Triqliseridler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Triqliseridlər — həm orqanizm tərəfindən istehsal olunur , həm də qida vasitəsilə orqanizmə daxil olur . Triqliserdilərin qanda yüksəlməsi - hipertriqliseridemiya ÜDX-nin inkişafı üçün əsaslı müstəqil amildir, lakin bu əlaqə hiperxolesterinemiyadakı kimi elə də güclü deyil. ÜDX riski ağır hipertriqliseridemiyadan (> 10 mmol/l və ya ~900 mq/dl) daha çox orta hipertriqliseridemiya ilə bağlıdır.Triqliseridlərin hədəf səviyyəsinə çatmağın əsaslandırılmasını sübut edən heç bir randomizə edilmiş araşdırma yoxdur.Hazırda acqarına triqliseridlərin səviyyəsinin >1,7 mmol/l (~150 mq/dl) olması yüksək risk markeri kimi hələ də qəbul edilir, lakin triqliseridlərin konsentrasiyasının ≤1,7 mmol/l olması terapiya üçün hədəf səviyyəsi kimi sübuta yetirilməmişdir.[1]
İstinadlar
redaktə- ↑ "ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASI ÜZRƏ KLİNİK PROTOKOL Bakı-2014" (PDF). 2021-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-10-24.