiq Bəhramov adına Respublika Stadionundakı konsertinin təşkilatçısı olub.[20]
Hal-hazırda Elton Hüseynəliyev ilə çalışır.[3]
2010-cu ilin mayında "Maşın" realiti şousunun "Lider" telekanalında yayımlanmış "Transformer" adlandırılan 10-cu "sürəti"ndə iştirak edib.[21]
2013-cü ildə Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun baş assambleyasının beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016 — Avropa Gənclər Şəhəri" seçilib. Bu tədbirin açılış konserti ilə bədii hissənin təşkilatçısı və prodüserlik vəzifəsini icra edib.[22][23][24]
2017-ci ildə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulunun Azərbaycan və Qazaxıstan dövlətlərarası diplomatik əlaqələr münasibətilə təşkil etdiyi konsertin təşkilatçısı olub və həmin konserti təşkilinə görə fəxri diploma layiq görülüb.
2017-ci ildə Gəncə şəhərinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert aparan artist kimi fəaliyyət göstərib.[22][23][24][25]
Gəncədə Heydər Əliyevin doğum günü münasibətilə baş tutmuş konsertin təşkilatçısı olub. Həmin konsertdə Türkiyənin tanınmış müğənniləri Fərhad Köçər, Mustafa Ceceli və Hadisə çıxış edib.[22][23][24]
Müxtəlif vaxtlarda Gəncədə bir çox konsertlərin təşkilatçısı olub. Təşkil olunan həmin konsertlərin fəxri qonaqları tanınmış rumın müğənni Aleksandra Stan və b. olub.[22][23][24]
2017-ci ildə Lider TV-də yayımlanan "Bu bizik, Toliklə" musiqili proqramının layihə rəhbəri və aparıcısı olub.[26][27][28][29] 2018-ci ilin yanvar ayından Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verlişinin layihə rəhbəri[30][31] və aparıcısıdır.[32][33][34][35]
6 fevral 2019-cu ildən Tarix Aliyev adlı rəsmi YouTube kanalı vasitəsilə yayımlanan “Tarix Əliyev ilə Səmimi” verilişinin[36] layihə rəhbəri və aparıcısıdır. 2020-ci ilin mart ayında canlı efirdə müğənni Mətanət Əsədova və bəstəkar-müğənni Elza Seyidcahan arasında mübahisə nəticəsində, Xəzər TV-nin rəhbəri Murad Dadaşov Tarix Əliyevin aparıcılıq etdiyi "Hər Şey Daxil" proqramının bağlanması əmrini vermişdir.[37] Daha sonra Tarix Əliyev 21 dekabr 2020-ci ildə Dalğa TV-də "Günə bir şou" adlı programında aparıcılıq etməyə başlamışdır.[38]
2021-ci ildən MTV-də işləyir. 2022-ci ildən “Ümid ilə gəl”[39][40], hazırda isə “Tarixin bir günü” verilişinin aparıcısıdır.[41]
Təşkil etdiyi konsertlər
redaktəMənbə[42]
- Dənizkənarı Milli Park (Röya)
- Şəfa stadionu (Röya)
- Tofiq Bəhramov stadionu (Aygün Kazımova)
- Nabran (Aygün Kazımova)
- Yaşıl Teatr (Sevda Yəhyayeva)
- Heydər Əliyev adına Saray (Sevda Yəhyayeva, Elton Hüseynəliyev)
- Gəncə Konserti (Aygün, Fərhad Köçər)
- Gəncə Konserti (Hadisə, Mustafa Ceceli)
Mükafatları
redaktə- 2007 — Azərbaycan diasporu — Novosibirsk şəhərində təşkil etdiyi konsertə görə — fəxri diplom
- 2009 — "Qrand Müstəqil Milli-İctimai Mükafatı" — "İlin Prodüseri"
- 2010 — "Qrand Müstəqil Milli-İctimai Mükafatı" — "İlin Prodüseri"
- 2011 — "Zümrüd M" prodüser mərkəzi — "2011-ci ilin Fəxri prodüseri"[43][44]
- 2011 — "Zirvədəkilər — 2011"[45]
- 2011 — "Qrand Müstəqil Milli-İctimai Mükafatı" — "İlin Prodüseri"[46]
- 2011 — "Məlahətli Ana" — "Xeyriyyəçilik fəaliyyətinə görə"[47]
- 2012 — "Star-2012" — "İlin Peşəkar Prodüseri"
- 2012 — "Qrand Müstəqil Milli-İctimai Mükafatı" — "İlin Prodüseri"
- 2013 — "İlin Favoriti" — "İlin Peşəkar Prodüseri"
- 2013 — "Star-2013" — "İlin Peşəkar Prodüseri"
- 2013 — "Yaxşıların Yaxşısı 2013" — "İlin Ən İşgüzar Prodüseri"[48][49]
- 2014 — "Məlahətli Ana" — "Xeyriyyəçilik fəaliyyətinə görə"
- 2014 — "N saylı Hərbi Hissə" — "Hərbi Hissənin Şəxsi Heyətinə Konsert Proqramı Təşkil Etdiyi Üçün Fərman"
- 2014 — "The Best Of Star" — "İlin Peşəkar Təşkilatçısı"
- 2014 — "Yeni Azərbaycan Partiyası" — "Fəal Partiya Üzvü"
- 2014 — "Qafqaz Media İB" — "İlin Ən Yaxşı Prodüseri"
- 2014 — "The Best Of Star" — "İlin Peşəkar Podüseri"
- 2014 — "YAP Gənclər Birliyi" — "Fəxri Fərman"
- 2016 — The Academy Awards — "İlin prodüseri"[50]
- 2016 — Dağıstan Respublikasının "əməkdar mədəniyyət işçisi" fəxri adı
- 2016 — Zirvə Ziyalılar Təşkilatı — "Azərbaycan Best Awards" (ABA) — "Best prodüser"[51]
- 2017 — "E Media Group" — "Milli Mətbuatın 142 illiyi"[52]: "Best Of The Best" — İlin ən yaxşı prodüseri
- 2017 — Azerbaijan’s Best Awards[53] – Best Popular Producer
- 2019 — III Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatı[54] — İlin ən yaxşı reytinqli səhər verilişi[55][56]
- 2021 — “News Time & News Turk” tərəfindən “İlin xeyirsevər insanı”.
- 2023 — Azərbaycan Qadınları Respublika Cəmiyyəti İB tərəfindən sosial problemli ailələrə və məişət zorakılığna məruz qalan qadın və uşaqlara göstərdiyi maddi və mənəvi dəstəyə görə MTV-də yayımlanan “Ümid ilə gəl” layihəsinin müəllifi və aparıcı olaraq fəxri diplom.
- 2023 — Türkiyə Yerli Mətbuat Birliyi tərəfindən müvəffəqiyyət mükafatı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ ""Bu da prodüserlər arasında bir ilkdir" - Tolik" ( (az.)). axsam.az. 2015-08-18. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ ""Toliklə işləyən müğənnilər həmişə 1 addım öndə olur"- Prodüser Nurlan Süleymanov". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
- ↑ 1 2 3 4 5 6 7 "Haqqında" ( (az.)). aliyevtarix.com. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Tolikin 14 il əvvəlki toyu (Video)" ( (az.)). big.az. 2013-01-08. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Tolikin toy videosu üzə çıxdı – Video" ( (az.)). qafqazinfo.az. 2013-01-07. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Bu da Tolikin toyu" ( (az.)). lent.az. 2013-01-07. 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Трагически скончался самый любимый 17-летний фанат Ройи Айхан (видео, фотосессия)". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Ройа Айхан готовится к турецкой свадьбе (фотосессия)". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "В семье Ройи Айхан траур". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ ""Arzusu ürəyində qaldı" - Tolik Röyanın keçmişindən danışdı - FOTO" ( (az.)). baku.ws. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Сафура, Севда Яхъяева, группа "Кристалл" и другие шоу-звезды помогли детям подготовиться к школе (фотосессия)". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Только любовь облегчает воспитание доброй души - Севда Яхъяева". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Сестры – близнецы Севиндж и Севиль рассказали о незабываемом отдыхе в Египте (ФОТО)". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ "Певцы-неудачники считают меня помехой на пути своего продвижения - певица Натаван Хабиби". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Число 13 и непогода...Натаван Хабиби даст концерт в Набрани". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Владелец клуба "Хромая лошадь" оказался родственником DJ Smash". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Я намерен привести невесту в дом своего отца – продюсер Мистер Толик (фотосессия)". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ Lamiyə Balacayeva. "Tolik: "Mən xoşbəxt olmaq üçün bir qızı bədbəxt edə bilmərəm" - fotolar" ( (az.)). muz-tv.az. 2017-04-22. 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Aygün Kazımova Ceyhun Vəliyevlə ilkə imza atdı - FOTO" ( (az.)). hafta.az. 2015-06-15. İstifadə tarixi: 2019-06-14.[ölü keçid]
- ↑ "Tolik Aygün Kazımova haqda maraqlı faktlar açıqladı" ( (az.)). milli.az. 2013-02-01. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Закулисные игры в реалити-шоу "Машын. Трансформер" устами мистера Толика (фотосессия)". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ 1 2 3 4 İman. "Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)" ( (az.)). baku.ws. 2017-11-24. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ 1 2 3 4 "Tolikə vəzifə verildi" ( (az.)). primetime.az. 2017-11-24. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ 1 2 3 4 "Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)" ( (az.)). qaynarinfo.az. 2017-11-24. 2020-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Я стал первым продюсером…! Тарих Алиев прокомментировал назначение в Гянджинскую филармонию (ФОТО)". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ ""Bu bizik, Toliklə" verilişinin yayımı niyə dayandırlıb?" ( (az.)). axsam.az. 2017-06-21. İstifadə tarixi: 2019-06-14.
- ↑ Bu Bizik Tolikle. "Bu Bizik Toliklə - Tezliklə (Anons) #BuBizikTolikle" ( (az.)). youtube.com. 2017-04-13. İstifadə tarixi: 2019-06-14.
- ↑ Teymur Məmmədov. "Brilliant Dadaşova: "Eşşəkdən düşüb "Audi" minəndə…"" ( (az.)). primetime.az. 2017-12-19. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ Pərviz Hüseyn. "Tolikin "Lider" TV-dəki verilişi bağlanıb? – AÇIQLAMA" ( (az.)). publika.az. 2017-08-18. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Тарих Алиев стал руководителем проекта "Всю включено"". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ "Tolikə "Xəzər"də vəzifə verildi" ( (az.)). primetime.az. 2018-01-17. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Türk programlarına Azerbaycan'dan ilgi" ( (türk.)). milliyet.com.tr. 2019-04-18. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Her Şey Dahil... FORMATI AZERBAYCAN'DA!." ( (türk.)). magazinkolik.com. 2019-04-17. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ "Türk programlarına Azerbaycan'dan rağbet" ( (türk.)). bursabakis.com. 2019-04-17. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ "Azerbaycanlılar Türk programlarını izliyor" ( (türk.)). medyapenceresi.com. 2019-04-17. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ "Ayan GİLEYLƏNDİ: "Qadın kimi xoşbəxt deyiləm"" ( (az.)). lent.az. 2019-06-28. 2019-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
- ↑ ""Xəzər TV" təsdiqlədi: Tolikin verilişi bağlandı (YENİLƏNİB)". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
- ↑ "Tolik efirə qayıtdı: Yeni verilişi başlayır". 2021-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
- ↑ ""Muz TV Azərbaycan"a xəbərdarlıq edilib". Apa.az (az.). İstifadə tarixi: 2024-09-05.
- ↑ "MTV-yə xəbərdarlıq Tolikin bu sözlərinə görə edilib - VİDEO". Pravda.az. İstifadə tarixi: 2024-09-05.
- ↑ Muztv.az. "Tarixin bir günü - Buraxılışlar - Muz TV". www.muz-tv.az (az.). İstifadə tarixi: 2024-09-05.
- ↑ "Təşkil etdiyi konsertlər" ( (az.)). aliyevtarix.com. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ "Jurnalistlər Tarix Əliyevi 2011-ci ilin fəxri prodüseri seçdilər (FOTO)". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ 2019-cu ildə Avand Groupun təşkil etdiyi Azərbaycan Gənclik ödülləri mükafatının sahibi.
- ↑ "В Баку состоялась церемония награждения представителей культуры, шоу-бомонда, стилистов и моделей (фотосессия)". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ "В Баку состоялась церемония награждения "Grand" - звезды на красной дорожке (фотосессия)". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ "Азербайджанские звезды помогут неимущим детям подготовиться к школе". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ Aytən Sadıqzadə. ""Yaxşıların yaxşısı - 2013" kimlərdir? - Foto" ( (az.)). oxu.az. 2013-12-24. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ Yalçın Uğur. "2013-ci ilin ən yaxşıları mükafatlandırıldı" ( (az.)). lent.az. 2013-12-24. 2019-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ "Azərbaycanda ilin ən yaxşıları seçildi - Fotolar". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ "İlin ən yaxşıları seçildi - SİYAHI + FOTO" ( (az.)). oxu.az. 2016-12-24. 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ ""Milli Mətbuat"ın 142 illiyi münasibətilə mükafatlandırma mərasimi keçirildi" ( (az.)). Muz TV. 2017-07-21. 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
- ↑ "В Баку выбрали лучших из лучших: Azerbaijan Best Awards 2017". Sputnik İA (rus). 2018-01-24. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- ↑ "Türkiye-Azerbaycan Kardeşlik Ödülleri sahiplerini buldu" ( (türk.)). Haber Global. 2019-11-16. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
- ↑ "3.Türkiye & Azerbaycan Kardeşlik Ödülleri Sahiplerini Buldu" ( (türk.)). yenicaggazetesi.com.tr. 2019-11-16. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
- ↑ "Ünlü Sunucu TARİX ALİYEV Türkiye'de Ödül İle Taçlandırıldı" ( (türk.)). 10fashionmagazine.com. 2019-11-18. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
Xarici keçidlər
redaktə- tarixaliyev.az — Rəsmi saytı
- Tolik — Facebook səhifəsi
- Tolik — Instagram səhifəsi
- Tolik — Telegram səhifəsi
- Tolik kanalı — YouTube platformasında
- Sabiq rəsmi saytları (arxivləşdirilmiş versiya): tarixaliyev.com; aliyevtarix.com