Tsalka Belediyyesi - Wikipedia
Salka bələdiyyəsi[5], Barmaqsız bələdiyyəsi[6][7] — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir.
Rayon | |
Salka bələdiyyəsi gürc. წალკის მუნიციპალიტეტი (tsalkis munitsipaliteti) | |
---|---|
41°35′59″ şm. e. 44°05′26″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Barmaqsız |
İcra başçısı | Revaz Şavloxaşvili[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi | 1050.6[2] km² |
Əhalisi | |
Əhalisi | 23 500[3] nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 53xx[4] |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı.[6][7][8] Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu.
Coğrafiyası
redaktəBarmaqsız bələdiyyəsi sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır. İqlimi dağ iqlimidir. Orta illik temperatur 5,9 °C. İllik orta yağıntı miqdarı 600–740 mm-dir.
İnzibati-ərazi bölgüsü
redaktəƏhalisi
redaktə1.1.1989 r.t. | 1.1.2002 r.t. | 1.1.2014 r.t. |
---|---|---|
44 187 | 20 226 | 18 849 |
Milli tərkibi
redaktə2006-cı ilin iyul ayına olan rəsmi təxminə əsasən Tsalka rayonunun 22.6 min nəfər əhalisnin 11 min nəfərini və ya 48.7 %-ni ermənilər, 8 min nəfərini və ya 35.4 %-ni gürcülər, 1.8 min nəfərini və ya 8 %-ni azərbaycanlılar, 1.5 min nəfərini və ya 6.6 %-ni urumlar, 0.3 min nəfərini və ya 1.3 %-ni isə digərləri təşkil edir.[9] Əhalisinin sıxlığı hər km²-də 20 nəfərdir. Əhalinin 85%-ni kənd əhalisi təşkil edir.
Etnik qrup | 1939 sa.[10] | Nisbəti | 1979 sa.[11] | Nisbəti[11] | 1989 sa.[12] | Nisbəti[12] | 2002 sa.[13][14] | Nisbəti[13] |
---|---|---|---|---|---|---|---|---|
cəmi | 40 286 | 100 % | 49 340 | 100 % | 44 438 | 100 % | 20 888 | 100 % |
erməni | 11 726 | 29.11 % | 13 996 | 28.37 % | 12 671 | 28.51 % | 11 484 | 54.98 % |
urum | 21 992 | 54.59 % | 30 811 | 62.45 % | 27 127 | 61.04 % | 4 589 | 21.97 % |
gürcü | 1 147 | 2.85 % | 1 710 | 3.47 % | 1 613 | 3.63 % | 2 510 | 12.02 % |
azərbaycanlı | 1 724 | 4.28 % | 2 231 | 4.52 % | 2 281 | 5.13 % | 1 992 | 9.54 % |
rus | 1 578[15] | 3.92 % | 360 | 0.73 % | 320 | 0.72 % | 125 | 0.6 % |
osetin | 91 | 0.23 % | 99 | 0.2 % | 82 | 0.18 % | 18 | 0.09 % |
ukraynalı | 469[15] | 1.16 % | 31 | 0.06 % | 72 | 0.16 % | 3 | 0.01 % |
abxaz | ... | ... | 1 | 0.00 % | ... | ... | 2 | 0.01 % |
kürd və yezidi | 3 | 0.01 % | 7 | 0.01 % | 4 | 0.01 % | 2 | 0.01 % |
alman | 1 426 | 3.54 % | ... | ... | ... | ... | ... | ... |
yəhudi | 21 | 0.05 % | 8 | 0.02 % | ... | ... | ... | ... |
ləzgi | 3 | 0.01 % | ... | ... | ... | ... | ... | ... |
assuriyalı | 3 | 0.01 % | ... | ... | ... | ... | ... | ... |
digər | 103 | 0.24 % | 86 | 0.17 % | 268 | 0.6 % | 163 | 0.78 % |
Yaşayış məntəqələri üzrə
redaktəYaşayış məntəqəsinin adı | Əhalinin sayı (2002) | Əsas əhalisi |
---|---|---|
Aşqala | 2043 | 99% erməni |
Qızılkilsə | 1848 | 98% erməni |
Barmaqsız şəh. | 1741 | 55% erməni, 22% urum, 12% gürcü, 9.5% azərbaycanlı |
Nərdivan | 1516 | 99% erməni |
Quşçu | 893 | 98% erməni |
Xaçköy | 863 | 98% erməni |
Dərəköy | 814 | 98% erməni |
Ərcivan-Sarvan | 794 | 100% azərbaycanlı |
Ozni | 754 | 99% erməni |
Avranlı | 717 | 81% urum |
Tecis | 607 | 100% azərbaycanlı |
Ayazma | 595 | 99% erməni |
Rexa | 525 | 79% gürcü, 20% urum |
Qabur | 491 | 100% erməni |
Gümbət | 471 | 82% gürcü |
Burnaşeti | 468 | 97% erməni |
Cütkilsə | 468 | 99% erməni |
Öləng | 405 | 94% urum |
Beştaşen | 373 | 87% urum |
Daşbaşı | 367 | 96% erməni |
Yeddikilsə | 351 | 96% urum |
Cinis | 304 | 100% urum |
Neon-Xaraba | 303 | 91% gürcü |
Çölmən | 295 | 99% azərbaycanlı |
Günyaqala | 236 | 72% urum |
Başköy | 207 | 66% urum |
Xando | 187 | 98% gürcü |
Qaraköm | 177 | 73% gürcü, 19% urum |
Tsintskaro | 168 | 67% urum |
Təkkilsə | 167 | 77% urum |
Kərək | 152 | 74% urum |
Təzə-Xaraba | 137 | 99% erməni |
Livad | 134 | 62% urum |
Xram SES | 118 | 39% erməni, 34% urum, 20% gürcü |
Axalıq | 112 | 71% urum |
Çapayevka (Kavta) | 88 | 93% gürcü |
Santa | 84 | 83% gürcü |
İmera | 74 | 84% urum |
Gödəklər | 73 | 100% azərbaycanlı |
Səfər-Xaraba | 54 | 87% urum |
Şipək | 35 | 89% urum |
Tarson | 9 | 78% azərbaycanlı, 22% gürcü |
Akenda | 0 | |
Minasazkənd | 0 |
Sovet İttifaqının dağılmasından, 1989-cu ildən bəri gürcülərin sürüşmə zonalarından Barmaqsıza köçürülməsindən və yunanların kütləvi şəkildə bölgəni tərk etməsindən əvvəl rayonun 46 kəndindən 28-də yunanlar, 13-də ermənilər, 4-də azərbaycanlılar, 1-də gürcülər əksəriyyət təşkil edirdi. Hal-hazırda isə rayon əhalisinin 55%-ini ermənilər təşkil edir və onların məskunlaşdığı kəndlər əhali sayına görə daha iridir. Əsasən erməni əhalili kəndlərin sayı 12, yunan əhalili 13, gürcü əhalili 7, azərbaycanlı əhalili 5-dir.
- Əsasən erməni əhalili kəndlər: Aşqala, Qızılkilsə, Nərdivan, Quşçu, Dərəköy, Ozni, Ayazma, Qabur, Burnaşeti, Cütkilsə, Daşbaşı, Təzə-Xaraba.
- Əsasən yunan əhalili kəndlər: Avranlı, Öləng, Beştaşen, Yeddikilsə, Cinis, Günyaqala, Başköy, Tsintskaro, Təkkilsə, Axalıq, İmera, Səfər-Xaraba, Şipək.
- Əsasən azərbaycanlı əhalili kəndlər: Ərcivan-Sarvan, Tecis, Çölmən, Gödəklər, Tarson, keçmişdə Minasazkənd (indi kənd xarabalıqdır).
- Əsasən gürcü əhalili kəndlər: Rexa, Gümbət, Neon-Xaraba, Xando, Qaraköm, Çapayevka, Santa.
Xram SES kəndinin əhalisi qarışıqdır (ermənilər, yunanlar, gürcülər).
İqtisadiyyatı
redaktəBarmaqsız bələdiyyəsinin illik büdcəsi 3 milyon laridir. Bələdiyyə gəlirlərinin əsas hissəsini kənd təsərrüfatı, maldarlıq, xırda sahibkarlıq və kommunal ödənişlər təşkil edir. Kənd təsərrüfatında istifadə edilən torpaq sahəsi 860 km² təşkil edir. Bələdiyyə ərazisindən respublika əhəmiyyətli magistral yol, həmçinin Marabda-Axalkalaki dəmiryolu keçir.
İstinadlar
redaktə- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: самоуправление: Муниципальные советы[ölü keçid]
- ↑ National Statistics Office of Georgia: ტომი I - საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
- ↑ 1 2 National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
- ↑ Georgian Post. 1805.
- ↑ Салка // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 274.
- ↑ 1 2 Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 128.
- ↑ 1 2 Zirvə İnformasiya Mərkəzi. "Barmaksız (Zalqa) rayonu" (az.). zim.az. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
- ↑ Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
- ↑ Европейский Центр по Делам Меньшинств: Джонатан Уитли. Пути к разрядке напряженности в Цалкинском районе Грузии: роль международного сообщества и государства Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine. ЕЦДМ, Рабочий доклад № 36. Декабрь, 2006
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Цалкинский район (1939 г.) Arxivləşdirilib 2022-08-03 at the Wayback Machine
- ↑ 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1979 (Total/Percentage) Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine
- ↑ 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine
- ↑ 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 2002 (Total/Percentage) Arxivləşdirilib 2013-11-01 at the Wayback Machine
- ↑ National İntegration and Tolerance in Georgia: Map: 2002 Census Courtesy of Department of Statistics Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: : Распределение русских и украинцев по административно-территориальным единицам Грузинской ССР (1939 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine (без Абхазской АССР и Юго-Осетинской АО)