Tomas Stafford - Wikipedia
Tomas Patten Stafford (ing. Thomas Patten Stafford; 17 sentyabr 1930[1][2], Vezerford[d], Oklahoma – 18 mart 2024[3], Satellit Biç, Florida) — ABŞ astronavtı, HHQ briqada generalı.
Tomas Stafford | |
---|---|
ing. Tom Stafford | |
Ölkə | |
Hərbi rütbəsi | aviasiya general-leytenantı[d] |
Doğum tarixi | 17 sentyabr 1930[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 2024[3] (93 yaşında) |
Vəfat yeri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktə1952-ci ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirmişdir. 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna daxil edilmişdir. 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2. pilotu kimi kosmosa uçmuş (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr etmişdilər. 1966-cı ilin iyulun 3–6-da "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuş (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurmuşdur (1.8 milyon kilometrdən çox). 1969-cu ilin mayın 18–26-da "Apollon-10" kosmik gəmisində Ayın süni peyki orbitinə çıxmış (C. Yanq və Y. Sernanla birlikdə), kosmik gəmidən ayrılan Ay kabinəsində Ayın səthinə 15 km yaxınlaşmışdır (Y. Sernanla). 8 saatdan sonra Ay kabinəsi təkrar kosmik gəmi ilə birləşmişdir. Uçuş 192 saat 3 dəqiqə davam etmişdir. 1975 iyulun 15–20`də EPAS proqramı üzrə "Apollon" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuşdur (D. Sleyton və V. Brandla birlikdə). 217 saat 28 dəqiqə davam edən uçuş zamanı "Apollon" 2 dəfə "Soyuz-19" sovet kosmik gəmisi ilə birləşmişdir.
Şəxsi həyatı
redaktəMükafatları
redaktəMənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası 9. cild, səh. 30
- ↑ 1 2 Thomas Stafford // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Thomas P. Stafford // Munzinger Personen (alm.).
- ↑ 1 2 Thomas Stafford, NASA astronaut who led Apollo-Soyuz joint mission, dies at 93.