Tomas Bicem - Wikipedia
Tomas Biçem (29.4.1879, Liverpul yaxınlığında Sent-Helens – 8.3.1961, London) — ingilis dirijoru, impresario.[1]
Tomas Biçem | |
---|---|
ing. Thomas Beecham | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Liverpul yaxınlığında Sent-Helens |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | London |
Vəfat səbəbi | koronar tromboz[d] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor |
Fəaliyyət illəri | 1899–1961 |
Janr | Klassik musiqi |
Albom şirkətləri | RCA Records, EMI[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİri əczaçılıq fabrikinin sahibi və musiqi həvəskarı C. Biçemin oğludur. Sistemli musiqi təhsili almamış, kompozisiyanı Ç. Vud və M. Moşkovskidən öyrənmişdir. Dirijor kimi debütü Şekspir memorial teatrında (Klapem, 1905) olmuşdur. 1909-cu ildə öz simfonik orkestrini yaratmışdır. Londondakı “Kovent-Qarden” teatrının dirijoru (1910-cu ildən, 1932– 39-cu illərdə baş dirijor və bədii rəhbər; sonuncu çıxışı 1951-ci ildə olmuşdur). Böyük Britaniyada Dyagilevin rus baletinin (1911, 1913), çıxışlarını, M.P. Musorqski, N.A. Rimski-Korsakov və A.P. Borodinin operalarının London premyeralarını təşkil etmişdir.[1]
Fəaliyyəti
redaktəLondon filarmonik (1932-ci ildən) və Kralfilarmonik (1946–60) orkestrlərinin yaradıcısı, rəhbəri və dirijoru olmuşdur. Ən böyük xarici orkestrlərlə qastrolda olmuşdur (o cümlədən Nyu-York, Boston, Berlin filarmonik orkestrləri ilə), məşhur opera teatrlarında (o cümlədən “Metropoliten-opera”, 1942–44) işləmişdir.[1]
Biçemin son çıxışı 1960-cı ildə olmuşdur. Repertuarı klassik və romantik operalardan ibarət idi (V.A. Mot sartın “Hamı belə edir” operasını səhnə üçün bərpa etmişdir), Barokko bəstəkarlarından G.F. Hendelə üstünlük verirdi, 20-ci əsr musiqisini özünün seçimi ilə ifa edirdi: R. Ştrausun “Salomeya” və “Elektra” (1910), “Qızıl gül kavaleri” və “Ariadna Naksosda” operalarının London premyeralarına (1913) dirijorluq etmiş, ömrüboyu dostu F. Diliusun musiqisini (onun ən gözəl ifaçısı sayılır) təbliğ etmişdir. Au dioyazıları arasında P.İ. Çaykovskinin 3-cü simfoniyası, M.A. Balakirevin 1-ci sim foniyası, S.S. Prokofyevin 1-ci skripka konserti var.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 22. ISBN 978-9952-441-03-1.