Troada - Wikipedia
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir.
Troada | |
---|---|
39°55′35″ şm. e. 26°29′56″ ş. u.HGYO |
|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Adın mənşəsi
redaktə- Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü.[1]
- Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır.
Sərhədləri
redaktəBiqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var. Kapidağ yarımadasının qərbindən Edremit körfəzinin şimal-şərqinə qədər olan xəttin qərb hissəsində yerləşir. Sahəsi təxminən 10.000 km²-dir.[2]
Coğrafiyası
redaktəDağlar
redaktəBiqa yarımadasının cənubunda Kaz dağı (1500m) yerləşir. Baba dağı, Gürgen dağı, Eybek dağı, Kocakatran dağı, Ağ dağı, Armutçuk dağı və Yenice çökəkliyinin şimalında Armutçuk Dağı, Karlık Dağı və digər dağlar yerləşir.[3]
İqlim və bitki örtüyü
redaktəMərmərə və Egey dənizinin sahilləri Aralıq dənizi zonası kimi yayda isti və quru, qışda isə mülayim və yağışlı olur. Yarımada içində dənizə uzaqlıq mənzərə və hündürlük arasındakı fərq əhəmiyyətli temperatur və yağış fərqlərinə səbəb olur. Sahillərdə daha az yağış yağarkən, dağlıq ərazilərdə isə daha çox yağış olur. Dağlarda sıx bitki örtüyü var. Yaylalar və dağlıq ərazilərdə dağınıq və seyrək bitkilər, makvis və qariqalar üstünlük təşkil edir. Kazdağı Milli Parkı yarımadanın cənubunda yerləşir.
İstinadlar
redaktə- ↑ "Index Anatolicus". 2017-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ ERTEKİN, Yrd. Doç. Dr. Gaye. BİGA YARIMADASINDA MADENCİLİK. istanbul.edu.tr. 2001. Archived from the original on 2016-08-28. İstifadə tarixi: 2019-11-13.
- ↑ EFE, Yrd. Doç. Dr. Recep . Bia Yarımadası'nda Neotektoniğin Jeomorfolojik İzleri. Türk Coğrafya Dergisi. 1994.