Tralli Anfimi - Wikipedia
Trallı Anfimi (q.yun. Ἀνθέμιος ὁ Τραλλιανός; təq. 474[1] – təq. 534[1], Konstantinopol) — Bizans riyaziyyatçısı. Miletli İsidor ilə birlikdə Konstantinopolda Ayasofiya kafedralını inşa edən memar .
Trallı Anfimi | |
---|---|
q.yun. Ἀνθέμιος ὁ Τραλλιανός | |
Doğum adı | Ἀνθέμιος |
Doğum tarixi | təq. 474[1] |
Vəfat tarixi | təq. 534[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Trall şəhərində (müasir Türkiyənin Aydın şəhəri) həkim Stefanın ailəsində anadan olub. Anfiminin dörd qardaşı var idi: Trallda həkim olmuş Dioskor, dövrünün ən məşhur həkimlərindən biri olan İskəndər, Roma hüququ üzrə mütəxəssis Olimp və Konstantinopolda yaşamış görkəmli qrammatik Metrodorus.
Anfimi daha çox Konstantinopoldakı Müqəddəs Sofiya katedralinin (532–537-ci illərdə tikilib) memarlarından biri kimi tanınır. Dar şəhərində qoruyucu bəndlərin (damba) təmiri ilə də məşğul olub. Bacarıqlı bir riyaziyyatçı olan o, Müqəddəs Sofiya kafedralinin dizaynı üçün əla hazırlıq olan konus kəsikləri haqqında kitab yazmış və xüsusilə ərəb riyaziyyatçısı İbn əl-Heysəmin qeyd etdiyi güzgü sistemlərinin icmalını yazmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Union List of Artist Names (ing.).