Trubadur Opera - Wikipedia
Trubadur, Trovator ya Carçı (it. Il trovatore) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Salvador Kammaranonun librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 19 yanvar, 1853 cü ildə Romadakı "Apollo" teatrında səhnəyə qoyulmuşdur.
Trubadur | |
---|---|
it. Il trovatore | |
Bəstəkar | Cüzeppe Verdi |
Librettoçu | Salvador Kammarano |
Dili | italyanca |
Süjet | Qarsiya Qutyerres, “Trubadur” |
Janr | faciə |
Pərdə | 4 |
Səhnə | 8 |
Yaradılma tarixi | 1850—1852 |
İlk səhnələşdirmə | 19 yanvar 1853[1] |
Aid olduğu silsilə | xalq üçlüyü[d] |
Müddəti | 2,5 saat |
Hadisələrin baş verdiyi yer | Biskaya vilayəti, Araqon krallığı |
Personajlar |
Personajlar:
|
Premyera |
19 yanvar, 1853 Roma, “Apollo” teatrı |
Vikianbarda əlaqəli mediafayllar |
Yazılma tarixi
redaktəVerdi Luiza Müller operasından dərhal sonra 1850 ci ildə müvafiq süjet üstündə bu operanı yazmağı qərara alır. 2 yanvar 1850 tarixli Kammaranoya ünvanladığı bir məktubda Verdi ispan dramaturqu Qarsiya Qutyerresin "Trubadur" dramı əsasında libretto yazmasını xahiş edir. Kammarano süjetin üsyankar ruhuna görə senzuradan keçə bilməyəcəyindən ehtiyatlanaraq, ona dərhal cavab vermir. Bu arada Verdi Riqoletto operasını tamamlamış olur. Verdi bir daha Kammaranodan libretto tələb edir. Nəhayət 1851 ci ild Kammarano Verdiyə bir libretto variantı göndərir, lakin bu Verdini qane etmir. Yeni librettonu Kammarano 1852 ci ildə vəfat etdiyinə görə bitirə bilmir. Librettonu bitirməyi şair Leone Bardare öz üzərinə götürür. Dostu Kammaranonun ölümündən sarsılmasına baxmayaraq 1852 ci ildə opera üzərində işi bitirmiş olur. Süjetə görə hadisə İspaniyanın cənubunda, Əlxəfəriyə şəhərində baş verir.
Personajlar
redaktəPersonajlar | Səs |
---|---|
Qraf di Luna | bariton |
Leonora, hersoginya | soprano |
Azuçena, qaraçı | mezzo-soprano |
Manriko, trubadur, qrafın qardaşı | tenor |
Ferrando, qraf mühafizəçilərinin başçısı | bas |
İnes, leanoranın rəfiqəsi | soprano |
Ruis, Manrikonun dostu | tenor |
Qoca qaraçı | bas |
Elçi | tenor |
Leanoranın rəfiqələri, rahibələr, qrafın yaxınları, döyüşçülər, qaraçılar. |
Məzmunu
redaktəBu operada Verdi hər pərdəyə xüsusi ad vermişdir.
I Pərdə — "Duel"
redaktəBirinci səhnə
Gənc qraf di Lunaya məxsus qəsrin gözətçi postu. Ferrando, gözətçi rəisi yatmış döyüşçüləri oyadır. Bir daha yuxuya getməməkləri üçün xəbərdarlıq edir. Döyüşçülər rəisdən qrafın sirrli qardaşı haqqında danışmağı xahiş edirlər. Rəis gözətçilərin yuxusunu qovmaq üçün razı olur:
"Qoca qraf di Lunanın iki oğlu var idi. Bir gecə qəsrdə hamı yatarkən, kiçik qardaşın dairəsinə bir qaraçı soxularaq onu tilsimləyir. Qaraçı qovularkən, israrla körpənin xoşbəxt olacağını deyir. Tezliklə uşaq azara düşür. Cadugər qaraçını tutub tonqala atırlar. Onun qızı gənc qaraçı Azuçena anasının qisasını alacağına söz verir. Edam günü qəsrə soxularaq qrafın uşağını oğurlayıb anasının külə döndüyü tonqala atır. Qoca qraf bir gün ölüm ayağında böyük oğluna kiçik qardaşını axtarıb tapmasını xahiş edir. O gündən bu günə nə qədər axtarılsa da tapılmır". Ferrando əlavə edərək: "cadugər qaraçının ruhu hələ də rahatlıq tapmayaraq bir cilddən diğər cildə girir ". Gecə yarısı zəng çalınır, qorxuya düşən Ferrando və gözətçilər gedirlər.
İkinci səhnə
Leanoranən bağçası. Gecə. Leanora səbirsizliklə öz sevgilisini trubadur Manrikonu gözləyir. O, rəfiqəsi İnesə öz eşaindən söz açır. İnes ona bu sevdadan vaz keçməzsə, Manriko onu məhv edəcəyini deyir. Qızlar qəsrə dönürlər. Bu arada fasiləsiz həyəcan şeypuru çalınır. Bunu eşidən Leanoraya aşiq di Luna bağçaya çıxır. Qaranlıqda Leanora qraf di Lunanı trubadurla səhv salır. Bu an qraf ağacların arasından görünən trubaduru, Araqoniyadan qovulmuş qatı düşmənini — Manrikonu tanıyır və onu duelə çağırır. Bunu tamaşa edən Leanora huşsuz yıxılıb qalır.
II Pərdə — "Qaraçı"
redaktəBirinci səhnə
Biskaya dağının ətəyi. Qaraçı düşərgəsi. Dan yeri sökülməmiş hamı ayaqdadır. İşləyirlər, zarafat edib əylənirlər, nəğmələr oxuyurlar. Qaraçı Azuçenanın ocağının başı. Azuçena təzəcə qrafla dueldən sonra ağır yaralanmış ögey oğlunu sağaltmışdır. Azuçena tonqala atılaraq yandırılmış anasının acı taleyi haqqındakı qəmgin mahnını oxuyur. Qisasa susamış Azuçena həmin gün tonqala səhvən qrafın deyil öz oğlunu atmışdır. Qrafın oğlu olan Manrikonu, öz övladı kimi əzizləyərək böyütmüşdür. Söz verdiyi qisas ala bilmədiyi üçün indi anasının qisasını almaq onun oğulluğu Manrikonun payına düşür. Manrikonun dostu Ruis ona xəbər verir ki, Leonara trubadurun öldüyünü zənn edərək monastra getməyə qərar vermişdir. Manriko Azuçena ilə vidalaşıb, Leanoranın yanına tələsir.
İkinci səhnə
Gecə. Qraf di Luna və Ferrandonun başçılığı altında əsgərlər monastra yetişir. Onlar Leanoranı rahibəlik üçün saçqırxma ayinini (lat. tonsura) icra etməmişdən qabaq qaçırtmaq istəyirlər. Leanora ibadətgahdan çıxarkən qraf onun üzərinəə atılır, lakin onun qabağını Manriko öz dostları ilə kəsmiş olur. Qrafın döyüşçüləri pərən-pərən düşdükdən sonra qaçmağa üz tuturlar. Gözlərinə inana bilməyən Leanora ölmüş bildiyi Manrikonun qucağına atır.
III Pərdə — "Qaraçı oğlu"
redaktəBirinci səhnə
Qraf di Lunanın hərb düşərgəsi. Döyüşçülər Manrikonun Leanoranı gizlətdiyi qalanı mühasirəyə alırlar. Döyüşçülər düşərgə ətrafında bir qoca qarını tutub saxlayırlar. Ferrando onu, qrafın kiçık qardaşını tonqala atan qaraçını tanıyır. Çarəsizlikdən Azuçena Manrikonu səsləyir. Qraf qaraçını zindana sonra da tonqala atılaraq edam edilməsini əmr edir.
Birinci səhnə
Qəsrin qülləsi. Manriko və Leonara altara girməyə hazırlaşarkən Ruis xəbər gətirir ki, qraf onun anası Azuçenanı edam etməyə hazırlaşır. Manriko Ruis və onun silahdaşları Azuçenanı xilas etməyə tələsirlər. Leanora naümüddür.
(italyanca) Manrico (tenor): |
(azərbaycanca) Manriko (tenor): |
IV Pərdə — "Edam"
redaktəBirinci səhnə
Kastellore qəsrinin həbsxanası. Zülmət gecə. Ruis və Leanora gəlirlər. Ruis Manrikonun saxlanıldığı qülləni göstərir. Leanora sevgilisi Manrikonu azad ediləcəyi təqdirdə qrafa ərə getməyə razılaşır.
Qraf şərti qəbul edir. Lakin Leanora gizlin olaraq özünə zəhər içərək qəsd edir.
İkinci səhnə
Qüllədəki həbsxana. Manriko analığı Azuçenanı sakitləşdirir. Onlar son günlərin açı xatirələrini, dağlardakı azad həyatlarını yadlarına salırlar. Qapı açılır Leanora əlində Manrikonun əhv fərmanı ilə içəri daxil olur. O, Leanoranı özü ilə aparmaq istəyərkən, Leanora ona qəsrə dönməyə məcbur olduğunu deyir. Manriko anlayır ki, əhvi onun namusu hesabına başa gəlmişdir və Leanoranı nələtləyir. Təhqirə dözməyən Leanora ona pak olduğunu sübut etməyə çalışsa da Manriko onu rədd edir. Leanoranın içdiyi zəhər artıq təsir etməyə başlamışdır və qız onun qoları üstünə düşüb ölür. Bu zaman gələn qraf indicə onun arvadı olmuş Leanoranı düşməninin qucağında ölmüş görür. Hiddətə gələn qraf Manrikonu edam kürsüsünə çıxartdırır. Özü isə qaraçı Azuçenanı qüllə zindanının pəncərəsinə tərəf Manrikonun edamına tamaşa etməsi üçün sürükləyir. Azuçena etiraf edərək: "O, sənin qardaşın idi! Ey Ana, artıq qisasın alınmışdır!" və ölür.
(italyanca) MANRICO: |
(azərbaycanca) MANRIKO: |
Xarici keçidlər
redaktə- Trubadur operasının notları
- http://classiclive.org/index.php?option=com_content&view=article&id=108:2011-05-05-15-17-48&catid=56:2011-05-02-07-37-15&Itemid=79 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Trubadur operasının məzmunu (alm.)
- Trubadur operasının librettosu (ital.)
- ↑ Archivio Storico Ricordi. 1808.