Trebonian Qall - Wikipedia
Qay Vibi Trebonian Qall (lat. Gaius Vibius Trebonianus Gallus),[2] Roma tarixşünaslığında daha çox Trebonian Qall kimi tanınır (206[1], Peruca – avqust 253, Terni, Umbriya) — 251–253-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
Trebonian Qall | |
---|---|
lat. Gaius Vibius Trebonianus Gallus | |
iyun 251 – avqust 253 | |
Əvvəlki | Desi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 206[1] |
Doğum yeri | |
Vəfat tarixi | avqust 253 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Trebonian Qall qədim etrusk ailəsindən gəlirdi. O, mperator Desi Trayanın hakimiyyətinin sonunda Myoziya vilayətlərindən birinin mirasçısı kimi xidmət etmişdir. Qall bu vəzifədə ikən qotlara qarşı müharibədə iştirak etmişdir. Desi Abritt döyüşündə həlak olduqdan sonra Trebonian ordu tərəfindən imperator elan edilmişdir. O, qotlarla sülh bağlamış, lakin onlar tezliklə bunu pozmuşdular. Bundan əlavə, onun hakimiyyəti şərqdə Sasani dövləti ilə müharibə ilə yadda qalmışdır.
253-cü ildə qotları məğlub edən sərkərdə Mark Emili Emilian özünü imperator elan edərək üsyan qaldırmış, qoşunları ilə birlikdə İnteramnaya çatmışdır. Qallın döyüş üçün böyük bir ordu toplamağa vaxtı yox idi. Nəhayət, legionerlər üsyan edərək onu oğlu Voluzian ilə birlikdə öldürmüşdülər.
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #129344966 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Cooley, Alison E. The Cambridge Manual of Latin Epigraphy. Cambridge University Press. 2012. səh. 498. ISBN 978-0-521-84026-2.
Əlavə ədəbiyyat
redaktə- Bray, John. Gallienus: A Study in Reformist and Sexual Politics, Wakefield Press, 1997. ISBN 1-86254-337-2
- Bowman, Alan K.; Garnsey, Peter; Cameron, Averil (ed.). The Cambridge Ancient History: The Crisis of Empire, A.D. 193–337, Cambridge University Press, 2005. ISBN 0-521-30199-8.
- Potter, David S. The Roman Empire at Bay AD 180–395, Routledge, 2004. ISBN 0-415-10058-5.