Tomarli - Wikipedia
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd.
Kənd | |
Tomarlı | |
---|---|
azərb. Vanaza türk. Tomarlı | |
40°50′52″ şm. e. 43°24′20″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
İl | [[Qars]] |
İlçə | [[Arpaçay]] |
Muxtar | Ferut İlqar |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Vanaza |
Mərkəzin hündürlüyü | 1 750 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 721[1] nəfər (2016) |
Milli tərkibi | Azərbaycanlılar |
Dini tərkibi | İslam |
Rəsmi dili | Türk dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 474 |
Poçt indeksi | 36732 |
Nəqliyyat kodu | 36 |
Digər | |
kars.tomarli.koyu.com.tr (türk.) | |
Tarixi
redaktəKəndin keçmiş adı Vanazadır (erm. Վանազա).[2] 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır.
Coğrafiyası
redaktəKənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir.
Əhalisi
redaktə31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.[1]
İllərə görə əhalinin sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1886[3] | 1914[4] | 1965[5] | 1970[6] | 1975 | 1980 | 1985 | 1990 | 2000[7] | |
383 | ▲450 | ▲1.415 | ▲1.499 | ▲1.538 | ▲1.700 | ▲1.788 | ▼1.471 | ▼1.220 | |
2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] | |
▼872 | ▼860 | ▲886 | ▼871 | ▼836 | ▼813 | ▼781 | ▼756 | ▼743 | |
2016[1] | |||||||||
▼721 |
Etnik tərkibi
redaktə1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Vanaza kəndində 383 nəfər əhali yaşayırdı, onlardan 342 nəfərini və ya 89.3 %-ni türklər, 41 nəfərini və ya 10.7 %-ni isə kürdlər təşkil edirdi.[3] 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik qarapapaqlardan ibarət hər iki cinsdən toplam 450 nəfər əhali yaşayırdı.[4] Qeyri-rəsmi məlumatlara əsasən hazırda kəndin əhalisi azərbaycanlıların subetnik qrupu olan qarapapaqlardan ibarətdir.[17][18][19]
Nəsillər
redaktə- İlqarlı — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Kosalı kəndindən köçüb bura yerləşmişdirlər.
- Oruclu — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Aşağı Kəpənəkçi kəndindən köçüb bura yerləşmişdirlər.
- Gülər — Gürcüstanın Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsinin Faxralı kəndindən köçüb bura yerləşmişdirlər.
- Qazaxlı — Gürcüstanın Aşağı Kartli mxaresinin Dmanisi bələdiyyəsinin Gəyliyən kəndindən köçüb bura yerləşmişdirlər.
- Bəkdaşlı — tarixi Naxçıvan qəzasından köçüb burada məskunlaşmışdırlar.
- Həşimli — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Qaracalar kəndindən köçüb bura yerləşmişdirlər.
- Qızılqaya
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Kars ili yerleşim yeri nüfusları - 2016 (Türkiye İstatistik Kurumu)
- ↑ İçişleri Bakanlığı, 1982. Köylerimiz 1981. İçişleri Bakanlığı Yay. No: 327, Seri: 3, Sayı:2, Ankara
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Зарушадский участок (1886 г.) Arxivləşdirilib 2015-01-18 at the Wayback Machine
- ↑ 1 2 "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 103
- ↑ Türkiye İstatistik Kurumu: İstatistikler: Nüfus, Demografi, Konut, Toplumsal Yapı: Nüfus İstatistikleri ve Projeksiyonlar: Veri: Veritabanlarında Dinamik Sorgulama ve İstatistiksel Tablolar: Dinamik Sorgulama: Genel Nüfus Sayımları: 1965 Genel Nüfus Sayımı: İdari Bölünüş: İdari Birim: Tüm idari birimler (Şehir, belde ve köyler): Kars[ölü keçid]. İl, ilçe ve bucaklara göre köy nüfusları
- ↑ Türkiye İstatistik Kurumu: İstatistikler: Nüfus, Demografi, Konut, Toplumsal Yapı: Nüfus İstatistikleri ve Projeksiyonlar: Veri: Veritabanlarında Dinamik Sorgulama ve İstatistiksel Tablolar: Dinamik Sorgulama: Genel Nüfus Sayımları: 1970 Genel Nüfus Sayımı: İdari Bölünüş: İdari Birim: Tüm idari birimler (Şehir, belde ve köyler): Kars[ölü keçid]. İl, ilçe ve bucaklara göre köy nüfusları
- ↑ Türkiye İstatistik Kurumu: İstatistikler: Nüfus, Demografi, Konut, Toplumsal Yapı: Nüfus İstatistikleri ve Projeksiyonlar: Veri: Veritabanlarında Dinamik Sorgulama ve İstatistiksel Tablolar: Dinamik Sorgulama: Genel Nüfus Sayımları: 2000 Genel Nüfus Sayımı: İdari Bölünüş: İdari Birim: Köyler: Kars[ölü keçid]. İl, ilçe ve bucaklara göre köy nüfusları
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2007 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2008 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2009 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2010 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2011 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2012 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2013 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2014 (Türkiye İstatistik Kurumu)
- ↑ Kars ili yerleşim yeri nüfusları - 2015 (Türkiye İstatistik Kurumu)
- ↑ Qarapapaqlar Jurnalı: Qarsdakı Borçalı Qarapapaqları[ölü keçid]
- ↑ Terekeme Karapapak Türkleri Kültür ve Sanat Derneği: Terekeme Karapapakların yaşadıkları il-il köyler: Kars Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine
- ↑ T.C. Milli Eğitim Bakanlığı: Kars-Arpaçay-Tomarlı şehit Ayhan Kızılkaya ortaokulu: Köyümüz: Arxivləşdirilib 2013-01-26 at the Wayback Machine
Köyümüz Kars’a yaklaşık 50-60 km ve ilçeye 6-7 km uzaklıktadır. Arpaçay’ın büyük köylerinden biridir. Köy halkı Azeri kökenlidir.