Tovuz Qusu - Wikipedia
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus).
Tovuz quşu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Cins: Tovuz quşu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır.
Qısa məlumat
redaktəBədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25-30 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir.ur və onlarda qu Dişiləri bir qədər kiçik olyruqüstlüyündəki lələklər olmur.Və dekorativ quş kimi az istifadə olunur.
Çoxalması
redaktəTovuz quşları poliqam olub, bir qrupda 3-5 erkəklə yaşayır. Cinsi yetkinlik 2-3 yaşlarından başlayır. Apreldən sentyabr ayına kimi cütləşmə baş verir. Dişi yerə 4-10 yumurta qoyur, ildə 3 dəfə yumurtaqoyma baş verir. Kürt yatma müddəti 28 gündür.
Yayılması
redaktəBanqladeş, Nepal, Pakistan, Hindistan, Şri-Lanka, eləcə də İranda dəniz səviyyəsindən 2000 m hündürlükdə geniş yayılmışdır. Meşəlik ərazilərdə, əkin sahələrində və kəndlərin yaxınlığında yaşayır.
Təsərrüfat əhəmiyyəti
redaktəQədim dövrlərdən etibarən tovuz quşunun lələkləri balıqçılıq mövzusu idi.[mənbə göstərin] Orta əsr cangavərləri dəbilgə və şapqaları bəzəmək üçün, qızlar isə bəzək əşyaları düzəltmək üçün tovuz quşunun lələklərindən istifadə edirdilər. XX əsrin əvvəllərində parkları bəzəmək üçün tovuz quşunu bəzən nadir hallarda saxlayırdılar, elə hesab edilirdi ki, onların xoşagəlməz səsləri və bağlarda yaratdığı zərərlər onun görünüşündəki zövgə uygun gəlmirdi. İndiki vaxtda bəzən dekorativ quş kimi saxlanılır.lələklərini bəzək kimi istifadə edirlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3